11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək

Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək


Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış

“Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb.

Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.

Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Tarix: Bu gün, 11:37 Oxunub: 2


Bölməyə aid digər xəbərlər