16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Ermənistandan daha bir HƏYASIZLIQ - İndi də bunu tələb edir
İşğal dövründə Azərbaycana qarşı saysız və ağlasığmaz bəşəri cinayətlər törətmiş, böyük ziyanlar vurmuş, o sırada ərazimizi minalarla çirkləndirmiş Ermənistan ölkəmizdən həyasızcasına, utanıb-qızarmadan hansısa təzminat almağı xəyal edir. Bu da növbəti fakt. “Artsax ermənilərinin hüquqlarının pozulmasına görə kompensasiya alınması onların geri qaytarılma hüququnun həyata keçirilməsi imkanını heç də istisna etmir.
Əksinə, bu hüquqlar bir-birini tamamlayır”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir cəfəngiyatı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan dilə gətirib. “Bu barədə danışmaq hələ tezdir, lakin müvafiq mərhələdə Azərbaycana qarşı kompensasiya tələbi formalaşdırılacaq və hesablamalar aparılacaq”, - Kirtakosyan sayıqlayıb. Onun iddiasına görə, hüquqi mənada Ermənistan vətəndaşlığı əldə edilməsi ermənilərin Qarabağa geri qayıtmaq hüququnun həyata keçirilməsini mümkünsüz etmir. “Ola bilsin ki, vətəndaşlıq verilməsi məcburi köçkünlərin fərqləndirilməsi məsələsini gündəmə gətirə bilər, lakin bu insanları müəyyən etmək çox asandır və vətəndaşlıqdan asılı olmayaraq geri qayıtmaq hüququ mümkündür”.
Erməni mediası həmçinin yazıb ki, guya 17 noyabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin Qarabağa geri qaytarılma hüququnu müəyyən edən müvəqqəti qərar qəbul edib. Guya qərarda bildirilir ki, Azərbaycan geri qayıtmaq istəyən ermənilər üçün təhlükəsiz şəraitin yaradılması üçün tədbirlər görməyə borcludur. Bu erməni iti nə sərsəmləyir görəsən, Azərbaycan Qarabağdan könüllü köç etmiş, bir çoxunun da cinayət dosyesi olan erməniləri qeydi-şərtsiz geri qaytarıb yerbəyer etməli, üstəlik də onlara təzminat ödəməlidirmi? Doğrudan da oğru elə bağırdı ki... Bəs Azərbaycanın Ermənistana qarşı haqlı iddialarına nə vaxt baxılacaq? O sırada rəsmi Bakı işğal dövründə dəymiş zərərə görə İrəvana təzminat tələbinin həcmini müəyyən edibmi?
Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini təkcə zəbt etməklə kifayətlənməyib, həm də dövlətimizə külli miqdarda maddi ziyan vurub. Tarixi-mədəni abidələrimizi, ekologiyamızı məhv edib. Yeraltı və yerüstü təbii sərvətlərimiz beynəlxalq və humanitar hüququn prinsiplərinə zidd olaraq düşmən tərəfindən talanıb İrəvana və digər xarici ölkələrə daşınıb. Şirin su hövzələri kimyəvi tullantılarla çirkləndirilib, bulaqlar qurudulub, müalicəvi əhəmiyyətli bütün məkanlar ya dağıdılıb, ya da onun məhsulları Ermənistan brendi kimi xaricə satılıb. Nadir və qiymətli meşə fondumuz məhv edilib. Vətən müharibəsindən öncə müəyyən mənbələrdə Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 820 milyard dollar kimi göstərilirdi. İqtisadçılar yeni tətbiq ediləcək hesablama metodologiyasının nəticəsi olaraq bu zərərin 1.2 - 1.3 trilyon dollara yaxın bir məbləğ olacağını düşünürlər.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, birincisi, Ermənistan bu məsələdə böyük ehtimalla “Çıraqov qardaşları” işinə istinad edəcək. Onun sözlərinə görə, Azərbaycan bu prosesi Avropa Məhkəməsində udub: “Orada qeyd olunur ki, Ermənistan ordusu tərəfindən ərazilər işğal edildikdən sonra onlar yaşamaq hüquqlarını itiriblər. Bundan İrəvan presedent kimi istifadə edəcəksə, yanlış addım atmış olacaq. Çünki Azərbaycan başqa dövlətin ərazisini işğal etməyib. Ona görə də Azərbaycan ərazisində yaşamaq hüquqları ilə bağlı qaydalar var”. Hüquq müdafiəçisi vurğuladı ki, işğaldan sonra Qarabağa köçən ermənilərin yaşamaq və əmlak haqlarını tələb etmək haqqı yoxdur. Əgər 50-60 il əvvəl orada yaşayıblarsa və antiterror əməliyyatından sonra Qarabağdan gediblərsə qayıda bilərlər. Bunun üçün gərək Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Ona görə Ermənistan çox mənasız addım atıb və İrəvan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün belə lazımsız bəyanatlar səsləndirir. Bu da erməni məkridir. Bütün hallarda Avropa Məhkəməsində nəticə əldə edə bilməyəcəklər, çünki arqumentləri əsaslı deyil".
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu onların yaşamaq və əmlaklarına sahiblənmək hüquqları ilə bağlı konkret şərtlər olduğunu yada saldı. Onun sözlərinə görə, əvvəla Azərbaycan möhlət verməlidir ki, bir il ərzində Xankəndidəki mülkünə qayıtmaq istəyən erməni qərar versin və vətəndaşlığı qəbul edərək həyatını burada davam etdirsin: “Bu baş vermədikdə isə dövlət həmin mülkiyyətləri milliləşdirə bilər. Onların kadastr və reyestr işi aparılmalı, həmin əmlaklar dövlətin rəfinə verilməlidir. Yəni biz uzun illər gözləyə bilmərik ki, hansısa Aşotun yaşadığı mənzil istifadəsiz qalsın. Gəlmək istəyirsə, ”Laçın" keçidinə yaxınlaşıb Ermənistan pasportunu cırıb tullasın, Azərbaycanın erməniəsilli vətəndaşı kimi Ağdərədə, yaxud Xocavənddəki evində yaşasın. Ona görə bu məsələ qaldırılmalıdır. Ermənilər qayıtmayacağı halda, dövlət bu evləri keçmiş məcburi köçkünlərə paylaya bilər".
Hüquq müdafiəçisi söylədi ki, ikincisi, Ermənistan bu mövzuda imitasiya edir, ermənilərin geri qayıtmaq fikri yoxdur: “Əvvəla, qalmaq istəsəydilər, getməzdilər. İndi gediblərsə, bir il sonra kim qayıdar? Başqa məsələ, ötən həftə Fransanın xarici işlər naziri elan etdi ki, 29 milyon avro Qarabağdan gedən ermənilər üçün ayrılacaq. Hələ USAİD və başqa fondlar da onlara maliyyə nəzərdə tutur. Bu halda, kim Qarabağa qayıdar? Sadəcə, Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı piar aparır, guya ermənilər qovulub, yaşamaq hüququnu itirib, əmlakından məhrum olublar. Bunlar blefdir, qalıb yaşaya bilərdilər və ən yüksək səviyyədə təhlükəsizlik qarantiyası var idi. Hətta indi Qarabağda gedən təmir-bərpa işlərində işləyəcək, maaş alacaqdılar. O baxımdan Avropa Məhkəməsi vəsatəti təmin edə bilməz. Həmçinin, Qarabağın azərbaycanlı sakinləri də işğal dövründə dağıdılan əmlaklarına, vurulan ziyana görə fərdi qaydada Avropa Məhkəməsinə ərizə göndərə bilərlər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-09-2024, 09:05 Oxunub: 35
Bölməyə aid digər xəbərlər
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
29-11-2023, 16:00
Sülh sazişinə təzminat tələbi salına bilər? - AKTUAL
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
28-03-2023, 13:20
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
21-12-2022, 10:53
Azərbaycandan Ermənistanla bağlı AİHM-ə müraciət
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ