16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş imicinə malikdir”

“Son on iki il ərzində qlobal enerji bazarının müxtəlif böhranlar, siyasi gərginliklər və iqtisadi çətinliklərlə üzləşdiyi inkarolunmaz faktdır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan və tərəfdaşları Avropanın enerji təhlükəsizliyini real təminat mexanizminə çevirə bildilər”.
Bunları mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları da bütün mürəkkəb geosiyasi reallıqlara rəğmən, ötən dövr ərzində formalaşmış dayanıqlı əməkdaşlıq modelini bir daha nümayiş etdirdi. “Cənab Prezident İlham Əliyev tədbirdə etdiyi çıxışında son on iki ilin təcrübəsinə nəzər salaraq bildirdi ki, çətinliklərə baxmayaraq, bir sıra ölkələrin enerji təminatı artıq gündəlik həyatın sabit elementinə çevrilib. Bu fikir göstərir ki, layihə yalnız kommersiya deyil, sosial sabitlik amilidir. Enerji çatışmazlığı yaşayan ölkələr üçün davamlı təchizat iqtisadi artımın və ictimai rifahın əsas şərtidir.”
K.Qafarov Prezident İlham Əliyevin yaşıl enerji gündəliyi ilə bağlı səsləndirdiyi fikirlərin önəmini xüsusi qeyd edib: “Dövlət başçımızın qeyd etdiyi kimi, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında formalaşmış qarşılıqlı fayda prinsipi hər bir layihənin uğurunun əsas dayağıdır. Azərbaycanın iştirak etdiyi meqalayihələrdə isə, bu model klassik enerji münasibətlərindən fərqli olaraq, daha çox tərəfdaşlıq ruhuna əsaslanır. Məhz bu səbəbdən Cənub Qaz Dəhlizi artıq tam gücü ilə işləyir və mövcud infrastruktur artan tələbat fonunda genişləndirilmə perspektivləri ilə müzakirə olunur. Yeni interkonnektorlar və əlavə ötürücülük imkanları isə gələcək illərdə layihənin əhatə dairəsini daha da genişləndirə bilər. Bununla yanaşı, enerji siyasətində yaşıl gündəliyin ön plana çıxması xüsusi diqqət çəkir. Cənab Prezident xüsusi olaraq belə bir mühüm məqamı da diqqət mərkəzinə çəkdi ki, regionun indiyədək ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji keçidinə sadiqliyini nümayiş etdirir. Layihənin ACWA Power tərəfindən maliyyələşdirilməsi və icrası isə beynəlxalq investorların ölkəyə olan etimadının göstəricisidir. Bu, ənənəvi enerji ixracatçısı olan Azərbaycanın paralel olaraq bərpaolunan enerji mərkəzinə çevrilmək niyyətini ortaya qoyur. Təbii ki, strateji baxımdan mühüm məqamlardan biri də ABŞ ilə münasibətlər kontekstində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının praktik nəticələridir. Bu sənəd enerji ilə yanaşı süni intellekt, nəqliyyat bağlılığı və digər sahələri əhatə etməklə əməkdaşlığın çoxşaxəli xarakter aldığını göstərir. Prezident İlham Əliyev məhz bu çərçivədə reallaşan layihələrin artıq konkret nəticələr verdiyini də diqqətə çatdırdı. Beləliklə, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları paralel inkişaf edən iki istiqaməti təcəssüm etdirir. Bunlardan biri ənənəvi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, digəri dayanıqlı enerji keçidinin sürətləndirilməsidir. Azərbaycan isə hər iki sahədə təşəbbüskar rolunu qoruyaraq regional və qlobal miqyasda etibarlı tərəfdaş imicini gücləndirir” .
Bölməyə aid digər xəbərlər

Tarix: 5-03-2026, 10:01 Oxunub: 19
Bölməyə aid digər xəbərlər
6-01-2026, 09:05
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
8-07-2025, 08:34
Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur
7-04-2025, 12:37
Səttar Möhbalıyev: “Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq siyasi nüfuzunun yüksəlməsinə xidmət edən qlobal layihədir”
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
3-02-2023, 12:38
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib - YENİLƏNİR - FOTO/VİDEO
3-02-2023, 09:14
İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir - YENİLƏNİB - CANLI YAYIM
4-02-2022, 10:01
Aqiyə Naxçıvanlı: “Azərbaycan etibarlı tərəfdaş kimi bundan sonra da Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayacaq”
4-02-2022, 09:18
Kamaləddin Qafarov: “Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri yeni formata keçir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO