16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Deputat Eldar Quliyevə qarşı səsləndirilən növbəti qərəzli iddialar da öz təsdiqini tapmadı

Bu gün ölkənin internet resurslarında dərc olunmuş materialların birində Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov tərəfindən 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovun da təltif edildiyi məlumat yayımlanıb. Etiraf edək ki, xəbərin özü bizim üçün elə də böyük maraq kəsb etmir. Lakin materialda həmçinin qeyd olunmuşdu ki, həmin vaxt Eldar İsmayılovla birlikdə eyni tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev də iştirak edib. Təbii ki, belə bir qalmaqallı hadisədə millət vəkilinin adının hallanması qətiyyən xoşagələn hal deyil. Buna görə də məsələyə aydınlıq gətirmək üçün birbaşa Eldar Quliyevlə telefon əlaqəsi yaradıb və məsələyə aydınlıq gətirməsini ondan xahiş edib.
Eldar müəllimin saytımıza verdiyi açıqlamanı olduğu kimi təqdim edirik: “Məsələ ilə bağlı ilk növbədə bunu deməliyəm ki, 2022-ci ildə mən həqiqətən Türkmənistanda olmuşam. Lakin bu səfərdə mənimlə birlikdə olan şəxslərin arasında Eldar İsmayılov olmayıb. O zaman mənimlə birlikdə Türkmənistana Milli Məclisin daha bir deputatı, eyni zamanda Respublika Ağsaqqallar Şurasının sədrinin müavini Eldar İbrahimov, mənim digər müavinim Vahid Novruzov və o dövrdə Türkmənistanın Azərbaycandakı səfiri getmişdilər. Xatırlayıram ki, həmin vaxt Türkmənistana birbaşa reys olmaığı üçün biz ilk öncə qardaş Türkiyəyə və artıq ordan Türkmənistana uçmuşduq. Səfərimiz Ağsaqqallar Şurasının xətti ilə, tam rəsmi qaydada təşkil olunmuşdu. Biz o dövrdə Türkmənistanın prezidenti olmuş və eyni zamanda da bu ölkənin Ağsaqqallar Şurasına sədrlik edən Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə, orada keçirilən Mərkəzi Asiya ölkələri parlament rəhbərlərinin sammitində qonaq qismində iştirak etmək üçün Türkmənistana yollanmışdıq. Qeyd edim ki, həmin toplantıda Rusiya Dövlət Dumasının rəhbəri də iştirak edirdi. Bəli, mən həmin tədbirdə çıxış da eləmişəm, Azərbaycan və Türkmən xalqlarının tarixi dostluq əlaqələrindən bəhs etmişəm və Türk dünyasının daha sıx birləşməsinin vacibliyini vurğulamışam. Həmçinin mən tədbirin gedişində Azərbaycan Ağsaqqallar Şurası adından Qurbanqulu Berdiməhəmmədova “Fəxri Ağsaqqal” döş nişanını təqdim etmişəm. Eldar İsmayılovu isə mən yalnız həmin tədbirdə gördüm və onun etdiyi təltiflə nə şəxsən mənim, nə də Respublika Ağsaqqallar Şurasının heç bir əlaqəmiz yoxdur. Bunu da deyim ki, tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün təşkil olunmuş ziyafətdə də mən Eldar İsmayılovu görmədim. Tədbir bitəndən sonra da bizi, yəni Azərbaycandan gələn nümayəndə heyətini xüsusi ayrılmış avtomobillə hava limanına gətirdilər və burdan biz artıq vətənə qayıtdıq. Əlbəttə ki, bu zaman da Eldar İsmayılov yanımızda deyildi və mənim ondan ümumiyyətlə xəbərim yox idi. Bütün bunları təfsilatı ilə ona görə danışıram ki, sözügedən məqalədə müəllifin məni az qala Eldar İsmayılovla birgə hərəkət edən şəxs kimi təqdim etməsinin qətiyyən həqiqətə uyğun olmadığını hər kəs bilsin. Əminəm ki, bütün bu yazılanlar kiminsə mənə qarşı qərəzli münasibətinin növbəti təzahürüdür.”
Amma bizim Eldar müəllimlə söhbətimiz bununla da bitmədi. Məlum oldu ki, Eldar Quliyev bu il də Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Bu görüş isə artıq Qurbanqulu Berdiməhəmmədovun cari ilin iyul ayında Azərbaycana səfəri zamanı baş tutub. Bu barədə əməkdaşımıza danışan Eldar Quliyev deyib: “Bilirsiniz ki, bu ilin iyul ayında Qurbanqulu Berdiməhəmmədov artıq Türkmənistan Xalq Məsləhətinin sədri kimi, Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində onun Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə görüşü olub və həmin görüşdə mən də iştirak etmişəm. Həmçinin Qurbanqulu Berdiməhəmmədov səfər zamanı Qafqaz müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadə ilə görüşüb və mən bu görüşə də dəvət olunmuşdum. Bunu da deyim ki, biz Azərbaycan Ağsaqqallar Şurasının 2020-2024-cü illər ərzindəki fəaliyyətindən bəhs edən bir kitab dərc etmişik. Həmin kitabda Türkmənistan Ağsaqqallar Şurasının sədri kimi Qurbanqulu Berdiməhəmmədovun da fəaliyyətində müəyyən qədər yer ayrılıb. Buna görə də mən görüşlərimizdən birində həmin kitabın bir nüsxəsini ona hədiyyə etdim.”
Beləliklə, Eldar Quliyev hər zaman olduğu kimi, bu məsələdə də mətbuata daim açıq olduğunu bir daha təsdiqlədi və özünə ünvanlanan sualları tam təfərrüatı ilə cavablandırdı. Bizim gəldiyimiz qənaət də bu oldu ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevə qarşı səsləndirilən fikirlər tamamilə əsassızdır və qərəzli xarakter daşıyır.
Azər Məmmədov
aia.az
Bölməyə aid digər xəbərlər

Tarix: 2-10-2025, 18:38 Oxunub: 36
Bölməyə aid digər xəbərlər
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
29-06-2025, 09:05
Deputat Eldar Quliyev ona qarşı şər-böhtan kampaniyası aparanların yalanlarını ifşa etdi
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
16-08-2024, 09:09
Bu şəxslərin BAŞI DƏRDDƏ - Görün nə ediblər...
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
1-08-2022, 16:44
Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisinə qarşı irəli sürülən ittihamlar öz təsdiqini tapmadı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO