16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
İlk dəstək ölkəmizdən oldu
Tarix 06.02.2023-cü il. Saat 04:17. Türkiyə Kahramanmaraş mərkəz olmaqla iki böyük zəlzələylə sarsıldı. Birincisi 7.7 bal, ikincisi 7.6 bal gücündə olan zəlzələ Kahramanmaraş, Kilis, Diyarbakır, Adana, Osmaniyə, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya ve Hatayda böyük dağıntılara səbəb oldu. Bu zəlzələ nəinki Türkiyəni, bütün dünyanı yasa boğdu.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan etdi. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olundu. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşdü. Nəticədə elə bir mənzərə yaranıb ki,gözlər kor olmaq istəyir,elə bir ağrı yaranıb ki, insan daş olmaq istəyir, elə bir hüzn var ki, ürək yox olmaq istəyir. Ölümlə savaşan körpələr, uşaqlar, analar, atalar, ailələr dağılıb gedən xəyallar, həyatlar... və yemək yeməkdən, başımızı yastığa qoymaqdan, isti yatağa sahib olmaqdan utanan bizlər. Lakin zamana qarşı yarışın davam etdiyi bölgələrdən ümidləndirən xəbərlərdə də gəlir.Hər ümidsizliyin ardında neçə ümidlər var, hər qaranlığın ardında neçə günəşlər var...
Kahramanmaraş zəlzələsinin ardından dünyanın dörd bir yanından Türkiyəyə dəstək olundu və bu dəstək hələdə davam edir. Türkiyəyə 95-dən çox ölkə ve 16 beynəlxalq qurumdan yardım təklifi göndərildi.Bu ölkələr içərisində təbii olaraq ilk dəstək ölkəmizdən oldu. Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın faciə baş verdiyi saatdan bu vaxtadək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadır,çarpayı, generator,geyim dəsti,corab, masa, oturacaq, dəsmal və digər ləvazimatlar daxildir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb və Türkiyə xalqına başsağlığı verib, yaralılara şəfa diləyib. Eyni zamanda Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək hər zaman Azərbaycanın və Türkiyənin bir-birinin yanında olduğunu bildirib. Bundan əlavə olaraq Prezident İlham Əliyev Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində olub. Buradakı çıxışı zamanı zəlzələnin ilk dəqiqələrindən Türkiyənin yanında olduğumuzu, bir balaca köməyimizin belə bizim üçün şərəf olduğunu, Azərbaycanın sona qədər dəstək olacağını bildirib. Eyni zamanda qeyd edib ki, Azərbaycan xalqı, ictimai təşkilatlar, özəl şirkətlər, bütün dövlət qurumları könüllü olaraq əlindən gələn heç bir köməyi əsirgəmir,əsirgəməyəcək.Prezident bildirib ki, bu inanılmaz dərəcədə böyük faciədir,bu ağır sınaq Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək, Türkiyə dövləti bu çətinliyi də aşacaq və bu acı sınaqdan şərəflə çıxacaq.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Osmanova
Bölməyə aid digər xəbərlər

Tarix: 13-02-2023, 13:16 Oxunub: 193
Bölməyə aid digər xəbərlər
9-02-2023, 16:00
Türkiyənin Kilis vilayətində axtarış-xilasetmə işləri başa çatıb
9-02-2023, 11:49
FHN-in mobil səhra hospitalı Kahramanmaraşda fəaliyyətə başlayıb
7-02-2023, 12:14
Türkiyədə zəlzələdə ölənlərin sayı 3400-ü ötdü - YENİLƏNİB 2
7-02-2023, 08:56
Türkiyədə zəlzələ qurbanlarının sayı artdı
6-02-2023, 13:34
Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-ə çatdı, 5 mindən çox yaralı - YENİLƏNİB + VİDEO
6-02-2023, 08:08
Türkiyədə güclü zəlzələ olub: ölənlər var
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO