16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı


Azərbaycanın bütün məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.

Martı 20-da Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq.

Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.

Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq.

QMİ Qazılar Şurasının martın 19-da yaydığı fətvada qeyd edilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır.

Fətvada həmçinin vurğulanıb ki, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Tarix: 19-03-2026, 10:26 Oxunub: 22


Bölməyə aid digər xəbərlər