16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb


Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

 Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,61ABŞ dolları və ya 6,82% artaraq 87,9 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,29 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Tarix: 6-03-2026, 09:57 Oxunub: 15


Bölməyə aid digər xəbərlər
31-10-2025, 08:46 “Azeri Light” ucuzlaşdı
8-07-2025, 09:12 Neftimiz bahalaşdı