16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Tələbələrə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib - FOTOLAR

Aprelin 8-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr qeyd edib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2654 nəfər tələbə bu təqaüddən yararlanıb: “Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcəkdir. Bu təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Qeyd edim ki, tələbələrə adlı təqaüdün verilməsi ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı təşkil etdiyi tədbirlərdən birini təşkil edir. Hər il gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz siz gənclərin asudə vaxtını səmərəli keçirmək, pis vərdişlərdən uzaq olmaq, elmə, təhsilə maraq yaratmaq, dövlətimiz tərəfindən həyata keçirilən dövlət gənclər siyasətinə dəstək olmaqdır”.
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışan S.Möhbalıyev bildirib ki, ölkədə gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu siyasət geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir: “Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev və Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti gənclərin potensial imkanlarından səmərəli istifadə etməklə ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır. Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son illərdə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Çoxsaylı sərəncamlar imzalandı. Buna misal olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları qeyd etmək olar. Bundan başqa Prezident İlham Əliyevin sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və 15 sentyabr 2017-ci ildə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul olundu. Həmçinin 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olundu ki, bu da respublikamızın gənclər siyasəti və ümumilikdə gənclərin ictimai-sosial münasibətlər sistemində mövqeyinə güclü təkan verdi, Azərbaycan gənclərinin inkişafının yeni mərhələsinin əsasını qoydu”.
2022-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin inkişafına istiqamətlənmiş daha bir sənədə imza atılmasını, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın qəbul olunmasını xatırladan S.Möhbalıyev qeyd edib ki, bu proqramın icrası nəticəsində gənclərimizin inkişafı təmin ediləcək: “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanmış bu Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Bu Dövlət Proqramının icrası müddətində ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. Ümumiyyətlə gənclərlə bağlı bu addımların atılmasında əsas məqsəd müasir, müstəqil Azərbaycanın inkişafında gənclərin potensialından səmərəli istifadə etməkdir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir”.
S.Möhbalıyev əlavə edib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır: “Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Biz 44 günlük Vətən Müharibəsində bunun əyani şahidi olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. İnanırıq ki, Azərbaycanda uğurlu gənclər siyasəti bundan sonra da davam etdiriləcək, gənclərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər. Bir daha hər birinizi təbrik edir, təhsilinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram”.
Sonra 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 65 nəfər ali məktəb tələbələrinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.
Tədbirdə çıxış edən tələbələr göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Bölməyə aid digər xəbərlər

Tarix: 8-04-2022, 15:03 Oxunub: 156
Bölməyə aid digər xəbərlər
6-04-2022, 09:52
Səttar Möhbalıyev: İLHAM ƏLİYEV İQTİSADİ YÜKSƏLİŞ DÖVRÜNÜN MEMARIDIR
6-04-2022, 09:03
2022-ci ildə 578 nəfər həmkarlar ittifaqı üzvükurslara cəlb olunacaq
31-03-2022, 19:51
Səttar Möhbalıyev: “Milli Məclisin Sədri Sahibə Qafarova bütün beynəlxalq platformalarda ölkəmizi ləyaqətlə təmsil edir”
30-03-2022, 16:33
AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
28-03-2022, 13:57
Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb
20-03-2022, 14:26
Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq”
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
28-01-2022, 13:23
Kamaləddin Qafarov: “Azərbaycan gəncliyi öz adını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 10:56
DİM abituriyentlərə müraciət etdi
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
10-07-2020, 10:14
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
9-07-2020, 18:22
“Microsoft” şirkəti Azərbaycan təcrübəsi haqqında yazdı
7-07-2020, 22:20
Buraxılış imtahanlarının nəticələri elan olundu
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
2-07-2020, 01:26
DİM budəfəki imtahanda da qanun pozuntusu aşkar etmədi