16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq


Fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir.

Gün ərzində ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tarix: 9-02-2026, 12:46 Oxunub: 14


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq
10-07-2020, 12:53 Sabah yağış yağacaq