16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Rəşad Mahmudov: Dünyada böyük nüfuza sahib Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz

Zaqatala Meşə İdarəsinin müdiri Rəşad Mahmudov - İran 30 il Azərbaycana qarşı riyakar, ikiüzlü siyasət həyata keçirib. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləsə də, əslində Ermənistana hər cür yardım edib, dəstək verib.
Müharibə bitdikdən sonra İran bütün vasitələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, Zəngəzur dəhlizinin açılmasına böyük maneələr törədir. İranın molla rejiminin törətdiyi bütün əməllər İslam dininin dəyərlərinə tamamilə ziddir. İran İslam Respublikası Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Özünü İslam təəssübkeşi adlandıran İran ermənilər azərbaycanlılara qarşı soyqırım törədəndə, məscidlərimizi dağıdıb təhqir edəndə Ermənistana nə təzyiq göstərdi, nə də bu ölkə ilə sərhədlərdə hərbi təlim keçirmədi. İran bu illər ərzində Azərbaycan xalqını dost adlandırıb, lakin arxadan zərbə endirib. Bu gün İran məqsədyönlü və açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqelərini davam etdirir.
İran İslam Respublikası yaxın və orta şərqdə İslam təəssübkeşliyi "Qüdrətli İran dövləti" adı altında İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin və Bəhreyndə guya imperialist işğalçılara qarşı dayanır. Əslində İranın nə təsəvvür edilən formada "hərbi qüdrəti" var, nə də İslam təəssübkeşliyi. Güclü ordusunun olduğunu bəyan edən İran son 40 ildə iştirak etdiyi heç bir müharibədə qalib gəlməyib. Əminamanlıq, sabitlik yaratmaq istədiyi ölkələrdə 10 illərdir xaos, münaqişə, dağıntı hökm sürür.
İran din üzərindən Azərbaycanda siyasi təşkilatlandırma həyata keçirib, ölkəmizə qarşı dini - siyasi qruplaşmalar yaratmağa səy göstərir. İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşadığından Azərbaycan hər zaman bu ölkə ilə sıx əməkdaşlıq etmiş və ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən ikitərəfli sənədlər imzalanmışdır.
İslam həmrəyliyindən danışan İran rəsmilərinin sözü ilə əməli heç zaman üst-üstə düşməyib. İranın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qərəz və yalan dolu kampaniyalar aparılır. Bu gün İran Azərbaycanın daxili işlərinə qarışır. Onlar iddia irəli sürürlər ki, guya Azərbaycanda din azadlığı və İslam dəyərləri qorunmur. Əslində isə İran dövlətinin məqsədi ölkəmizdə suni problemlər yaratmaqdır. Azərbaycanda ifşa olunan bəzi dini - ekstremist qruplaşmaların İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələri sübut olunub. İranın Azərbaycan ərazisində terror aktları törətmək istəkləri də üzə çıxıb. Dünyada böyük nüfuza sahib iqtisadi, siyasi cəhətdən güclü, eləcə də qüdrətli orduya malik Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz.
İranın Qafanda konsulluq açması, Ermənistanın Təbriz şəhərində konsulluq açmaq istəyini gündəmə gətirilməsinə şərait yaratması bu ölkənin Azərbaycana qarşı qeyri dürüst davranışının nümunəsidir.
30 illik işğal dövründə Ermənistanın Azərbaycan ərazisində talançılıq etməsində İran da iştirak etmişdir. Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlılara məxsus evlərin, binaların, məscidlərin daşları sökülərək İrana daşınıb. İşğal dövründə İranla Ermənistan arasında böyük iqtisadi əlaqələr mövcud olub. 2007-ci ildə İrandan Ermənistana uzunluğu 140 km olan qaz kəməri çəkilib istifadəyə verilmişdir. İşğalda olan Azərbaycan torpaqlarına İrandan ermənilərə yanacaq və silah daşınıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti və müşayəti ilə işğal zamanı Qarabağda becərilən narkotik vasilər Araz çayı üzərindən Avropaya daşınıb. Bu faktı Avropanın bir çox KİV ləri də işıqlandırmışdır.
İran rejimi bu ölkədə yaşayan azərbaycanlıların öz ana dilində təhsil almalarına, adət ənənələrini, mədəniyyətlərini yaşatmağa mane olur. Bu davranış az qala İranın əhalisinin yarısına bərabər azərbaycanlılara qarşı haqsızlıqdır. Azərbaycan dövləti Azərbaycandan kənarda yaşayan bütün azərbaycanlıların hüquqlarının qorunmasına səylərini əsirgəməyəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-11-2022, 12:24 Oxunub: 120
Bölməyə aid digər xəbərlər
23-11-2022, 12:03
İRANIN MƏKRLİ SİYASƏTİ ONUN KİM OLDUĞUNU AYDIN GÖSTƏRİR
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
22-10-2021, 09:38
Qalib və haqlı Azərbaycan İranı da anlatdı – yeni gəlişmə
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək