16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
İcma sədrinin çıxışında ciddi və maraqlı məqamlar

Məlum olduğu kimi İyunun 24-də “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə kitabın həmmüəllifi, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli kitabın yazılma səbəbi, tədqiqat obyekti və bundan sonra aparılacaq tədqiqat işləri barədə çıxış etmişdir. İcma sədrinin çıxışında çox ciddi və maraqlı məqamlar olduğunu nəzərə
alaraq çıxışın tam mətnini təqdim edirik.
Hörmətli tədbir iştirakçıları!
Hörmətli millət vəkillərimiz, dövlət və hökumət nümayəndələri!
Dəyərli qonaqlar!
Hər birinizi, həm Qərbi Azərbaycan İcması adından, həm də təqdimatına toplaşdığımız kitabın müəllifləri olaraq, öz adımdan və həmkarım, dəyərli tədqiqatçı alim Səbuhi Hüseynovun adından səmimi olaraq salamlayıram və dəyər verib tədbirimizə qatıldığınız üçün hər birinizə dərin təşəkkürümü bildirirəm.
Hörmətli tədbir iştirakçıları!
Tədbirimizdə çox dəyərli natiqlər dəyərli çıxışlar etdilər və kitabın məziyyətləri barədə qiymətli fikirlər söylədilər. Buna görə “Qərbi Azərbaycan irsi” kitabının məllifləri kimi, mən də, Səbuhi müəllim də bütün natiqlərə öz minnətdarlığımızı bildiririk. Bununla belə, kitabın mahiyyəti, strukturu və metodologiyası barədə bəzi məqamları, haradasa təkrar təsiri bağışlaya bilsə belə, diqqətə çatdırmaq istərdim.
1. İlkin olaraq, mövzunun əhəmiyyəti, məqsəd və aktuallığı barədə.
Öncə qeyd etməliyəm ki, titulunda müəlliflər kimi mənim və Səbuhi müəllimin, ideya müəllifi kimi hörmətli Ədalət müəllimin adı yazılsa da, bu kitabın əsl ideya müəllifi hələ 1970-ci illərdə Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyev, əsl müəllifi isə bu ideyanı böyük uzaqgörənlik və siyasi qətiyyətlə irəli aparan, Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə tarixi torpaqlarımıza Böyük Qayıdışın yolunu aydınladan cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Çünki “Qərbi Azərbaycan irsi” kitabının təqdimatına toplaşdığımız 1-ci cildi və yazılmaqda olan növbəti dörd cildi məhz Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxış, tövsiyə və çağırışlarından qaynaqlanmışdır. Elə ona görə də bu kitab 10 il, 15 il əvvəl yox, məhz bu gün – Qərbi Azərbaycana qayıdış Prezident İlham Əliyev tərəfindən milli hədəf kimi elan olunandan sonra ortaya qoyulmuşdur.

Dəyərli tədbir iştirakçıları!
Bu tədqiqat Ermənistan Respublikasında azərbaycanlı icmasına qarşı aparılmış sistemli etnik təmizləmənin və maddi-mədəni irsin məhv edilməsinin ilk dəfə genişmiqyaslı elmi əsaslarla sənədləşdirilməsidir.
Araşdırma nəticəsində toplanan peyk surətləri, arxiv xəritələri, birinci mənbə sənədləri və təsdiqedici şahid ifadələri həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq elmi-hüquqi dairələr üçün dəlil-sübut bazası rolunu oynayır.
Tədqiqatın əhəmiyyəti yalnız keçmişi deyil, eyni zamanda gələcək nəsillərin tarixi yaddaşının qorunması, tarixi torpaqlarından zorla köçürülmüş icmanın hüquqi müdafiəsinin təmin edilməsi və beynəlxalq səviyyədə kompensasiya mexanizmlərinin əsaslandırılması ilə də bağlıdır.
Bu tədqiqat mono-etnik dövlət siyasəti fonunda tarixən yerli əhali olan azərbaycanlı ic-masının izlərinin silinməsi prosesinin təkzibolunmaz sübutlar əsasında ifşasına xidmət edir.
Nəticə etibarilə, bu tədqiqat həm də Ermənistan dövlətinin beynəlxalq hüquq qarşısında məsuliyyət daşıması məsələsində praktiki sübut bazasını genişləndirməklə yanaşı, həm də gələcək hüquqi iddialar üçün etibarlı əsas yaradır.
2. İkincisi, kitabın yazılışı zamanı tətbiq etdiyimiz metodologiya – peyk təsvirləri və məsafədən zondlama barədə.
Kitabımızın ən mühüm elmi dayaqlarından biri – məsafədən zondlama texnolo-giyasına əsaslanan peyk təsvirlərinin analitik təhlilidir. Bu metod tədqiqatın obyektivliyi, dəqiqliyi və məkan-zaman ardıcıllığının tam təmin olunmasına xidmət etmişdir.
Tədqiqat çərçivəsində ABŞ-nin KORONA, Gambit və Heksagon kimi XX əsrin ikinci yarısına aid de-klasifikasiya olunmuş hərbi kəşfiyyat peyklərinin arxiv təsvirləri və müasir yüksək ayırdetmə qabiliyyətli peyk görüntüləri sistemli şəkildə təhlil edilmişdir. Bu məqsədlə ABŞ-nin Yer Resurslarının Müşahidə Mərkəzinin məlumatları və 712 birbaşa təsvir, ümumilikdə 2000-dən artıq görüntü tədqiqata cəlb edilmişdir.
Tədqiqatda 201 qəbiristanlıqda vizual və spektral dəyişikliyə dair real sübutlar müəyyən olunmuş, dağıntıların baş vermə dövrü, miqyası, məkan-zaman xarakteri ardıcıl sənədləşdirilmişdir.
3. Üçüncüsü, tədqiqatın kartoqrafiya və tarixi mənbə bazası.
Kitabımızın hazırlanmasında ən önəmli mənbə bloklarından biri də tarixi hərbi-topoqrafik xəritə materiallarıdır. Tədqiqat çərçivəsində Ermənistan Respublikasının müasir ərazisini tam əhatə edən 1890-1991-ci illərə aid, müxtəlif miqyaslı 250-dən çox xəritə sistemli şəkildə tədqiq olunmuşdur.
Bu xəritələr əsasən Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib edilmiş, uzun müddət məxfi saxlanmış, bu gün isə Berlin Humbolt Universiteti, İndiana Universiteti, ABŞ Milli Konqres Kitabxanası və Rusiya Coğrafiya Cəmiyyəti və s. kimi nüfuzlu elmi və arxiv mərkəzlərində qorunub saxlanılır.
Kartoqrafik materiallar tədqiqat üçün geniş coğrafi baza təmin etmiş, xüsusilə artıq fiziki olaraq yer üzündən silinmiş müsəlman qəbiristanlıqlarının dəqiq koordinatlarla bərpasına imkan yaratmışdır. Xəritələrdə göstərilən obyektlər peyk təsvirləri və arxiv materialları ilə üst-üstə qoyularaq məkan və zaman baxımından obyektiv sübutlar əldə olunmuşdur.
Bu zaman Rusiya İmperiyası və Sovet İttifaqına aid 250-dən çox yüksək dəqiqlikli topoqrafik xəritə Almaniya, ABŞ, Rusiya arxivlərindən toplanaraq, peyk məlumatları ilə uzlaşdırılmışdır.
4. Nəhayət, tədqiqat obyektlərinin təsnifatı:
Tədqiqat çərçivəsində 201 qəbiristanlıq sistemli şəkildə araşdırılmışdır.
Bunlardan yalnız 2 qəbiristanlıq tam toxunulmamış vəziyyətdə qalmışdır.
42 qəbiristanlıq ağır dərəcədə dağıdılmışdır.
157 qəbiristanlıq tamamilə məhv edilmişdir.
Araşdırılan qəbiristanlıqların dövrlər üzrə yaşı:
1 qəbiristanlıq XII əsrə,
2 qəbiristanlıq XIV əsrə,
3 qəbiristanlıq XV əsrə,
21 qəbiristanlıq XVI əsrə,
2 qəbiristanlıq XVII əsrə,
25 qəbiristanlıq XVIII əsrə,
89 qəbiristanlıq XIX əsrə,
58 qəbiristanlıq XX əsrə aiddir.
Bu fakt regionun tarixi dərinliyini və müsəlman icmasının bu ərazilərdə çoxəsrlik varlığını bir daha sübut edir.
Məhv etməyə səbəb olan əsas amillər:
12 qəbiristanlıq üzərindən asfalt yollar çəkilmişdir,
16 qəbiristanlıq üzərində yaşayış evləri tikilmişdir,
56 qəbiristanlığın ərazisi əkin sahəsinə çevrilmişdir,
6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrilmişdir,
67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edilmişdir,
4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salınmışdır,
5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparılmışdır,
32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülmüşdür,
3 qəbiristanlıq ərazisində su anbarı inşa edilmişdir.
Yekun olaraq bildirmək istəyirəm ki, tədqiqat yüksək səviyyədə Qərbin akademik dairələrinin üslubunda aparılmışdır.
Kitabda 201 qəbiristanlığı araşdırsaq da, biz hazırda Qərbi Azərbaycanda qəbiristanlıqlarımızla bağlı 734 koordinata malikik. Kitabın növbəti – 2-ci və 3-cü cildlərində bunların hamısı barədə ətraflı məlumat verəcəyik.
Çıxışımın sonunda öz adımdan və kitabın digər müəllifi Səbuhi müəllimin adından kitabın ərsəyə gəlməsi və nəşrində zəhməti olan və bugünkü bu möhtəşəm təqdimatı təşkil edən hər kəsə öz dərin təşəkkürümü bildirirəm.
Tədbirimizdə iştirak və çıxış edənlərə bir daha təşəkkür edirəm.
Diqqətinizə görə minnətdaram.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-06-2025, 10:54 Oxunub: 46
Bölməyə aid digər xəbərlər
25-06-2025, 08:54
“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub
28-05-2025, 22:25
Laçında bayram ab-havası... - Video + Fotolar
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
26-08-2024, 11:37
Nicat Həsənov: Xalq üçün əlamətdar, tarixi bir gün
26-08-2024, 08:28
Mehriban Əliyevanın doğum günüdür
8-01-2024, 11:10
Bakıda qəbiristanlıq əraziləri artırılacaq
13-04-2023, 09:40
Qərbi Azərbaycan İcması Blinkenə məktub göndərib
18-03-2023, 10:16
Qərbi Azərbaycan İcması: “Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək