16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
HƏR BİR YAXŞI ƏMƏL EHSANDIR
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov haqqında yazılan neqativ yazılar dərc edilməkdə davam edir.
Doğrusu, mən bir yazar olaraq hər zaman jurnalist həmkarlarımın fikirlərinə hörmətlə yanaşmışam.Hər zaman obyektiv olan, haqqın yanında olan jurnalistləri mən də bir yazar olaraq dəstəkləmişəm.
Unutmamalıyıq ki,dünyada hər şeydən öncə haqq vardı, ondan sonra söz yarandı, ardınca inam.Biz haqqımızı bilərək sözümüzü deyib, inam qazanmalıyıq.
Bugünkü dövrümüzü jurnalistsiz təsəvvür etmək çətindir. Jurnalistlər ictimai həyatın bütün sahələrini əhatə edən informasiya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. Jurnalistin iş prinsipi, vəzifəsi xəbər və məlumat qaynaqlarına tez çatmaq və əldə etdiyi bütün məlumatları dəqiq və qərəzsiz olaraq oxucuların nəzərinə çatdırmaq və bununla da biz jurnalistlərin hər zaman haqqın və haqqı olanın yanında olduğumuzu birmənalı şəkildə göstərməkdir.
Əlbəttə ki, qarşı tərəfin mövqeyi də dinlənilmək şərtilə...
Açıq fikirli, dürüst olmaq, pis, mənasız və yalan fikirlərdən uzaq qaçmaq jurnalistikanın əsas şərtidir.
Bəli, jurnalist hər zaman haqqın və haqqı olanın sözünü deməlidir:
_ Dəqiq və qərəzsiz.
Jurnalistlik xalqla dövlət arasında xüsusi bir vasitəçidir. Dövlətin verdiyi qanunları, nizamnamələri jurnalist hər vasitə ilə xalqa çatdırır. Həmçinin də xalqın dilindən xalqın narazı olduğu problemlər haqqında dövlətə, dövlət daxilindəolan səlahiyyətli şəxslərə çatdırır.
Hər zaman olduğu kimi bu gün də hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan siyasətə dəstək olacaq, bu siyasətə
kölgə salan, maneçilik törədən məmur elitasına qarşı barışmaz mübarizə aparacaq, hansı sahədə olursa-olsun yerlərdə incidilən insanlarımıza arxa duracaq, hər bir şikayətçinin sözünü ölkə başçısına çatdıra biləcək bir mətbu orqan olaraq sözümü deyəcəyəm.
Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir. Günbəgün inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir. Lakin bəzən yerlərdə elə məmurlar, elə üzdəniraq rəhbərlər var ki, görülən işlərə öz çirkin əməlləri ilə kölgə salır, insanları incidir, haqsızlıq edir, bürokratik əngəllər əmələ gətirir.
Lakin təəssüflər olsun ki, son zamanlar həmkarlarım arasında da hər hansı bir məmurun işinə, gördüyü xeyirxah əməllərə ləkə gətirəcək yazılara da rast gəlirik. Doğrusu, belə olduğu halda açıq,aydın görmək olur ki,bir çox sahələrdə olduğu kimi jurnalistika sahəsində də bügünkü vəziyyət heç də xoşagələn deyil. Və belələrinə qarşı mübarizə aparmaq,onların hədəf seçdiyi məmur elitasına qarşı fikir bildirmək məsuliyyətini bu gün bir yazar olaraq öz üzərimə götürməyi özümə mənəvi borc bildim.
Doğrusu, bu gün sosial şəbəkələrdə haqqında rast gəlinən həmin məmur hər kəsin yaxşı tanıdığı, 44 günlük İkinci Vətən müharibəsində arxa cəbhədə öz dəstəyini yüksək dərəcədə göstərən, müharibə zamanı səngərdə olan əsgər ailələrinin yanında olan, hazırkı günə kimi şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olan bir insan haqqında neqativ fikir bildirilməsi bir yazar olaraq məni məyus etdi.
O insanı siz də tanıyırsınız dəyərli Xeberim.info.az oxucuları!
Biz bir mətbu orqanı olaraq hər əlamətdar günlərdə bu dəyərli insan haqqında səhifələrimizdə yer ayırmışıq. Axı,nə üçün yaxşıları tanıtdırmayaq?!Mənim fikrimcə, bu dünyanı gözəllik deyil, xeyirxahlıq xilas edə bilər.
Bu gün narahat dünyamızın xeyirxah, mərd insanlara ehtiyacı böyükdür.
Elə yazımın əsas qəhrəmanı Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov kimi...
Bilmirəm,nədənsə,həmişə
Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür.
Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:
_Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki,bu dünyada yaxşılıq edin ki,o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın,cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq,cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
İnsanlara daim yaxşılıq edən bir insan haqqında yazılan neqativ yazılara fikir bildirmək məsuliyyətini öz üzərimə götürməkdə məqsədim bu dəyərli insanın xeyirxah əməlləri haqqında hər kəsi məlumatlandırmaqdı.O insandan ki, amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Öz xeyirxah əməlləri, humanistliyi ilə insanların qəlbində özünə yer tutan sözü, əməli fikri xeyirlə yoğrulmuş insan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov
vətəninə, xalqına, torpağına bağlı olan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən İbrahim Cəfərov sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir İbrahim müəllim.Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. İbrahim Cəfərov bütün işçi kollektivinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan İbrahim müəllimdə var.Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə,qazilərə,aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyini əsirgəməyən, hər bir kəsə öz doğma insanı kimi dəyər verən İbrahim müəllim onların hər birinə ata qayğısı ilə yanaşır, səmimi rəftar edir. İbrahim Cəfərov sözünün qədir-qiymətini bilən insandı.Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də İbrahim müəllim dəyişməz qalır. Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır.Ən əsas xüsusiyyəti isə dəqiqliyi,qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır,yalan məlumatlar cəmiyyətə,insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz İbrahim müəllimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi,heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərova uca Tanrıdan cansağlığı, uzun ömür, ailə səadəti diləyir, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-12-2023, 17:08 Oxunub: 104
Bölməyə aid digər xəbərlər
26-05-2023, 11:18
Vüqar Səlimov: Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir
27-07-2022, 10:21
Röyal Sarıməmmədov:Azərbaycanın tərəqqisinə, təhlükəsizliyinə və gələcəyinə xidmət edəcək strategiya
20-06-2022, 17:42
"Qoy bu yalan və böhtan xarakterli yazını yazanlar öz vicdanları və Allah qarşısında cavab versinlər"
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
12-01-2022, 15:00
AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır
15-07-2021, 13:43
Prezident fərman imzaladı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:36
Mirzə Əliyev: “Prezidentin sərəncamı ilə ayrılan vəsait müasir suvarma sistemlərinin tətbiqinə yönəldiləcək”
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 14:47
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU