16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
İntihara aparan 100 min manat vergi borcu necə yaranır? - Gömrük müəmması bitmir
III hissə...
Ölkəmizdə hər gün "adına şirkət açdılar", "xəbəri olmdan 100 min manatlarla vergi borcu yarandı" kimi buna bənzər xəbərlərin şahidi oluruq. Əslində bu hadisələr barədə uzun illərdir ölkə mətbuatında müxtəlif səpkili məlumat verilir, araşdırmalar aparılır.
Aidiyyatı qurumların apardığı araşdırmaların nəticələri ilə bağlı isə hələlik heç bir ciddi nəticə yoxdur. Nə bu işbazların tapılmasının şahidiyik, nə də borclu insanların son aqibətindən xəbərdarıq.
Bəs əslində baş verənlərin əsas səbəbi nədir və bu işbaşlar neçə işləyirlər?
Əvvəlki yazımızda ümumi məlumatla yanaşı, bu şirkətlərin necə işləməsini araşdıracağımıza söz vermişdik.
Araşdırmaların davamı olaraq vətəndaşların adına yazılan külli miqdarda vergi borcu, bu məbləğin neçə şişməsi daha ciddi sualları ortaya çıxarır. Daha böyük suallara cavab tapmaq məcburiyyəti yaranır.
Xatırladaq ki, kasıb təbəqədən olan, savadsızlıqdan və imkansızlıqdan aldadılaraq adına şirkətlər açılan şəxslər monopolist məmurların əlaltıları tərəfindən tora salınır. Ehtiyac üzündən bu vədlərə aldanaraq adlarına şirkət açılmasına icazə verir və etibarnamə ilə diğər şəxslərə həvalə edirlər. Bu şirkətin adına vurulan mallar gömrükdə asanlıqla rəsmiləşdirilir və problemsiz buraxılır. Nəticə olaraq 1 milyonluq malın vergi ödəmələri bu şirkət sahibinin adına yazılır. Hansı ki, adına şirkət açılan şəxsin nə adına gətirilən məhsullardan xəbəri olur, nə də pul qazanır.
Aylar sonra heç nədən xəbəri olmayan şəxslərə külli miqdarda borc məktubu gəlir. İşin bu tərəfi hər kəsə bəllidir və bu barədə əlavə, uzun uzadı danışmağa ehtiyyac yoxdur.
Amma prossesin özü boyda sualları var ki, nədənsə bunu heç bir qurum, Vergilər Nazirliyi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və diğər aidiyyatı qurumlar araşdırmır.
Əslində nə baş verir?
Tutaq ki, vətəndaş adına açılan "X" adlı şirkətin bütün səlahiyyətlərini etibarnamə ilə hansısa bir adama həvalə edib. Bu şəxs də onun adından imza atıb, əməliyyatları həyata keçirib, ölkəyə gətirilən yüklərin sənədləşdirilməsi zamanı imza hüququndan istifadə edib.
Şikayətlərin əksəriyyətində adına külli miqdarda borc yığılan insanlar bildirir ki, kimə müraciət etsək də, araşdırılmır, baxılmır. Yaxud onları aldadaraq tora salan şəxslər tapılmır. Bu necə olar bilər?
Axı etibarnamədə ad, soyad və ünvan aşkar şəkildə göstərilir, belə şəxslərin şəxsiyyəti müəyyəndir, gətirdikləri mal İdxal Gömrük Məntəqələrində rəsmiləşdirilib və imzaları alınıb. Belə olan təqdirdə onların tapılması, dindirilməsi və yaranmış vəziyyətə görə, məsiliyyətə cəlb edilməsi çətndirmi?
Bütün bunlardan aydın olur ki, vətəndaşları 100 min manatlarla borca salan bu şəxslər hansısa məmurlar tərəfindən idarə və müdafiə olunur. Əks təqdirdə onların ifşa olunması çox asanlıqla mümkündür.
Daha bir müəmmalı vəziyyət isə borcun şişməsidir. Misal üçün aidiyyatı üzrə müraciət edən şəxslərin dediklərinə inansaq, borc barədə məktublar onlara neçə aydan sonra gəlir. Bu göndriş adətən elektron formada həyata keçirilir. Burda isə bir neçə maraqlı nüans var.
Ya belə şirkətlər açılan zaman əlaqə nömrələri işbazların özünə məxsus olur və nəticədə elektron borc məlumatı onların özünə gəlir. Ya bu adamların vergi orqanlarında, ya Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsidə, ya da İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsində vəziyyətə nəzarət edən adamları, şəbəkələri var.
Başqa nə ola bilər ki?
Çünki vergi borcu barədə məlumatlar dəbbə pulu gəlmədən, gecikmə olmadan edilməlidir ki, vətəndaş əlavə ödəmələr ödəmək məcburiyyətində qalmasın.
Reallıq budur ki, vətəndaşa borc barədə məktub rəqəmlər şişdikdən, əndazədən çıxdıqdan sonra gəlir. Bu isə kasıb, zatən bu qədər borcu ödəmək gücünə malik olmayan, 1 manat qazanmayan "şirkət sahibi"nin sonda intihar etməsi ilə nəticələnir.
Suallar hələ də açıq olaraq qalmadadır...
Qeyd edək ki, məlumatlarda qanunsuz fəaliyyət göstərən şirkətlərin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev və Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədova və diğər məmurların yaxın adamlarına məxsus olması deyilir.
Necə olur ki, adına 1 milyonluq mal vurulan şirkətin fəaliyyəti araşdırılmır, onun anbarı, DSMF ödəmələri nəzarətə götürülmür? Bəs bu qurumlar nəyə nəzarət edir?
Nədən isbazların müxtəlif formada yaratdığı şirkətlər Gömrük sistemində at oynadır, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədov bunları görmür... Yaxud, nədən bu qədər qarışıq şirkətlərin fəaliyyəti, onların kimə məxsus olması Dövlət Gömrük Komitəsi rəhbəri Səfər Mehdiyevi narahat etmir?
Elə isə bu vəziyyət İqtisadiyyat nazirliyi yanında dövlət vergi xidmətinin rəisi Orxan Nəzərlini də narahat etmir?
Hələ də daha böyük sual isə budur.
Bu şəxslər kimlərdir və onları kim himayə edir?
Dövlət Gömrük Komitəsi rəhbərliyinin, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti rəhbərinin vəziyyətin bu qədər əndazədən çıxmasına göz yummasında məqsədi nədir?
Bu barədə daha ətraflı araşdırma yazısı yaxın günlərdə oxuculara təqdim olunacaq...
Bölməyə aid digər xəbərlər

Tarix: 22-04-2022, 23:19 Oxunub: 118
Bölməyə aid digər xəbərlər
20-04-2022, 11:10
İnsanları intihar həddinə çatdıran qanunsuz şirkətləri kimlər himayə edir? - Araşdırma
18-04-2022, 12:00
Gömrükdəki qanunsuz şirkətlər... - 100 min manat borc, intiharlar və ... - ARAŞDIRMA
25-01-2022, 16:56
Cəsarət Əhmədov: “Dövlət Gömrük Komitəsinin fəaliyyəti dövlətə sədaqət və xalqa xidmət prinsipləri əsasında düzgün qurulub”
28-07-2021, 10:25
Səfər Mehdiyevlə bu adamları iş yoxsa biznes birləşdirir? - Gömrükdə daha nələr baş verir?
12-07-2021, 11:15
Sahibkarların baş "bəlası" olan GÖMRÜK - Sahibkarların ziyana düşməsi Bakı Baş Gömrük İdarəsinin heç vecinə də deyil...
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
10-07-2020, 14:14
“Qaçqınkom”da qanun pozuntuları: “Azərsu”ya pul ödəməyib
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU