16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Əminə xanım Əliyeva: Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsi

Şirvan şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Əminə xanım Əliyeva - Qarabağ münaqişəsi 44 günlük uğurlu hərbi əməliyyatların və 10 noyabr üçtərəfli Bəyanatın imzalanması nəticəsində öz həllini tapıb. Oktyabrın 31-də Soçiyə səfəri zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdə Prezident İlham Əliyev ilk olaraq bu məsələyə diqqət çəkdi və artıq Qarabağ münaqişəsinin tarixdə qaldığını, bundan sonra isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün addımlar atmağın vaxtı olduğunu vurğuladı. Azərbaycan və Rusiya Prezidentləri arasında keçirilən görüşlər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Belə ki, dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır.
Ölkəmiz Ermənistanla münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsip irəli sürüb. Azərbaycanın irəli sürdüyü prinsiplər beynəlxalq hüquqa tamamilə uyğundur və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Qarabağ münaqişəsi iki il öncə həll olunduğu üçün burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.
Soçidə keçirlən həm ikitərəfli, həm də üçtərəfli görüşdə Prezident İlham Əliyev öz qətiyyətli mövqeyi ilə Azərbaycanın milli maraqlarını növbəti dəfə qorudu. Bunu üçtərəfli görüşün sonunda qəbul edilmiş Bəyanatın mətni də təsdiq edir. Bəyanatdan aydın olur ki, Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur. Ümumiyyətlə, Bəyanatda Qarabağla bağlı heç bir müddəa keçmir. Çünki, Qarabağ artıq Azərbaycanın daxili işdir. Bəyantda əsasən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması nəzərdə tutulub ki, bunun üçün də beynəlxalq hüquq və normalara sadiqlik əsas götürülür. Belə ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq edilmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq hüquq və normalara sadiqlik nümayiş etdirir. Çünki ölkəmiz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Soçi Bəyanatında da Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olunur. Bu da özlüyündə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir. Ermənistanın bir sıra iddialar səsləndirməsi isə bu bəyanatın nəticəsi olaraq puç oldu. Bəyanatda diqqət çəkən məqamlardan biri də humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşmanın əldə olunmasıdır.
Prezident İlham Əliyev Qarabağ münaqişəsi bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün iki ölkə arasında sülh müqaviləsinin imzalanması əsas şərtdir. Məhz Soçi Bəyanatında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğunun öz əksini tapması Prezident İlham Əliyevin mövqeyinin üçtərəfli görüşdə həlledici rol oynadığını sübut edir. Bunun üçün də mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam etdiriləcək və Rusiya Federasiyası prosesə hər vasitə ilə kömək göstərəcəkdir. Qəbul edilmiş Bəyanata əsasən Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmləndirmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılmasının vacibliyi əsas olaraq göstərilir.
Bölməyə aid digər xəbərlər

Tarix: 3-11-2022, 13:25 Oxunub: 51
Bölməyə aid digər xəbərlər
2-11-2022, 15:30
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
26-10-2022, 15:00
Bakı üçün Putinin vasitəçilik missiyası bitib - FAKT BUDUR!
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
10-11-2020, 05:38
İlham Əliyev və Vladimir Putin görüşdü, bəyanat imzalandı - TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU