16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
“Sağlamlığa sədaqət, insana xidmətin siması – Şahlar Hüseynov”

“Sağlamlığa sədaqət, insana xidmətin siması – Şahlar Hüseynov”


Beyləqan Rayon Mərkəzi Xəstəxanası bu gün regionun ən nümunəvi, səliqəli və yüksək tibbi xidmət göstərən səhiyyə ocaqlarından biri kimi tanınır. Bu uğurun mərkəzində dayanan əsas sima isə xəstəxananın baş həkimi Şahlar Hüseynovdur. Onun rəhbərliyi ilə tibb müəssisəsində baş verən dəyişikliklər, həm şəffaf idarəetmə, həm də insana qayğı prinsipi ilə fərqlənir.

Şahlar Hüseynov tibb sahəsində uzun illərin təcrübəsinə malik bir mütəxəssisdir. O, həkimlik peşəsini sadəcə bir iş deyil, həyat missiyası, insanlığa xidmətdir kimi qəbul edir. Bu yanaşma onu həm kollektiv arasında, həm də xəstələr arasında böyük hörmətə layiq edib.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında bu gün pasiyent məmnunluğu hər şeydən öndə tutulur. Xəstə-həkim münasibətləri qarşılıqlı etimada və hörmətə əsaslanır. Hər bir xəstə diqqətlə dinlənilir, hər bir müraciət həssaslıqla dəyərləndirilir. Bu, baş həkim Şahlar Hüseynovun yaratdığı peşəkar və humanist mühitin nəticəsidir.

Onun rəhbərliyi dövründə xəstəxanada tibbi xidmətin keyfiyyəti yüksəlib, müasir avadanlıqlar quraşdırılıb, laboratoriya və diaqnostika bölmələrinin fəaliyyəti təkmilləşdirilib. Pasiyentlərin diaqnoz və müalicə prosesi beynəlxalq standartlara uyğunlaşdırılıb.

Şahlar Hüseynov insan sağlamlığını hər şeydən üstün tutur. Onun üçün ən böyük mükafat xəstənin sağalması, ailəsinə sağlam şəkildə qayıtmasıdır. Məhz bu səbəbdən o, hər zaman xəstəxanada şəffaf, məsuliyyətli və səmimi iş mühiti yaradıb.

Beyləqanlılar arasında Şahlar Hüseynovun adı etibar, peşəkarlıq və insanlıqla assosiasiya olunur. Onun rəhbərliyi ilə tibb personalı daim təlimlərə cəlb olunur, həkimlərin bilik və bacarıqları artırılır. Beləcə, xəstəxana təkcə müalicə ocağı deyil, həm də öyrədici bir tibbi mərkəz kimi fəaliyyət göstərir.

Baş həkim, həmçinin şəhid ailələri və qazilərlə daim təmasda olur, onların sağlamlıq problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır. Onun təşəbbüsü ilə şəhid ailələri üçün tibbi müayinələr, pulsuz müalicə və reabilitasiya proqramları həyata keçirilir. Bu, sadəcə vəzifə deyil, onun vətənpərvərlik duyğusundan qaynaqlanan insani missiyadır.

Şahlar Hüseynov hər zaman deyir: “Biz şəhidlərimizin ailələrinə xidmət göstərməklə Vətənə borcumuzu ödəyirik.” Bu cümlə onun həyat fəlsəfəsinin qısa, amma dərin ifadəsidir.

Xəstəxananın qapıları hər bir vətəndaş üçün açıq, səmimi və ümidverici bir məkandır. Hər kəs burada diqqət, qayğı və peşəkar münasibətlə qarşılanır. Pasiyentlər bildirirlər ki, Şahlar Hüseynovun rəhbərliyi ilə Beyləqan xəstəxanasında “insanlıq havası” hökm sürür.

Onun rəhbərliyi ilə həyata keçirilən yeniliklər təkcə tibbi sahədə deyil, sosial sahədə də özünü göstərir. Xəstəxanada sosial məsuliyyət təşəbbüsləri, qanvermə aksiyaları, maarifləndirmə tədbirləri keçirilir. Şahlar Hüseynovun məqsədi təkcə xəstəlikləri müalicə etmək deyil, insanlara sağlam həyat tərzini aşılamadır.

O, kadr potensialının gücləndirilməsi, gənc həkimlərin yetişdirilməsi və müasir tibbi təcrübələrin bölgədə tətbiqinə də böyük diqqət ayırır. Bu da Beyləqan səhiyyəsinin gələcəyi üçün mühüm bir addımdır.

Şahlar Hüseynovun fəaliyyətində vicdan, fədakarlıq və insan sevgisi başlıca dəyərlərdir. O, hər bir əməkdaşından yalnız dürüstlük və məsuliyyət tələb edir, çünki özü bu keyfiyyətlərin canlı nümunəsidir.

Bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanası təkcə bir tibbi müəssisə deyil, insanlığa xidmətin, vətənə sədaqətin və peşəkarlığın simvoludur.

 Şahlar Hüseynov – xalqına canla-başla xidmət edən, insan sağlamlığını həyatının mərkəzinə qoyan, şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı ilə nümunə olan bir rəhbərdir. Onun fəaliyyəti Beyləqan səhiyyəsinin qürurudur.


Tarix: 24-10-2025, 08:28 Oxunub: 23


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı