16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
FHN-in xilasediciləri dağıntılar altında 105 saat qalmış yeniyetməni xilas ediblər - VİDEO

FHN-in xilasediciləri dağıntılar altında 105 saat qalmış yeniyetməni xilas ediblər - VİDEO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
 
Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.
 
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

<embed src='https://baku.tv/embed/72728' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>

Tarix: 11-02-2023, 09:54 Oxunub: 140


Bölməyə aid digər xəbərlər