16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Əhməd Əhmədzadə: Hədəflərə nail olundu

Əhməd Əhmədzadə - “Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini, eyni zamanda, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. İşğalçı və məğlub Ermənistan bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında, müraciətlərində bu bəyanatı səsləndirir ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Yada salaq ki, bu il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdilər. Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə malik olduğu hərbi gücünü düşmənə yenidən göstərməklə yanaşı, dəmir yumruğun yerində olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusundan aldığı dərsi unutmağa çalışmasına baxmayaraq Silahlı Qüvvələrimiz erməni qoşunlarının təxribatlarının qarşısını qətiyyətlə almaqla bir daha verilən dərsi onlara xatırladır.”
İstənilən təxribat Ermənistana baha başa gələcək: “Onların növbəti hərbi təxribatlarının da qarşısı qətiyyətlə alındı. Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Keçirilən əməliyyat miqyasına görə kiçikdir, lokal xarakter daşıyır və hədəflərə nail olundu.”
Ermənistan tərəfi yenə də xislətinə uyğun olaraq Azərbaycanı üçtərəfli Bəyanatın tələblərini pozmaqda ittiham etsə də artıq reallıq dünyanın gözü qarşısındadır: “Tarixi Zəfərimizdən sonra Ermənistanın törətdiyi hər bir təxribatın kökündə sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaq dayanır. Azərbaycan dövləti tarixi Qələbəmizin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürsə də bu bəyanatı daim gündəmdə saxlayır ki, təklif uzun müddət masa üzərində qala bilməz. Bu bəyanat Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Azərbaycan qalib tərəfdir. Torpaqlarımız öz tarixi sahibindədir. İşğaldan azad edilmiş ərazilərimizdə iki ilə yaxın dövrdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün infrastruktur yenilənir, təkmilləşdirilir. Bu torpaqlarda dünya standartlarına cavab verən üç Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Artıq Azərbaycan Qarabağın dünyaya hava qapısını açıb. Yaxın günlərdə bu mühüm addım Şərqi Zəngəzurdan atılacaq. Bu, Azərbaycanın bu ərazilərimizdə bütün işləri beynəlxalq səviyyədə həyata keçirdiyini, təhlükəsizliyi təmin etmək üçün zəruri addımları atdığını göstərir. Ermənistanda baş qaldıran revanşist qüvvələr daim Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında aciz olduqlarını nümayiş etdirirlər. Azərbaycan Ordusu növbəti təxribatların qarşısını alaraq və düşmənə layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, dəmir yumruq yerindədir.”
Dünya son təxribat zamanı Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirdiyinin şahidi oldu: “30 il ərzində erməni təxribatlarına göz yuman dünyanın bəzi güclərinin artıq gözlərini açması, qulaqlarının isə yaxşı eşitməsi zamanıdır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan, 10 noyabr 2020-ci il Bəyanatının müddəalarının icrasına məhəl qoymayan Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var. Əks təqdirdə 44 günlük Vətən müharibəsində aldığı dərs növbəti dəfə işğalçı dövlətə xatırladılacaq. Bu gün Azərbaycan qalib ölkə olaraq üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Dövlət başçısı İlham Əliyev bəyan edir ki, əgər biz 10 noyabr Bəyanatının bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik.”
Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdikləri təxribatlar, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
“Təxribata verilən cavab nəticəsində Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Şəhidlərimizin qisası artıqlaması ilə alınıb”. Ermənistan hərbi avantüralarının, təxribatlarının nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Çünki cavab kəskin olacaq və düşmən daha böyük itkilərə məruz qalacaq: “44 günlük Vətən müharibəsinin reallıqlarından biri bu oldu ki, ermənilərin illərdir yaratdıqları “yenilməz ordu” mifi darmadağın edildi. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlar açıqlandı. İşğal altında olan torpaqlarımızda qurulan istehkamlar, istifadə edilən silahlar bütün məqamlara aydınlıq gətirdi. Ermənistan kimi kasıb ölkənin həmin silahları almaq üçün maddi imkanı yox dərəcəsindədir. Digər tərəfdən, işğalçı dövlət illərdir qurduğu həmin istehkamlarla sübut etdirdi ki, torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində deyil. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə həm bu torpaqların sahibi olduğumuzu, bir qarış ərazimizi belə düşmənə verməyəcəyimizi, həm də bəzi güclərin dəstəyi ilə silahlanıb təxribatlar törətməyin, yeni ərazilər uğrunda müharibə planları hazırlamağın nəyə gətirib çıxardığını Ermənistana və ona dəstək olan dövlətlərə nümayiş etdirdik.”
Beynəlxalq təşkilatlar və süpergüclər tərəfindən Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi İkinci Qarabağ müharibəsi yaşanmazdı: “Azərbaycan təkbaşına BMT qətnamələrini yerinə yetirdi, ədaləti bərpa etdi. Tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqları Ermənistan tərəfi keçirilən görüşlərdə, ən əsası 10 noyabr 2020-ci il tarixli Bəyanatda qəbul etsə də konkret addımların atılması zamanı gəldikdə hərbi təxribatlar törətməklə vaxtı uzatmaqda maraqlı olduğunu nümayiş etdirir.
Məlum olduğu kimi, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın sayca 4-cü görüşü keçirildi. Azərbaycanın növbəti diplomatik qələbəsi olan həmin görüşdə Ermənistana bir daha sülh müqaviləsinin imzalanması ilə bağlı xəbərdarlıq edilərək son şans verildi. Ermənistan hakimiyyətinin bu şansdan bəhrələnərək xalqının gələcəyi üçün sülh müqaviləsini imzalamaq əvəzinə hərbi təxribatlara əl atılmasında maraqlı olması bütün məqamlara aydınlıq gətirir. İşğalçı dövlət bu mövqeyi ilə artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpasında maraqlı olduğunu da nümayiş etdirir. Bu istəyi şərtləndirən amillərin geniş təhlilinə ehtiyac yoxdur. 30 ilə yaxın dövrün reallıqları bu istəyin təqdimatıdır. Lakin dövlət başçısı İlham Əliyev bununla bağlı konkret mövqeyini ortaya qoyub. Çıxışlarında “Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var” söyləyən Prezident İlham Əliyev bildirir ki, indi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Minsk qrupunun həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan bir tərəfdən Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul edir, digər tərəfdən isə Minsk qrupunun fəaliyyətini bərpa etməyə cəhd göstərir. Artıq Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!”
Bölməyə aid digər xəbərlər

Tarix: 14-09-2022, 11:28 Oxunub: 81
Bölməyə aid digər xəbərlər
9-08-2022, 13:51
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN ŞƏHİD ANASI QÖNÇƏ CƏFƏROVANIN 8 AVQUST 2022-Cİ İL TARİXDƏ “İDEAL TV” YOUTUBE KANALINDA YAYIMLANMIŞ ÇIXIŞINA MÜNASİBƏTİ
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
17-07-2020, 23:21
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:05
Ermənistan tərəfinin təxribatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi - ŞƏRH