16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “ Ölkəmizin xarici siyasəti qlobal sülh və əməkdaşlığa real töhfələr verir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkəmizin müasir xarici siyasət kursunun mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu”.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, qeyd edib ki, bu səfər balanslı, praqmatik və çoxşaxəli diplomatiyanın konkret nəticələr doğurduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın qlobal və regional proseslərdə artan rolunu təsdiqlədi. “Xüsusilə Yaxın Şərq kimi strateji əhəmiyyətə malik bir regionda BƏƏ ilə münasibətlərin ardıcıl şəkildə dərinləşdirilməsi mövcud beynəlxalq reallıqlar fonunda uzaqgörən və çevik siyasi xəttin göstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan–BƏƏ münasibətləri artıq təkcə siyasi dialoq müstəvisində deyil, iqtisadi, enerji və təhlükəsizlik sahələrində də strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.”
Millət vəkili vurğulayıb ki, səfər çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir: “Qeyd olunmalıdır ki, “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının bir hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satılması ilə bağlı sənəd enerji əməkdaşlığında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu addım Azərbaycanın enerji layihələrinin beynəlxalq investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı, ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu daha da gücləndirir. Paralel olaraq Azərbaycan və BƏƏ Müdafiə Nazirlikləri arasında müdafiə əməkdaşlığına dair niyyət məktubunun imzalanması təhlükəsizlik sahəsində qarşılıqlı etimadın və strateji koordinasiyanın dərinləşdiyini göstərir. Səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə keçirilən “Sülh Qalxanı–2026” birgə əməliyyat-taktiki təlimini izləmələri oldu. Bu fakt Azərbaycan–BƏƏ münasibətlərinin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, praktiki müstəvidə də inkişaf etdiyini, müdafiə sahəsində real əməkdaşlığın formalaşdığını sübut edir. Birgə təlimlər regional və beynəlxalq təhlükəsizlik təşəbbüslərinə töhfə verməklə yanaşı, Azərbaycanın sülh və sabitliyə əsaslanan xarici siyasət konsepsiyasına tam uyğundur. Səfərin ən mühüm siyasi və mənəvi hadisələrindən biri isə əlbəttə ki, cənab Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasıdır. Dünyada sülhün təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və xalqlar arasında dialoqun inkişafına verilən töhfələrə görə təqdim edilən bu nüfuzlu mükafat Prezident İlham Əliyevin qlobal miqyasda artan nüfuzunun və liderlik rolunun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bu mükafat eyni zamanda Azərbaycanın multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlət siyasətinin beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini göstərir. Beləliklə, BƏƏ-yə işgüzar səfər bir daha təsdiqlədi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə yürüdülən xarici siyasət milli maraqlara xidmət etməklə yanaşı, qlobal sülh və əməkdaşlıq gündəliyinə real töhfələr verir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-02-2026, 10:56 Oxunub: 24
Bölməyə aid digər xəbərlər
6-02-2026, 10:01
Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir
6-01-2026, 09:05
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
17-12-2025, 09:53
Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
9-01-2024, 13:34
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO -YENİLƏNİB
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO