16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb

Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb


Türkiyənin zəlzələ baş vermiş əyalətlərindən biri olan Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb.

APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, sözügedən ərazidə çalışan qruplar dərhal axtarış-xilasetmə işlərinin aparıldığı digər vilayətlərə göndərilib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında və ondan 9 saat sonra baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 7,7 və 7,6 bal gücündə hiss olunub. Bu saata qədər zəlzələ nəticəsində 12 873 nəfər həlak olub.

Tarix: 9-02-2023, 11:54 Oxunub: 65


Bölməyə aid digər xəbərlər