16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Ukrayna Qərbdən 18 milyard dollarlıq hərbi yardım gözləyir

Ukrayna Qərbdən 18 milyard dollarlıq hərbi yardım gözləyir


Ukraynanın baş naziri Denis Şmıqal Qərbdən ölkəyə gözlənilən hərbi yardımın həcmindən danışıb. 

Qaynarinfo-nun məlumatına görə, Şmıqal xatırladıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin 7 dövlətlə təhlükəsizlik zəmanəti ilə bağlı sazişlər imzalayıb. Baş nazir vurğulayıb ki, bu istiqamətdə iş davam edir, Kiyevə artıq 18 milyard dollardan çox hərbi dəstək verilir.

O əlavə edib ki, bütün imzalanmış müqavilələr uzun müddətə - 10 ildən və daha çox müddətə nəzərdə tutulub.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Maykl Conson demişdi ki, respublikaçılar mart-aprel aylarında Ukraynaya 60 milyard dolların ayrılmasını təsdiqləyə bilərlər.

Martın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədri Mayk Turner bildirib ki, ABŞ hərbi yardımın çatdırılmasını bərpa etməsə, Ukrayna döyüş meydanında uduzacaq.

Tarix: 5-03-2024, 08:36 Oxunub: 152


Bölməyə aid digər xəbərlər