16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfəri istər ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamikası, istərsə də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi imkanlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan və Rusiya Prezidentləri arasında keçirilmiş ikitərəfli görüşdə də əsasən bu məsələlər müzakirə mövzusu olmuşdur. Qeyd olunmuşdur ki, dövlət başçılarının intensiv görüşləri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına önəmli töhfələr verir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin Soçi səfəri zamanı aparılan müzakirələr Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində ölkəmizin xoş məramlı mövqelərdən çıxış etdiyini bir daha təsdiq edib: “Azərbaycan iki il bundan öncə çoxsaylı beynəlxalq təşkilatların, vasitəçi ölkə və qurumların uzun illər boyunca həll edə bilmədikləri münaqişənin həllinə özü nail oldu. Üçtərəfli Bəyannamədə çoxillik münaqişənin başa çatdığı təsbit edildi. Bu gün artıq bütün regionda davamlı sülhün və əmin-amanlığın, dinamik inkişafın bərqərar olması üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində məqsədyönlü addımlar atmaq lazımdır. Azərbaycan qalib ölkə olmasına rəğmən, sülh danışıqları prosesində də təşəbbüs göstərən tərəf kimi çıxış edir. Ölkəmiz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün baza rolunu oynayacaq 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Ən vacib məqam bundan ibarətdir ki, mahiyyət etibarı ilə münaqişə özü artıq iki il bundan əvvəl həll edilib və bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Bundan sonrakı mərhələlərdə isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində ciddi addımlar atılmalıdır.”
K.Qafarov oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Bəyanatın əhəmiyyətini vurğulayaraq deyib: “İlk növbədə, Soçi Bəyanatında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə kompleks yanaşma, eləcə də bu prosesin gedişində sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə daha əvvəl əldə edilmiş bütün razılaşmalara tərəflərin sadiqliyi təsdiq olundu. Həmçinin qarşıya çıxacaq bütün problemli məsələlərin güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmasına dair əldə olunmuş razılıq da ölkəmiz üçün çox önəmlidir. Çünki bu razılaşma ilə Ermənistan faktiki olaraq 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadən Qarabağı Azərbaycan ərazisi kimi tanımış olur. Soçi görüşündə Ermənistanın bir neçə fitnəkar təklifinin rədd edilməsi də Azərbaycanın növbəti uğuru sayılmalıdır. Təbii ki, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rolu da Soçi Bəyanatında təsbit edilib və bu bəndin də obyektivliyi və ölkəmizin maraqlarına uyğun olduğu heç kimdə şübhə doğura bilməz. Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri daha fəal aparılmalıdır, çünki bunu müasir geosiyasi vəziyyət və obyektiv reallıqlar tələb edir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-11-2022, 09:30 Oxunub: 37
Bölməyə aid digər xəbərlər
2-11-2022, 15:30
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
1-07-2022, 13:29
Prezident kəşfiyyat və əks-kəşfiyyatla bağlı fərman imzaladı
21-05-2022, 09:28
Kamaləddin Qafarov: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq əlaqələri genişlənir”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU