16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Zəfər Qurultayı Azərbaycan diaspor təşkilatlarının mütəşəkkilliyini və fəallığını daha da artıracaq”

“İkinci Qarabağ müharibəsi dünya azərbaycanlıları üçün böyük bir sınaq oldu. Təbii ki, apardığımız mübarizənin zəfərlə başa çatması bizim birliyimizdən, həmrəyliyimizdən keçirdi. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların üzərinə də böyük məsuliyyət düşürdü. Çünki Azərbaycanın haq-ədalət uğrunda, işğala qarşı döyüşdüyünü dünya ictimaiyyətinə çatdırmaq daha vacib məqamlardan idi. Və bu gün qürurla deyə bilərik ki, onlar bu missiyanı yorulmadan, daha sivil və səliqəli şəkildə, heç nədən çəkinməyərək ləyaqətlə yerinə yetirdilər. Həmin vaxt diaspor təşkilatlarımız dünyanın əsas aparıcı ölkələrində 200-ə yaxın aksiya təşkil edərək haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında misilsiz xidmətlər göstərdilər. Bu aksiyalara minlərlə soydaşımız qatılaraq fədakarcasına mübarizə apardı, tarixi Vətənlərini nə qədər sevdiklərini və ona nə dərəcədə bağlı olduqlarını bütün dünyaya nümayş etdirdilər. Bundan başqa, diaspor təşkilatlarımız və soydaşlarımız yaşadıqları ölkələrin rəhbərlərinə, parlamentlərinə yazlı müraciətlər edərək, bəyanatlar səsləndirərək onları Azərbaycanın haqq işinə dəstək olmağa çağırırdılar. Bir sözlə, onlar tarixi qələbəmizin təmin olunması üçün üzərilərinə düşən vəzifəni şərəflə yerinə yetirərək Azərbaycanın zəfər çalmasında böyük pay sahibi oldular”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, nümayiş etdirdiyi bu möhtəşəm birliyə verilən ən ali qiymət Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və azərbaycanlıların döyünən qəlbi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi oldu: “Qurultayda müzəffər Ali Baş Komandan, tarixi qələbəmizin memarı cənab İlham Əliyev heç də təsadüfü deyildir ki, bu qurultayı Zəfər Qurultayı adlandırdı. Çünki 30 ilə yaxın bir müddət ərzində biz tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yorulmadan mübarizə apardıq. Dövlətimizin müəyyən etdiyi bütün hədəflərin son ucu Qarabağda və onun tacı olan Şuşada birləşirdi. Bundan əvvəl keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarında yalnız bir istək var idi: növbəti qurultayı Qarabağda keçirmək. Bu, onu göstərirdi ki, xalqımız davam edən erməni işğalı ilə, məğlub adı ilə heç vaxt barışmayacaq. Uzun illər apardığımız yorulmaz mücadilə, xalqımızın tükənməz və sarsılmaz nümunəvi birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti və diplomatik bacarığı bizi qələbəyə qovuşdurdu. Məhz buna görə də Dünya Azərbaycanlılarının Şuşa Qurultayı - Zəfər Qurultayı bu qədər möhtəşəm və rəmzidir”.
“Dövlətimizin başçısı cənab İlham Əliyev Qurultayda söylədiyi geniş nitqində, demək olar ki, xalqımızın həmrəyliyinə və sarsılmaz birliyinə, bizi qələbəyə aparan yola, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər saldı, postmüharibə dövrünün reallıqlarından, qarşıda duran müxtəlif və fərqli vəzifələrdən bəhs etdi. Daha vacib məqam isə Prezident İlham Əliyevin bundan sonra baş qaldıra biləcək erməni faşizminə veriləcək cavabı idi. Təbii ki, ermənilərin bundan sonrakı təxribatları onları məhvə sürükləyəcək. Bu, sadə bir məntiqdir ki, Ermənistan heç vaxt Azərbaycanla rəqabət apara biləcək gücdə olmayacaq. Çünki günü-gündən zəifləyən Ermənistan, sözün hər bir mənasında, Azərbaycanın qabağında duruş gətirə bilməz. Onların bir çıxış yolu var: qalib Azərbaycanın müəllifi olduğu reallıqları qəbul etmək. Bunun əksi, təbii ki, İkinci Qarabağ müharibəsindən bəllidir. Çünki Azərbaycan, dövlətimizin başçısının dediyi kimi, müdafiə məqsədilə davamlı olaraq hərbi qüdrətini artırır və bundan sonra da artıracaq. Baş verə biləcək bütün təxribatlara layiqli cavab vermək gücündədir”, - Milli Məclisin deputatı deyib.
“Prezident İlham Əliyev diaspor təşkilatlarını postmüharibə dövrünün reallıqları ilə dünya ictimaiyyətini məlumatlandırmağa çağırdı. Təbii ki, bu, çox vacib məqamdır. Dünya bilməlidir ki, Azərbaycanın bölgəyə gətirdiyi reallıqlar nədən ibarətdir. Bəzi erməni dairələri yalan və böhtan dolu informasiyalarla çaşqınlıq yaratmağa çalışırlar. Hamı bilməlidir ki, Azərbaycanın bütün səyləri regionda sülh və sabitliyə, geniş əməkdaşlığa əsaslanır və bu da bütün regionun hərtərəfli inkişafını hədəfləyir”, - AHİK sədri vurğulayıb.
S.Möhbalıyev əlavə edib ki, Zəfər Qurultayı bir daha bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirdi: “Qurultay soydaşlarımızın milli mənlik şüurunun daha da güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, Azərbaycanımıza məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərinin bundan sonra da yüksəlməsinə səbəb olacaq. Qarşıda görəcəyimiz hələ çox planlar var. Ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, Şərqi Zəngəzurun və Qarabağın bərpası işinə töhfələr vermək bu qəbildəndir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müqəddəs kəlamlara sadiq qalaraq bu gün nümayiş etdirdiyimiz həmrəylik, inanırıq ki, heç vaxt sarsılmayacaq, daim inkişaf edəcək və daha da möhkəmlənəcək”.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-04-2022, 09:47 Oxunub: 164
Bölməyə aid digər xəbərlər
29-12-2021, 10:30
Səttar Möhbalıyev: “Dünya azərbaycanlılarının fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu”
30-08-2021, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB+ FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:28
Diasporla İş üzrə Dövlət Komitəsi bəyanat yaydı: “Soydaşlarımızı erməni təxribatlarına uymamağa çağırırıq”
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
12-07-2020, 23:10
Ermənistanın törətdiyi təxribat XARİCDƏ QINANDI