16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “Xocalı faciəsi dünyada ötən əsrin soyqırım cinayəti kimi qiymətləndirilir”

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində baş verən qətliam yalnız regional münaqişənin bir qanlı epizodu deyildi. Bu faciə həm də sovet dövrünün dağılma prosesində ortaya çıxan hakimiyyət çatışmazlığı və etnik qarşıdurmaların bəşəriyyət üçün nə qədər təhlükəli ola biləcəyini göstərən həssas bir nümunə oldu”.
Bu sözləri Xocalı Soyqırımı Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, 25 fevral gecəsi Ermənistan silahlı qüvvələrinin, Qarabağdakı erməni silahlı dəstələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə şəhərə hücum planlaşdırıldı və həyata keçirildi. “Bu hücum nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə yetirildi, yüzlərlə insan ağır yaralandı və 1275 nəfər əsir götürüldü. Onların arasında yüzlərlə insanın taleyi bu günə qədər məlum deyil. Azərbaycan hökuməti və hüquq mühafizə orqanları hücumun məqsədinin yalnız şəhəri ələ keçirmək olmadığını, eyni zamanda etnik səbəblərlə dinc əhali üzərində zorakılıq siyasətinin həyata keçirildiyini qeyd edir. Bu istiqamətdə Xocalı olayının “soyqırımı” aktı kimi xarakterizə edilməsi ölkənin daxili qanunvericiliyi və bir sıra beynəlxalq müqavilələr baxımından əsaslandırılır.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra qeyd edib ki, ermənilərin bütün bu vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi və Azərbaycan bütün şəhidlərinin qanını düşməndən döyüş meydanında aldı: “Xocalı faciəsi beynəlxalq hüquq normalarına görə insanlığa qarşı cinayət və soyqırımı cinayəti kimi qiymətləndirilir. Ermənistan silahlı qüvvələrinin hərəkətləri beynəlxalq konvensiyalar — xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyası, Uşaq Hüquqları Konvensiyası kimi sənədlərlə ziddiyyət təşkil edir. Bu sənədlərə görə mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınması və kütləvi qırğını insanlığa qarşı ən ağır hüquq pozuntularından biri sayılır. Lakin xalqımıza qarşı törədilən bütün bu vəhşiliklər düşməni öz əsas məqsədinə çatdıra bilmədi. Ölkə Prezidenti cənab İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti bu planları alt-üst etdi. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində Xocalı şəhəri də Xankəndi, Ağdərə, Xocavənd şəhərləri və digər qalan ərazilərimizlə birgə separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran möhtərəm dövlət başçımız Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi. Bu gün Xocalı soyqırımı kimi faciələr yalnız tarixi fakt kimi qalmaqla kifayətlənməməli, eyni zamanda beynəlxalq hüquq, sülh və insan hüquqları üçün qabaqlayıcı dərs kimi araşdırılmalıdır” .
Bölməyə aid digər xəbərlər

Tarix: 26-02-2026, 09:05 Oxunub: 30
Bölməyə aid digər xəbərlər
19-02-2026, 10:14
Xocalı soyqırımı zamanı törədilən vəhşiliklər insan ağlının qəbul edə bilməyəcəyi dərəcədə qəddar idi
19-02-2026, 10:13
Xocalı faciəsi xalqımıza qarşı soyqırım siyasətinin qanlı səhifəsidir
19-02-2026, 10:08
Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir
6-01-2026, 09:05
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
26-02-2025, 09:00
Xocalı Soyqırımı: 33 İl Ötür, Amma Unutmadıq!
24-02-2024, 17:59
ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Ramsin Abdullayev
22-02-2024, 01:08
“Soyqırımı Günü” haqqında qərar
27-02-2023, 11:25
Fateh bey: Bütün gönderilerinizi Kargo Can olarak tüm Türkiye'ye HIZLI ve GÜVENLİ TESLİMAT olarak ulaştırıyoruz
25-02-2023, 17:44
Xocalı xalqımızın qan yaddaşıdır
23-02-2023, 10:14
Rövşən müəllim: Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib
17-02-2023, 09:56
11 saatlıq qanlı döyüşlərin azərbaycanlı qəhrəmanları belə öldürülüb - ŞOK FAKTLAR
27-09-2022, 08:27
Kamaləddin Qafarov: “Ermənistanın fitnəkarlıqlarıı hərbi əməliyyatları qaçılmaz etdi”
29-03-2022, 11:00
Turə Qasımova: Tarixi yaddaşımızdan silinməyən soyqırım
23-02-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı nə Xocalı faciəsini, nə də erməni faşizminin törətdiyi digər vəhşilikləri heç zaman unutmayacaq”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO