11:04 / 13-06-2026
Türkiyə Ermənistanla sərhədi açdı
10:13 / 13-06-2026
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
10:06 / 13-06-2026
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
10:02 / 13-06-2026
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
09:57 / 13-06-2026
Emin Əmrullayev məzunları təbrik etdi
09:19 / 13-06-2026
Polis əməliyyat keçirdi
09:11 / 13-06-2026
Şuşada TDT Forumu keçirilir
09:01 / 13-06-2026
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
16:00 / 12-06-2026
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
15:30 / 12-06-2026
KTMT niyə Türkiyəni hədəf göstərdi?
15:11 / 12-06-2026
Azərbaycanda güclü zəlzələ oldu
13:05 / 12-06-2026
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12:09 / 12-06-2026
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
12:05 / 12-06-2026
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
11:47 / 12-06-2026
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
11:40 / 12-06-2026
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
11:18 / 12-06-2026
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
11:00 / 12-06-2026
Orta aylıq maaş 1200 manata çatır
10:25 / 12-06-2026
Prezident həmkarını təbrik etdi
09:50 / 12-06-2026
Həmin şagird hoteldə ölübmüş
09:46 / 12-06-2026
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
09:28 / 12-06-2026
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
09:00 / 12-06-2026
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
09:00 / 12-06-2026
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
08:39 / 12-06-2026
Aqrar sahədə regional müşavirələrə start verilir
08:34 / 12-06-2026
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
08:30 / 12-06-2026
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
08:26 / 12-06-2026
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Ulu Öndər Azərbaycan mədəniyyətini dünyaya tanıtdı
Hər il xalqımız möhtəşəm tarixi hadisəni Azərbaycanın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin doğum gününü böyük sevinc və ehtiramla qeyd edir. Bu gün Ulu Öndəri tanıyan hər bir insan onun şəxsiyyəti və xalqımız üçün gördüyü misilsiz işlər barədə fikir yürütməyə mənəvi ehtiyac duyur.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mənsub olduğu millətin dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdı. Bu mövzuda söhbət düşəndə deyirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən silmək üçün onun dilini, tarixini, eləcə də mədəniyyətini əlindən almaq kifayətdir. O, SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur ki, bu da Heydər Əliyevin dilinə, dininə və milli dəyərinə bağlılığının parlaq təzahürüdür. Görkəmli şəxsiyyət hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.
Taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızı bir çox bəlalardan xilas etdi. 90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, ayrı-ayrı siyasi qüvvələri və şəxslərə tabe olan silahlı birləşmələri ləğv etdi. Vahid komandanlığa tabe olan ordu yaratdı. Ulu Öndər tərəfindən görülən böyük işlərin, həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təyin etmək üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Onun rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır.
Ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi ilə əlaqədar keçirdiyi hər bir tədbir, qəbul etdiyi hər bir qərar, söylədiyi fikirlər müstəqil dövlətimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Heydər Əliyev Azərbaycanda müstəqil dövlətimizin ənənələrinin yaradıcı və milli dövlətçilik təfəkkürünün formalaşmasında tarixi rol oynayan böyük şəxsiyyətdir. Azərbaycan dövlətinin mövcudluğu onun adı ilə bağlıdır, çünki Heydər Əliyev siyasi kursundan kənarda bu dövlətin varlığı barədə danışmaq qeyri-mümkündür. Heydər Əliyevin siyasi kursu bizim sabahımızın, gələcəyimizin, inkişafımızın, tərəqqimizin qarantıdır.
Turqay Qəribov-Ramana bələdiyyəsinin sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 5-05-2023, 10:05 Oxunub: 108
Bölməyə aid digər xəbərlər
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
19-04-2023, 10:24
Kamaləddin Qafarov: “Dövlət dilinin statusu Ulu öndərin səyləri nəticəsində müəyyənləşib”
19-04-2023, 09:58
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev milli mənafelərimizə xidmət edən mövqeyini dil məsələsində də qətiyyətlə bildirmiş və müdafiə etmişdi”
4-04-2023, 17:51
Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
13-12-2022, 14:17
Əlisalman Cəbiyev: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
1-08-2022, 09:31
Səttar Möhbalıyev: “Ana dilimizin zənginləşdirilməsi və saflığının qorunması istiqamətində mühüm işlər görülür”
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
21-04-2022, 14:42
Rüstəm Nağıyev: “Ulu Öndərin səyləri ilə Azərbaycanda hətta SSRİ dönəmində də gəncliyin ana dilində təhsilinə üstünlük verilib”
20-04-2022, 09:09
Kamaləddin Qafarov: “Ulu Öndər dilimizin qorunmasına böyük önəm verirdi”
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO