16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Eltun Süleymanov: "Yeni Azərbaycan Partiyası tarixi zərurətdən milli intibaha aparan yoldur"

"Yeni Azərbaycan Partiyası – dünənin məsuliyyətini, bu günün reallığını və sabahın inamını özündə birləşdirən siyasi məktəbdir." -Ulu Öndər Heydər Əliyev.
Azərbaycan tarixinin ən həlledici məqamlarından biri 1992-ci ilin noyabr ayıdır. O dövrün ictimai-siyasi mənzərəsi ölkənin gələcəyi üçün dərin narahatlıq doğururdu: dövlət institutları sarsılmış, cəmiyyət xaosa sürüklənmiş, separatizm dalğası güclənmişdi. Belə ağır bir şəraitdə xalqın gələcəyini düşünən ziyalılar — millətin intellektual təbəqəsi – xilasedici qərar verməli idi. Məhz o günlərdə 91 nəfər görkəmli ziyalının imzası ilə Heydər Əliyevə ünvanlanan müraciət, Azərbaycan tarixinin dönüş nöqtəsinə çevrildi. “91-lər”in müraciəti yalnız bir məktub deyildi — bu sənəd xalqın iradəsini, dövlətin xilası uğrunda milli düşüncənin birliyini ifadə edirdi. Ulu Öndərin həmin müraciətə cavabı bu gün də siyasi hikmətin və milli uzaqgörənliyin nümunəsi kimi səslənir: “Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur və bu partiya müstəqil dövlətimizin möhkəmlənməsində tarixi rol oynayacaqdır.” Beləliklə, xalqın istəyi ilə tarix öz hökmünü verdi – Yeni Azərbaycan Partiyasının təməli qoyuldu.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı təkcə bir siyasi hadisə deyildi, bu, xalqın dövlətçilik iradəsinin bərpası idi. 550 nümayəndənin iştirak etdiyi bu konfransda Azərbaycanın bütün bölgələrindən gələn insanlar bir amal ətrafında birləşmişdi – ölkəni dağılmaq təhlükəsindən xilas etmək və sabit dövlət qurmaq. Konfransda partiyanın Proqramı və Nizamnaməsi qəbul olundu, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, Azərbaycan xalqının tarixi yaddaşında yeni səhifə açıldı. Yeni Azərbaycan Partiyasının yaranması, əslində, ümumxalq həmrəyliyinin rəsmi formulu, siyasi iradənin dövlət səviyyəsində ifadəsi idi. Ulu Öndərin dərin təfəkkürü və dövlətçilik məktəbi YAP-ı qısa müddətdə siyasi sistemin aparıcı qüvvəsinə çevirdi. O, partiyanın missiyasını belə ifadə etmişdi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Biz bu partiyanı gələcəyin, sabitliyin və inkişafın təminatı kimi yaratdıq.” Yeni Azərbaycan Partiyası yaranandan bu günə qədər Azərbaycan dövlətçiliyinin əsas dayağı kimi çıxış etmişdir. O, cəmiyyətin bütün təbəqələrini birləşdirərək xalqın istəklərini dövlət siyasətinə çevirmişdir. Partiyanın fəaliyyəti nəticəsində ölkədə demokratik siyasi mədəniyyətin əsasları qoyuldu. Müxalifət partiyası kimi yaranmasına baxmayaraq, YAP destruktiv deyil, konstruktiv siyasi düşüncənin daşıyıcısı oldu. O, dövlətin deyil, xalqın yanında dayandı və nəticə etibarilə xalqın etimadını qazandı. 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 2005-ci ilin martında keçirilən III Qurultayda cənab Prezident İlham Əliyevin partiya sədri seçilməsi siyasi varisliyin rəsmi təsdiqi oldu. Bu, yalnız lider dəyişməsi deyildi – bu, Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin müasir dövrün reallıqları ilə sintezi idi. Cənab Prezident İlham Əliyevin liderliyi ilə YAP artıq təkcə bir siyasi təşkilat deyil, müasir dövlətçilik institutunun strateji dayağına çevrildi. Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP bu gün 730 mindən çox üzvü ilə cəmiyyətin hər bir sahəsində fəal iştirak edir. Cənab Prezident İlham Əliyev bu reallığı belə ifadə edib: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamız bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq.” 2021-ci il martın 5-də keçirilən YAP-ın VII Qurultayı partiyanın struktur və ideoloji yenilənməsinin zirvəsi kimi yadda qaldı. Qurultayda qəbul olunan qərarlar YAP-ın gələcək fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırdı. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması, dövlət idarəçiliyində qadınların rolunun yüksəldilməsinə və partiyanın humanist dəyərlərinin daha da möhkəmlənməsinə xidmət etdi. Bu təyinat, eyni zamanda, gender balansı və qadın liderliyinin milli siyasətdəki önəmini göstərdi. VII Qurultayda YAP-ın yeni Nizamnaməsi, Proqramı və struktur islahatları təsdiqləndi. Partiya cəmiyyətin bütün təbəqələrini birləşdirən “xalq-iqtidar birliyi” modelini praktik müstəviyə keçirdi. Bu model milli həmrəyliyin real iş mexanizminə çevrildi. YAP-ın 2021-ci il dekabrında təsdiq edilmiş yeni Proqramı partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Proqramda 10 əsas siyasi dəyər – Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik, sosial ədalət, multikulturalizm, dialoq və demokratiya – ideoloji bünövrə kimi qeyd olunur. Eyni zamanda, 11 strateji hədəf – güclü iqtisadiyyat, şəffaflıq, sosial ədalət, vətəndaş həmrəyliyi, ordu quruculuğu, Böyük Qayıdış və milli maraqlar – Azərbaycanın dövlətçilik siyasətinin əsas prioritetləri kimi müəyyən edilib. Bu sənəd yalnız partiyanın proqramı deyil, həm də Azərbaycan dövlətçiliyinin siyasi manifestidir.
Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə qədər xalqla dövləti birləşdirən ideoloji mərkəz, milli inkişafın və dövlətçilik düşüncəsinin aparıcı qüvvəsi olub. Ulu Öndərin qurduğu və cənb Prezident İlham Əliyevin müasirliklə zənginləşdirdiyi bu siyasi məktəb, əslində, Azərbaycanın gələcəyinin konsepsiyasıdır. YAP-ın bu günə qədər keçdiyi yol bir daha sübut edir ki, xalqın iradəsinə, liderin uzaqgörənliyinə və milli birliyə söykənən siyasət heç vaxt məğlub olmur-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 18-11-2025, 12:12 Oxunub: 64
Bölməyə aid digər xəbərlər
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
18-11-2024, 16:32
Eltun Süleymanov: "YAP xalqın partiyasıdır"
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
22-11-2023, 12:05
Misgər Məmmədov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
15-06-2023, 16:33
Eltun Süleymanov: “Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur"
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ