16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Cənub Qaz Dəhlizi layihəsi müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, icrası üçün bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir

2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra bəzi mütəxəssislər artıq Məşvərət Şurasının keçirilməməsi ilə bağlı müzakirələr edirdilər. Layihə tamamlanıbsa, 2020-ci ilin dekabrın 31-də artıq qazın nəqlinə də başlanıbsa, bəs iclaslarda nə müzakirə olunacaqdı? Bu sualın cavabını Məşvərət Şurasının V toplantısında prezident İlham Əliyev çox gözəl bir şəklidə vermişdi: “ Təşkilatçılar arasında maraqların vaxtaşırı dəyişməsinə baxmayaraq onların hamısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ehtiyac duyur və ümumi həllər naminə çalışır. Hesab edirəm ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamilə işlək vəziyyətdə olmasına baxmayaraq bu cür uğurlu regional əməkdaşlıq formatını tərk etməzdən öncə düşünmək lazımdır. Məşvərət Şurası, yəni biz hamımız çevik dəyişən enerji aləmində vacib müzakirə formunu təşkil etməyə davam edə bilərik.” Bu çıxış Məşvərət Şurasının digər toplantılarının da keçirilməsini labüd etdi.
Bakıda “Gülüstan” sarayında Avropa İttifaqının komissarları, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan və digər ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakçıları ilə təşkil olunan Məşvərət Şurasının V toplantısında bir çox həlli vacib olan məsələlər qeyd olundu. İclasda prezident İlham Əliyevin çıxış nitqi xüsusi bir maraq doğurdu.
Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin uğurla tamamlandığını qeyd edən ölkə başçısı bu layihənin həyata keçirilməsində Avropa Komissiyası, təşkilatçı Azərbaycan, iştirakçı ölkələr, maliyyə institutlarının rolunu xüsusi qeyd etdi.
Cənub Qaz Dəhlizi layihəsi müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, icrası üçün bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Buna görə də İlham Əliyev bu layihəni XXI əsrin ən böyük layihələrindən biri hesab etdiyini toplantıda dəfələrlə diqqətə çatdırdı.
Azərbaycan layihəyə üzv ölkələri qazla təmin etmədə çətinlik yaşamasa da, qaza olan tələbatın artması iclasın əsas məsələlərindən biri idi.İşğaldan azad olan torpaqlarımızda bərpa işlərinin aparılacağını bütün çıxışlarında diqqətə çatdıran ölkə başçısı bu çıxışında da böyük qayğıya ehtiyacı olan və öz əhalisini gözləyən torpaqlarımızı unutmadı. Əhalinin artması səbəbindən qaza olan tələbatın artdığını qeyd edən prezident eyni zamanda bütün infrastrukturu dağıdılmış və ərazisi 10000 km2-dən çox olan azad olunmuş torpaqlarımızın qazla təchizinin də tələbatda artım edəcəyini vurğuladı.
Bütün dünyada qaza olan tələbatın gündən-günə artdığını nəzərə alsaq, iclasın gündəliyində bu məsələnin olması gözlənilən idi. Gələcəyə ümidlə baxmağa çağıran ölkə başçısı yaxşı nəticə verəcəyinə inandığı qaz yataqları haqqında da fikirlərini iştirakçılarla bölüşdü. Qaz ehtiyatı 400 milyard kubmetr olan “Babək”, qaz ehtiyatı 200 milyard kubmetr olan “Ümid” qaz yataqlarından əlavə çoxdan istismarda olan neft-qaz yataqlarımızdan- Azəri-Çıraq-Günəşlidən də böyük gözləntilərin olduğunu diqqətə çatdıran İlham Əliyev
adını qeyd etmədiyi bir yatağın da tezliklə istismara veriləcəyini iştirakçılara və ictimaiyyətə elan etdi.
Bundan əlavə iclasda alternativ enerji istehsalının artırılması ilə bağlı məsələ qeyd olundu.Bu məsələ prezident İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında əsas məsələlərdəndir.Təkcə işğaldan azad olunmuş ərazilərin timsalında alternativ enerji potensialını təsəvvür etmək mümkündür: “ İlkin qiymətləndirmələrə görə, bölgənin günəş enerjisi potensialı 400 MVT, külək enerji potensialı isə 500 MVT- dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi Laçın və Kəlbəcərdə daha yüksək qiymətləndirilir.Tərtər, Həkəri kimi əsas çaylar və onların qollarından isə elektrik istehsalı əlverişli sayılır.”
Cənub Qaz Dəhlizi layihəsi dünyaya nəyin mümkün olduğunu nümayiş etdirdi və onu göstərdi ki, müxtəlif layihə iştirakçılarını bir araya gətirmək olar.
İclasda İlham Əliyev dərin məzmunlu və ardıcıl çıxışı ilə fərqləndi.Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsi oldu.Ölkə başçısının toplantıda səsləndirdiyi fikirlər, aktuallaşdırdığı məsələlər Cənub Qaz Dəhlizinin gələcək fəaliyyəti üçün aydın istiqamətlər idi.
Bakı şəhəri Maştağa qəsəbəsi 293 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İsmayılova Simuzər
Bölməyə aid digər xəbərlər

Tarix: 10-02-2022, 09:00 Oxunub: 216
Bölməyə aid digər xəbərlər
10-02-2022, 14:57
Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir
4-02-2022, 10:01
Aqiyə Naxçıvanlı: “Azərbaycan etibarlı tərəfdaş kimi bundan sonra da Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayacaq”
4-02-2022, 09:18
Kamaləddin Qafarov: “Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri yeni formata keçir”
15-11-2021, 09:27
Azərbaycanın dünyada yaratdığı yeni düzən: Türk birliyinə doğru...
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi