16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Bu rayonlara qar yağdı

Bu rayonlara qar yağdı


Saat 9:00-a olan məlumata əsasən hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Lerik, Şahdağ, Beyləqan, Salyan, Astara, Biləsuvar, Cəlilabad, Şahbuzda 1 mm-dir.

Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Şahdağ, Daşkəsən, Lerikdə 1 sm-dir.

Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gəncə, Şəmkir, Şəki, Oğuz, Quba, Qusar, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, Qobustan, Yevlax, Göyçay, Zərdab, Lerik, Astara, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix: 17-01-2025, 09:33 Oxunub: 57


Bölməyə aid digər xəbərlər
24-09-2024, 09:06 Şahdağa qar yağdı
1-11-2021, 15:30 Bu ay hava necə olacaq?
4-08-2021, 16:00 Avqustda hava necə olacaq?