16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: Zəngilan qayıdışın, dirçəlişin və gələcəyin şəhəridir

Azərbaycanın azad edilmiş torpaqlarında hər bir gün tarixlə, qürurla, yenidən doğuluşla bağlıdır. Lakin 20 oktyabr – Zəngilan şəhəri günü xüsusi məna daşıyır. Bu tarix həm işğalın qurtarışı, həm də böyük dönüş nöqtəsidir. Qədim Zəngilan Qafqazın cənubunda, Arazın sahilində yerləşən, mədəniyyətin, mənəviyyatın və zəhmətin torpağı kimi bu gün yenidən dirçəlişin timsalına çevrilib. XIX əsrdə Qafqazın Rusiya tərəfindən işğalı bölgənin inzibati xəritəsini dəyişdi. Zəngəzur qəzası tərkibində yer alan Zəngilan, Mehri, Qafan, Laçın kimi qədim türk yurdları həmin dövrdən etibarən siyasi məqsədlərlə parçalanmağa başladı. 1920-ci ilin aprelində bolşevik Rusiyasının təzyiqi və erməni silahlı dəstələrinin təcavüzü nəticəsində Zəngəzurun böyük hissəsi Azərbaycanın əlindən alınıb Ermənistana birləşdirildi. Lakin Laçın, Qubadlı və Zəngilan bu işğal dalğasının qarşısında qalaraq Azərbaycan sərhədləri daxilində qaldı.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Zəngilanın coğrafi mövqeyi – Arazın o tayında İran İslam Respublikası, qərbdə Ermənistan, şimalda Qubadlı və şərqdə Cəbrayıl – onu hər zaman strateji mərkəzə çevirmişdir. Bu torpaqlar həm qədim yaşayış məskənləri, həm də zəngin təbiət ehtiyatları ilə seçilirdi. Oxçuçay, Həkəri, Bəsitçay və Araz çayları Zəngilanın can damarları idi. 1993-cü ilin payızı Zəngilan tarixinin ən ağrılı, lakin ən qəhrəman səhifəsidir. Füzuli və Cəbrayıl işğal olunduqdan sonra zəngilanlılar 67 gün mühasirə şəraitində vuruşaraq, Vətənə sədaqətin nadir nümunəsini göstərdilər. 25–29 oktyabr tarixlərində əhali son nəfəsinə qədər döyüşdü, 235 nəfər şəhid və itkin verildi, minlərlə sakin Arazı keçərək İrana sığınmaq məcburiyyətində qaldı. Bu hadisə Azərbaycanın müasir tarixində qəhrəmanlıq və məcburi köçkünlük simvolu kimi qaldı. İşğal illərində Zəngilanın torpaqları erməni vandalizminin qurbanına çevrildi. XVII əsrə aid İmam Hüseyn məscidi, XIV əsr Məmmədbəyli türbəsi, Qız qalası, Şərifan abidələri və onlarla pir, ocaq, məqbərə yerlə-yeksan edildi. Ermənilər bu mədəni irsi ya mənimsəməyə, ya da məhv etməyə çalışdılar. Amma tarix susmadı – daşların yaddaşında Azərbaycan qaldı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın gücünü, xalqın birliyini və cənab Prezident İlham Əliyevin müdrik liderliyini göstərdi. 20 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan xalqımıza müraciətində “Zəngilan şəhəri azad olundu!” sözlərini söyləyərkən, bu təkcə bir rayonun qurtuluşu deyildi – bu, Azərbaycanın bütövlüyünün, tarixi ədalətin və milli qürurun bərpası idi. Zəngilan uğrunda döyüşlər zamanı 4 qəsəbə və 49 kənd işğaldan azad edildi, Azərbaycan-İran sərhədinin 132 kilometrlik xətti bərpa olundu. Qısa müddət sonra cənab Prezidentin sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi, 6974 əsgər və zabit bu ordenlə təltif olundu. Zəngilan azadlığa qovuşduqdan dərhal sonra dövlətimizin diqqət mərkəzinə çevrildi. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il Sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” kimi təsis olundu. Bu, təkcə bir təqvim hadisəsi deyil – xalqın yaddaşının və dövlətin hörmətinin göstəricisidir.
Millət vəkili onu da deyib ki, ilk pilot layihə – Ağalı “Ağıllı kəndi” məhz burada həyata keçirildi. 200 evdən ibarət, tam müasir standartlara cavab verən, alternativ enerji ilə işləyən, “yaşıl iqtisadiyyat” modelinə əsaslanan kənd bu gün dünyanın ən müasir kəndlərindən biri sayılır. 2022-ci ildən başlayaraq ilk ailələr geri dönüb. Məktəb, bağça, tibb məntəqəsi, “ASAN xidmət”, “DOST mərkəzi”, poçt və bank şöbələri – hər şey müasir həyat üçün nəzərdə tutulub. Zəngilan eyni zamanda “yaşıl enerji zonası”nın aparıcı mərkəzlərindən biridir. Günəş enerjisi, su elektrik stansiyaları, kənd təsərrüfatı və logistik layihələr burada yeni iqtisadi həyatın əsasını qoyur. “Dost Aqropark” layihəsi, Azərbaycan–Türkiyə əməkdaşlığının simvolu kimi, regionun aqrar potensialını canlandırır. Təbii ki, bu torpaqların gələcəyi Zəngəzur dəhlizi ilə birləşəcək. Zəngilan Naxçıvandan cəmi 40 kilometr məsafədə yerləşir və bu dəhlizin açılması Azərbaycanın tarixi coğrafiyasını yenidən birləşdirəcək. Horadiz–Zəngilan–Ağbənd dəmir yolu, Zəngilan Beynəlxalq Hava Limanı və Zəngilan–Horadiz avtomobil yolu Azərbaycanın yeni iqtisadi arteriyasını formalaşdırır. Zəngilanın logistik rolu artıq regional və beynəlxalq miqyasda strateji əhəmiyyət daşıyır. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidinin bərpası isə mənəvi dirçəlişin simvoluna çevrilib. Bu məscid yalnız daşdan tikilmiş ibadətgah deyil, həm də azərbaycançılıq ideyasının və milli kimliyin dirçəliş nişanəsidir. Zəngilanın azadlığından sonra cənab Prezident İlham Əliyevin bu bölgəyə çoxsaylı səfərləri onun inkişafının canlı planı kimi dəyərləndirilir. 23 dekabr 2020-ci ildə dövlət başçısı Zəngilan şəhərində Azərbaycan bayrağını ucaldaraq yeni mərhələnin başlanğıcını elan etdi. 26 aprel 2021-ci ildə “Ağıllı kənd” və Zəngilan Beynəlxalq Hava Limanının təməlləri qoyuldu. 20 oktyabr 2021-ci ildə cənab Prezident “Zəngilan” yarımstansiyasının açılışında iştirak etdi, ictimaiyyətlə görüşdü. 2022–2024-cü illərdə həyata keçirilən səfərlərdə “Dost Aqropark”, “Zəngilan məscidi”, su elektrik stansiyaları, konqres mərkəzi, yaşayış kompleksləri və Mincivan qəsəbəsi kimi layihələrin açılışları oldu. Bu səfərlər təkcə dövlət başçısının iş qrafiki deyil, Zəngilanın yenidən doğuluş xronikasıdır. Hər bir səfər bir təməl, bir bərpa, bir inkişaf rəmzidir.
Bu gün Zəngilan təkcə azad olunmuş bir şəhər deyil, həm də Azərbaycanın Böyük Qayıdış ideyasının canlı modelidir. O, bir vaxtlar dağıdılmış, lakin indi yenidən dirçələn torpaqların gələcəyinə inamın, dövlətin qüdrətinin və xalqın birliyinin timsalıdır. Zəngilanın hər daşı, çayları, hər bir evinin pəncərəsi belə bu qayıdışın səsini daşıyır – Zəfərin, Qayıdışın və Dirçəlişin səsini-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-10-2025, 12:35 Oxunub: 25
Bölməyə aid digər xəbərlər
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
27-05-2025, 09:41
Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi müasir dövlətçilik ənənələrinin təməlini təşkil edir”
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
26-10-2023, 14:33
Azadlığın mübarək, Qubadlı!
24-10-2023, 15:00
Eltun Süleymanov: “Qubadlı Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olacaqdır”
21-10-2023, 10:02
Eltun Süleymanov: “Zəngilan Böyük qayıdışın ilk ünvanıdır”
20-10-2023, 13:54
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
24-04-2023, 10:06
Xankəndi əməliyyatı son mərhələyə keçdi: Əliyev erməni təlxəklərin "terror sirki"ni qapadır
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
22-11-2021, 10:14
Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: SENSASİON DETALLAR - FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı