16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Laçın rayonunun yeni inkişaf dövrü başlayıb”

“Qırx dörd günə böyük qəhrəmanlıq dastanı yazan kamil, müdrik Azərbaycan xalqı müasir dövrdə bir daha öz kimliyini ortaya qoydu. Bütün dünyaya gücünü, qüdrətini, ləyaqətini nümayiş etdirdi. Bildirdi ki, Vətən amili bizim üçün ən ali dəyərdir, bu yolda hətta ölüm belə müqəddəsdir. Xalqımızın keçdiyi tarixin hər bir səhifəsinə nəzər salsaq, Vətən anlayışının xalqımız üçün nə qədər uca bir məqamda olduğunu dərk edə bilərik. Vətən müharibəsi bu şanlı tarixin davamı, Azərbaycan xalqının, onun rəhbərinin, qəhrəman oğul və qızlarının şərəfli missiyasıdır. Gələcək nəsillər də cəmi 44 günə yazılmış bu tarixin mahiyyətini dərindən dərk edəcək, Vətənini, dövlətini bütün təhdidlərdən öz ata-babaları kimi, şərəflə qoruyaraq növbəti nəsillərə ötürəcəklər. Bu dastanı oxuduqca xalqın gücünün, qüdrətinin kökündə onun birliyinin, həmrəyliyinin durduğunu aydın şəkildə görəcək, növbəti uğurlara, qələbələrə imza atmaq üçün bu gün xalqımızın nümayiş etdirdiyi sarsılmaz birliyi özləri üçün örnək götürəcəklər”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, yenilməz Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində düşmənə elə bir zərbə vurdu ki, Ermənistan məğlubiyyətini, işğalçı ordusunun məhv edildiyini etiraf edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu: “Bununla da noyabrın 20-də Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın şəhəri və 126 yaşayış məntəqəsi Azərbaycana qaytarıldı. Düşmən uzun illər həmin ərazilərdə möhkəmlənmişdi, “keçilməz” adlandırdığı istehkamlar qurmuşdu, amma dövlətimizin başçısının cəsarəti, qətiyyəti, diplomatik bacarığı sayəsində döyüşsüz, itkisiz azad edildi. Heç kimdə şübhə yox idi ki, qarşısıalnmaz Ordumuz bu əraziləri də işğaldan qurtaracaq, düşmən də bunu bilirdi, anlayırdı ki, heç bir şansı qalmayıb”.
“Düşmənin vandal hərəkətləri bu rayonlarımızdan da yan keçməyib. Məsələn, Ağdamda onların törətdiyi vəhşiliklər heç bir insanlığa sığan deyil, gözlərinə nə görünübsə, onu məhv ediblər. Həmçinin işğal zamanı Kəlbəcərdə onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, rayonun milyardlarla manatlıq sərvəti təcavüzkar ölkəyə daşındı. Eyni aqubətlə Laçın rayonu da üzləşdi. Yüzlərlə mədəniyyət, təhsil, səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edildi, tarixi abidələr dağıdıldı. Bütün bunlar Ermənilərin əsl simasını, dağıdıcı, pozucu, xain xislətini göstərir. Onlar beynəlxalq hüququn prinsiplərinə zidd olaraq hətta Kəlbəcər və Laçında qanunsuz məskunlaşma həyata keçirirdilər, coğrafi adları belə dəyişirdilər”, - Milli Məclisin deputatı qeyd edib.
“Hazırda bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzurda və Qarabağda sistemli və plana uyğun olaraq tikinti-quruculuq işləri davam etdirilir. Yeni yollar çəkilir, sosial obyektlər tikilir, infrastruktur yaradılır, yaşayış binları inşa edilir. Açılışı 2025-ci ildə nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanının tikintisi hazırda sürətlə aparılır. Bu, bölgənin beynəlxalq statusunu artırmaqla yanaşı, sosial-iqtisadi inkişafına təkan verəcək, turizm imkanlarını genişləndirəcək, həmçinin logistik mərkəzlərin yaradılmasına mühüm töhfə olacaq. Hər kəsə məlumdur ki, bütün bu işləri dövlətimiz heç bir kənar dəstək olmadan, özünün maliyyə imkanları hesabına reallaşdırır. Qeyd etdiyim məqam ölkəmizin gücünü, iqtisadi qüdrətini bir daha təsdiqləyir, - AHİK sədri deyib.
S.Möhbalıyev qeyd edib ki, 30 illik münaqişədən qalib çıxan Azərbaycan münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində səylə çalışır: “Dövlətimizin əsas istəyi bölgədə sülh və təhlükəsizliyin təmin olunması, region ölkələri arasında əməkdaşlığın genişləndirilməsidir. Ermənistanın da bunu dəyərləndirməsi vacibdir. Anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir, regionda böyük söz sahibidir. Necə ki, 30 il aparılan danışıqlarda onların bütün çirkin niyyətlərini alt-üst etdi, “Böyük Ermənistan” planının üstündən birdəfəlik xətt çəkdi, bundan sonra da elə olacaq. Bunun üçün də Azərbaycanın irəli sürdüyü bütün təklifləri qəbul etməlidirlər. Əks təqdirdə, yəni baş verəcək istənilən təxribatın nə ilə başa çatacağı hamıya məlumdur. Bunu biz bu il avqustun 3-də və sentyabrın 12-13-də gördük”.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-12-2022, 09:29 Oxunub: 59
Bölməyə aid digər xəbərlər
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
27-09-2022, 09:08
Səttar Möhbalıyev: “Xalqımız şəhid olmuş oğul və qızlarının əziz xatirəsini daim uca tutub”
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU