16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Adəm İsmayıl Bakuvi: “Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də tarixi bağlantılar mövcuddur”

“Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərin hərtərəfli inkişafında hər zaman maraqlı olub və bu inkişafı təmin etmək üçün öz tərəfindən bütün gərəkən addımları atıb. Təəssüflər olsun ki, son bir neçə il ərzində əvvəllər əldə olunmuş çox sayda nailiyyətlər itirilmiş, hətta iki ölkə arasında kifayət qədər gərginliklər də yaşanmışdı. Bunun əsas səbəbi isə Bayden administrasiyasında, ABŞ senatında olan bəzi ermənipərəst qüvvələrin bu ölkənin rəhbərliyinə geniş təsir imkanlarına malik olmalarında və bu imkanlardan ölkəmizə qarşı gen-bol yararlanmalarında idi. Lakin 2025-ci il Azərbaycan ilə ABŞ arasında münasibətlərdə bir çox əsaslı korrektələrin ediləcəyi gözləntiləri ilə başladı. Aydındır ki, bunun da əsas səbəbi 2024-cü ilin noyabrında Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsi oldu. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də Donald Trampa ünvanladığı təbrik məktubunda bundan sonra Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdi. Təbii ki, belə bir əminlik üçün dövlət başçımızın bütün əsasları var. Belə ki, Donald Tramp hələ birinci prezidentliyi dövründə də Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Əslində bu gün ölkələrimiz arasında ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsas rolunu oynaya biləcək mühüm amillərdən biri də məhz elə o dövrdə formalaşmış qarşılıqlı etimad prinsipləridir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri Azərbaycan-ABŞ əlaqələrinin inkişafına müsbət təsiri baxımından hər iki ölkənin prezidentləri tərəfindən bu məsələyə strateji yanaşmanın sərgilənməsini mühüm faktor kimi qeyd edib: “İki ölkə arasında münasibətlərin konstruktiv əsaslar üzərində formalaşması və inkişaf perspektivlərinə malik olması üçün tələb olunan mühüm şərtlərdən biri də siyasi iradənin mövcud olmasıdır. Məhz bu amil Azərbaycan və ABŞ prezidentləri tərəfindən kifayət qədər aşkar şəkildə nümayiş etdirilməkdədir. Məsələn, əgər biz cənab Trampın 2025-ci il mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubuna nəzər salsaq, bu zaman həmin sənədin mətnində ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin genişlənməsinə aşkar çağırışların olduğunu görərik. ABŞ Prezidenti yazır: “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək...”
Təbii ki, analoji çağırış mesajlarını biz cənab Prezident İlham Əliyevin ABŞ-nın Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa iyulun 4-də ünvanladığı təbrik məktubunda da oxuyuruq: “İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir.” Beləliklə, Azərbaycan-ABŞ münasibətlərinin yeni, daha yüksək və daha perspektivli səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də qarşılıqlı etimad prinsiplərini formalaşdırmış tarixi bağlantılar mövcuddur. Bütün bunları nəzərə alaraq cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələyə keçidi şərtləndirəcək mühüm hadisə kimi dəyərləndirmək lazımdır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-08-2025, 14:02 Oxunub: 43
Bölməyə aid digər xəbərlər
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
11-11-2024, 09:30
Trampın prezident seçilməsi, Bakının gözləntiləri - Şərh
19-07-2024, 15:30
Trampa atılan güllələrdən biri Ermənistana “dəyib” - İrəvanda təlaş
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU