16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Azərbaycanda mənzillər BAHALAŞDI



Bu ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, hesabat dövründə qiymətlər ilkin mənzil bazarında (yeni tikililər) 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% artıb.

Ötən ilin IV rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 2,2% yüksəlib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,8%, təkrar mənzil bazarı üzrə isə 2,2% artım qeydə alınıb.

Tarix: 21-04-2026, 16:00 Oxunub: 16


Bölməyə aid digər xəbərlər