16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
WUF 13 zamanı yollarda məhdudiyyət olacaqmı? RƏSMİ

WUF 13 zamanı yollarda məhdudiyyət olacaqmı? RƏSMİ


“Yollarda məhdudlaşdırılma nəzərdə tutulmur. Tədbirin açılışı günü təhlükəsizlik məqsədilə qısamüddətli bağlanma ola bilər”.

Bunu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) günlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə bildirib.

O qeyd edib ki, rayonlardan Bakıya gələn avtomobillər üçün məhdudiyyət olmayacaq:

“Xüsusi postların qurulması nəzərdə tutulmur. Rəsmi açılış günü paytaxtın cənub hissəsindən (Lökbatan) digər istiqamətlərə yönləndirmə ola bilər. Ümumi istifadədə olan hərəkət zolaqlarında hərəkət edən digər nəqliyyat vasitələrinin sürücülərinə cərimə tətbiq oluna bilər”.

Tarix: 5-05-2026, 10:50 Oxunub: 10


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı