
Bəzi özünü “jurnalist” adlandıran şəxslər qələmi peşə məsuliyyəti üçün deyil, şəxsi maraqları üçün istifadə edir. Onlar araşdırma aparmadan, fakt yoxlamadan, heç bir peşə etikası gözləmədən ağlına gələn hər cür əsassız iddianı yazıya çevirib tirajlayırlar. Belə insanların məqsədi ictimaiyyəti məlumatlandırmaq yox, kimlərəsə qarşı qara piar aparmaq, nüfuzlu şəxsləri hədəf alaraq sifarişli yazılarla gündəmdə qalmaqdır.
Redaksiyamızın məlumatına görə, son günlər bir sıra qeyri-peşəkar və əsasız iddialar yayan saytlar “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev haqqında məqsədli şəkildə böhtan xarakterli yazılar tirajlamağa başlayıb. Həmin materialların heç biri rəsmi faktlara söykənmir, jurnalistik prinsiplərindən tam kənara çıxır və şəxsiyyətə qarşı qarayaxma kampaniyasından başqa bir məna daşımır. Redaksiya olaraq bildiririk ki, yayılan məlumatların əksəriyyəti manipulyasiya, təxribat və şəxsi maraqlarla formalaşdırılmış qərəzli cəhdlərdir.
Qağaməli Seyfullayev neft-qaz sektorunun ən məsul sahələrindən birinə rəhbərlik edən, illərlə qazandığı təcrübə və dürüst idarəçilik prinsipləri ilə tanınan bir admdir. Onun rəhbərlik etdiyi trest uzun illərdir ölkənin neft-qaz infrastrukturu üçün həyati əhəmiyyət daşıyan layihələri həyata keçirir, yüksək standartlarla işlərə imza atır və strateji obyektlərin tikinti-təmir prosesində mühüm rol oynayır. Bu fəaliyyətin hər mərhələsi həm dövlət, həm də müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır, şəffaflıq tam təmin olunur.
Bəzi saytların yaydığı iddialarda guya trestdə qanunsuzluqların, neqativ hallarının baş verdiyi irəli sürülür. Halbuki, bu kimi məlumatlar nə hüquqi sübutlarla, nə də faktlarla əsaslandırılır. Qağaməli Seyfullayevin rəhbərliyi altında trestdə aparılan bütün layihələr mövcud qanunvericiliyə uyğun şəkildə icra edilir, texniki təhlükəsizlik standartları yüksək səviyyədə qorunur və hər bir iş addım-addım sənədləşdirilir.
Qağaməli Seyfullayev həm də kollektivinə qarşı yüksək tələbkarlığı ilə tanınır. O, hər zaman işində məsuliyyət, nizam-intizam və şəffaflığı ön planda saxlayır. Trest əməkdaşlarının peşəkarlığının artırılması, texniki bazanın yenilənməsi və müasir avadanlıqların tətbiqi istiqamətində ardıcıl addımlar atır. Bu isə yalnız sektorda inkişaf və keyfiyyəti təmin edir.
Eyni zamanda, səsləndirilən böhtan xarakterli məlumatların tam əksi olaraq, trestdə sosial mühit daim sağlam saxlanılır. İşçilərin təhlükəsizliyi, rifahı, sosial təminatı və peşə hazırlığı Qağaməli Seyfullayevin əsas prioritetlərindən biridir. Bu istiqamətdə atılan addımlar həm dövlət qurumları, həm də müstəqil ekspertlər tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.
Redaksiya olaraq bir daha bildiririk ki, Qağaməli Seyfullayev haqqında yayılan şər-böhtan xarakterli məlumatların məqsədi təkcə onun nüfuzuna zərbə vurmaq deyil, həm də neft-qaz sektorunda aparılan strateji və vacib layihələrin reputasiyasını sarsıtmaqdır. Bu cür cəhdlər nə peşəkarlıqla, nə də obyektivliklə uzlaşır. İctimaiyyətin diqqətinə çatdırırıq ki, belə yazılar yalnız sifarişli kampaniyanın məhsuludur.
Qağaməli Seyfullayev dürüstlüyü, sadiqliyi və dövlətçilik mövqeyi ilə tanınan bir rəhbərdir. Onun gördüyü işlər göz önündədir və hər bir layihənin uğurla başa çatması trestin kollektivinin zəhməti və Seyfullayevin düzgün idarəçilik modelinin nəticəsidir.
Redaksiya olaraq bir daha bəyan edirik:
Həqiqət qalibdir, böhtan isə heç vaxt davamlı olmur.
Bölməyə aid digər xəbərlər















