16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İşıqla Xidmət Edən Rəhbər – Elvin Bayramzadənin Qəbələdəki Peşəkar İmzası


Qəbələ Azərbaycanın ən gözəl bölgələrindən biridir – həm turizm baxımından cazibədar, həm də inkişaf tempinə görə daim diqqət mərkəzində olan bir rayon. Bu inkişafın fasiləsiz və dayanıqlı olması üçün isə infrastruktur, xüsusilə də elektrik təchizatı sahəsində dayanmadan çalışan peşəkarların əməyi mühüm rol oynayır. Bu sırada adı xüsusi hörmətlə çəkilən simalardan biri Qəbələ Rayon Elektrik Şəbəkəsinin rəisi Elvin Bayramzadədir.

Elvin Bayramzadə rəhbəri olduğu strukturda sadəcə idarəçilik edən biri deyil. O, texniki biliklə məsuliyyət hissini, idarəetmədə çevikliyi, insanlarla ünsiyyətdə isə səmimiyyəti birləşdirə bilən nadir rəhbərlərdən biridir. Onun üçün bu sahə – yalnız texnoloji proseslərin koordinasiyası yox, xalqın həyat keyfiyyətini qorumaq və yaxşılaşdırmaqla bağlı böyük bir missiyadır.

Onun rəhbərliyi dövründə Qəbələ rayonunda elektrik təsərrüfatında mühüm dəyişikliklər baş verib. Yeni transformatorlar qurulub, köhnə şəbəkələr yenilənib, kəndlərə qədər uzanan hava xətləri müasir standartlara uyğunlaşdırılıb. Bu işlər sadəcə sənədlərdə deyil, bölgənin hər yerində – istər dağlıq kəndlərdə, istər mərkəzə yaxın ərazilərdə öz real nəticələrini göstərir. İndi bir çox kənd sakini sabit və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında Elvin Bayramzadənin şəxsi zəhmətini və əzmini yüksək qiymətləndirir.

O, hər zaman sahədədir – masa arxasında oturan deyil, real problemləri yerindəcə həll edən, operativ qərar verən, gecə-gündüz, yağış-şaxta bilmədən çalışan texniki heyətlə çiyin-çiyinə dayanan rəhbərdir. Xüsusilə də təbii fəlakətlər, güclü küləklər, qarlı hava şəraiti zamanı Elvin müəllimin komandası dərhal səfərbər olunur, bərpa işləri operativ həyata keçirilir. Onun üçün hər bir evdə işığın yanması – təkcə peşə borcu deyil, insanların rifahına xidmət etməyin simvoludur.

Elvin Bayramzadə vətənə, dövlətə və xalqa sadiqliyi ilə də seçilən rəhbərdir. O, öz sahəsində vətəndaş məmnunluğunu daim prioritet tutur. Vətəndaş müraciətlərinə şəxsi diqqətlə yanaşır, heç bir problemi ötəri və sıradan qəbul etmir. Hər bir elektrik kəsintisini, nasazlığı və ya texniki ehtiyacı dərindən təhlil edir, problemin birdəfəlik və əsaslı həllinə çalışır. Elə buna görə də Qəbələdə onu tanıyanlar onu sadəcə "rəis" yox, xidmət edən, dinləyən və reaksiya verən rəhbər kimi tanıyır.

Eyni zamanda Elvin Bayramzadə şəhid ailələrinə və qazilərə olan diqqəti ilə də nümunə göstərir. Onun rəhbərlik etdiyi kollektivdə və rayon səviyyəsində bu kateqoriyadan olan ailələrə qarşı xüsusi qayğı və həssaslıq nümayiş etdirilir. O, bu ailələrlə mütəmadi ünsiyyətdə olur, onların elektrik təsərrüfatı ilə bağlı hər hansı problemi yaranarsa, dərhal və şəxsən müdaxilə edir, onları heç zaman laqeyd buraxmır. Bu, onun insanlıq keyfiyyətlərinin və vətənpərvərliyinin bariz nümunəsidir.

Sadəliyi, işinə məsuliyyətlə yanaşması, peşəkarlığı və vətəndaşlara daim açıq olması ilə Elvin Bayramzadə bu gün Qəbələ rayonunda nüfuzlu və etibarlı rəhbərlərdən biri kimi tanınır. Onun fəaliyyəti təkcə texniki sahəyə yox, eyni zamanda insanlara göstərilən xidmətin keyfiyyətinə də müsbət təsir edir. Qəbələdə işıq varsa, onun arxasında həm texnologiya, həm zəhmət, həm də Elvin Bayramzadə kimi fədakar rəhbərin imzası var.


Tarix: 8-07-2025, 10:16 Oxunub: 119


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı