16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Əli Hüseynov: Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov - Fevral ayının 21-də Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasının 5 ili tamam olur. Əlbəttə, 5 il uzun zaman kəsiyi sayıla bilməz. Lakin bu dövrün reallıqları, şahidi olduğumuz hadisələr təsdiq edir ki, 2017-ci ilin fevralından ötən müddəti Mehriban Əliyevanın uğurlu hesabat dövrü kimi nəzərdən keçirmək üçün böyük əsaslar var.

Öncə onu qeyd etmək istərdim ki, Birinci vitse-prezidentlik dövlət idarəçiliyinin ali postlarından biridir. Ona görə bu vəzifədə təmsil olunacaq şəxsin də ali keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə, o cümlədən yüksək milli-mənəvi dəyərlərə malik olması vacib tələblərdəndir. Ən əsası, bu vəzifəni daşıyan şəxsin vətəndaşların etimad göstərdiyi insan olması da mühüm meyardır. Bu baxımdan hələ Prezident İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident təyin olunana qədər Mehriban Əliyevanın həyata keçirdiyi çoxşaxəli fəaliyyət göstərirdi ki, qeyd edilən bütün yüksək və mənəvi keyfiyyətlərin hər biri Mehriban Əliyevanın şəxsiyyətində, xarakterində əksini tapıb.
Mehriban xanım Əliyeva ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi bütün dünyada təbliğ edib. 2004-cü ilin may ayından fəaliyyətə başlayan və hazırda regionun ən böyük və nüfuzlu ictimai təşkilatlarından birinə, insanların pənah ünvanına çevrilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva həm dövlətimiz və həm də dünya mədəniyyəti və incəsənəti üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr gerçəkləşdirib. Bu proqram və layihələrin nəticələrindən Azərbaycanla yanaşı, dost dövlətlər, milyonlarla insan faydalanıb və indi də bu işlər davam edir.
Mehriban xanım Əliyeva həmçinin böyük xeyriyyəçi kimi də tanınıb. Heydər Əliyev Fondunun pənah ünvanı kimi tanınması da məhz buna görədir. İnsanlara yaxşılığı, ehtiyacı olanlara qayğı göstərməsi, əl tutması Mehriban Əliyevanın fəaliyyətinin kredosudur. Ümumiyyətlə, yalnız fərdi şəkildə edilən köməklər deyil, 2004-cü ildən bəri respublikamızda uşaq evlərinin, internat məktəblərinin, xəstəxanaların tikintisi, talassemiyalı və diabetli xəstəliklərdən əziyyət çəkənlər üçün müxtəlif layihələrin həyata keçirilməsi də Prezident İlham Əliyevin sosial siyasətinə verilən böyük dəstəklə yanaşı, Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinin bir istiqamətidir.
2005-ci, 2010-cu və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Mehriban xanım Əliyeva həm də millət vəkilliyinin ən gözəl nümunələrini yaradıb. Təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə seçicilərinin dərin sevgisini qazanan Mehriban Əliyeva həmçinin Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihələri ilə Azərbaycan qanunvericiliyinin təkmilləşməsində fəal iştirak edib. Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq 2007-ci ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Milli Məclisdə təsdiq olunan bu nəcib təşəbbüslərin hər biri xalqımız tərəfindən geniş ictimai dəstək alaraq, böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyıb.
Bütün bunlar göstərirdi ki, Mehriban xanım Əliyeva öz siyasi və ictimai fəaliyyəti ilə Birinci vitse-prezident vəzifəsinə ən layiqli namizəddir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının 2017-ci il 21 fevral tarixdə keçirilən iclasında bu barədə dediyi kimi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda Mehribanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb”.
Ölkə vətəndaşlarının böyük sevinc və rəğbətlə qarşıladıqları bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı olmaqla ölkədə yeni bir tarixi reallığın başlanğıcını qoydu. Bu reallığın xarakterini və Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri isə təbii ki, əvvəldə qeyd etdiyim kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın mənəvi keyfiyyətləri, xalqa və dövlətə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə və ümumən bəşəriyyətə qazandırdığı nailiyyətlər təyin edir. Bütün bunların nəticəsi olaraq artıq 5 ildir ki, Mehriban Əliyeva eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti kimi öz potensialını daha geniş şəkildə səfərbər edərək, dövlətimizə xidmət etməyin yeni bir örnəyini ortaya qoyur. Özünə xas olan yüksək işgüzarlığı və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban xanım Əliyeva bu müddətdə ona etimad göstərilən bu ali postu layiqincə daşıyıb, həvalə olunan vəzifələri əzmlə yerinə yetirib və yetirməkdədir.
Mehriban Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətini ilk gündən sosial sahəyə yönəldib. Ötən müddətdə Mehriban Əliyevanın təşəbbüsləri ilə müharibə əlillərinin sosial qayğılarının həlli, keçmiş məcburi köçkünlərin yeni evlərlə təmin olunması ilə bağlı həyata keçirilən layihələr cəmiyyətimizin dərin rəğbəti ilə qarşılanıb. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə keçirilməsi, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması, koronvirusla əlaqədar əhalinin aztəminatlı hissəsinə davamlı şəkildə dəstək göstərilməsi, Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzinin istifadəyə verilməsi və digər tədbirlər Mehriban Əliyevanın dövlətimizin və xalqımızın mənafelərinə xidmət edən fəaliyyətindən xəbər verir.
44 günlük Vətən müharibəsi günlərində Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın timsalında vətəni sevməyin, vətənpərvərliyin nümunəsini gördü. Vətən müharibəsi günlərində Mehriban Əliyeva yaralı hərbçilərimizin müalicəsini şəxsi nəzarətinə götürdü, Heydər Əliyev Fondunun xətti ilə onların bir qismi Türkiyəyə müalicəyə göndərildi. Hazırda məhz Mehriban Əliyevanın təşəbbüsləri ilə, Heydər Əliyev Fondunun xətti ilə Qarabağın və Şərqi Zəngəzurun tarixi abidələrinin bərpası ilə bağlı layihələr həyata keçirilməkdədir. Xüsusən Şuşada həyata keçirilən bərpa işlərində, Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdir və bütün bunlar, ilk növbədə, Mehriban Əliyevanın vətənpərvərliyinin təcəssümüdür.
Praqmatiklik, kreativlik, yüksək erudisiya, humanizm kimi ali keyfiyyətlərə malik olan, milli köklərimizə, bəşəri ideyalara daim sadiq qalan respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vətənimizin və xalqımızın taleyində bundan sonra da müstəsna rol oynayacaq. Mehriban Əliyeva öz fəaliyyəti ilə Prezident İlham Əliyevin siyasi kursuna daim yeni töhfələr verəcək, ona göstərilən etimadı ən yüksək səviyyədə doğruldacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-02-2022, 06:00 Oxunub: 274
Bölməyə aid digər xəbərlər
18-02-2022, 09:00
Kamaləddin Qafarov: “Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlü fəaliyyətinin dəfələrlə şahidi olub”
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
5-09-2021, 12:04
Əli Hüseynov: Yüksək standartlara cavab verən müasir xəstəxanada peşəkar həkimlər və tibb işçiləri usanmadan xalqa xidmət edirlər
30-08-2021, 09:10
Peykan Mehrəliyevə: Səhiyyənin inkişafı üçün böyük işlər görülür
25-08-2021, 08:52
Hər kəs üçün “SİZİN MEHRİBAN”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
3-07-2020, 11:38
Leyla Əliyevanın doğum günüdür