16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Alban mafiyasına sərf edən yeni bektaşi dövləti yaranacaqmı?

Dünya Yaxın Şərq münaqişəsinin perspektivləri, Ukraynadakı müharibə, artıq qapını döyən Efiopiya və Somali arasında müharibə ehtimalı ilə maraqlanır və elə bu vaxt Albaniyanın baş naziri Edi Rama özünün yeni dövlət ideyası tapmacasını meydana atıb.
Bu xəbərin informasiya məkanında peyda olmasından keçən bir neçə gün ərzində İstanbulda bəzi mütəxəssislərlə, necə deyərlər, "məlumatlı” şəxslərlə, eləcə də bir-iki alban dostla danışmağa müvəffəq oldum. Onların heç biri Ramanın Bektaşi dövlətinin yaradılması təşəbbüsünü izah edə bilmədi.
Vatikan mikrodövlətinin və ya hətta Malta ordeninin niyə mövcud olduğunu tarixlə izah etmək olar. Heç bir səbəb olmadan, Bektaşilərin özlərindən belə, heç bir tarixi tələb olmadan Bektaşi Ordeni dövlətinin kimə və nəyə lazım olmasını baş nazir Edi Ramadan və ordenin ruhani lideri, keçmiş zabit dərviş Hacı Baba Mondidən başqa heç kim başa düşə bilmir.
Bu personajlar fikirlərini bu sözlərlə şərh edirlər: "Biz dini tolerantlığa əhəmiyyət verməliyik. Bu, elə bir xəzinədir ki, adi hal kimi qəbul edilməməlidir”, - Albaniyanın baş naziri deyir. "Biz dövlətə layiqik. Dünyada İslam haqqında həqiqəti söyləyən və onu siyasətlə qarışdırmayan yeganə bizik”, deyə Baba Mondi fikrini davam etdirir.
Razılaşın, bir növ inandırıcı görünmür. Bu arada, "Alban Vatikanı”nın təşəbbüskarları artıq layihənin parametrləri barədə məlumat verirlər: yeni dövlətin ərazisi Tirananın şərq hissəsində bir neçə bloku tutacaq ki, bu da hazırda Bektaşi icmasına aiddir – ərazi baxımından Bektaşi Ordeninin Suveren Dövləti Vatikandan təxminən dörd dəfə kiçik olacaq. Bu ərazidə iclaslar və ayinlər üçün bina, orden muzeyi, arxiv, xəstəxana və inzibati idarələr yerləşir.
Yeni dövlətin ordusu, sərhəd xidməti və ya məhkəmələri olmayacaq, "onların da düşmənləri olduğu üçün” kiçik bir kəşfiyyat xidməti olacaq. Təbii ki, "Alban Vatikanının” ömürlük rəhbəri Baba Mondi olacaq, onun gücü əslində mütləq olacaq. Və daha bir şey - Bektaşi Nizamının Suveren Dövləti adlanacaq bir mikrodövlətdə spirt istehlakına icazə veriləcək və qadınlar istədiklərini geyinə biləcəklər.
Arayış üçün: Bektaşilik 13-cü əsrdə müasir Türkiyə ərazisində yaranmış nisbətən kiçik bir müsəlman təriqətidir. Əsrlər boyu Bektaşi ocağının üzvləri Osmanlı İmperiyasının nizami piyadaları olan yeniçərilər idi. Onun süqutundan, Atatürkün hakimiyyətə gəlişindən və ölkənin dünyəviləşməsi kursunun başlamasından sonra bektaşilər repressiyalara məruz qaldılar və onların bir çoxu Türkiyəni tərk etməyə məcbur oldular.
Sonra Albaniya Bektaşi fəaliyyətinin yeni mərkəzi oldu - 1913-cü ildə müstəqillik əldə etdikdən sonra bu ölkənin hakimiyyət orqanları Bektaşi icmasını rəsmən tanıdı. İkinci Dünya Müharibəsindən sonra hakimiyyətə gələn kommunistlər əvvəlcə bektaşilərə nisbətən müsbət yanaşsalar da, 1960-cı illərin sonunda din əleyhinə repressiyalar bu cərəyanaa tam təsir göstərdi. 1967-ci ildə kommunist Albaniyası ateist dövlət elan edildikdən sonra əmlakı milliləşdirildi və kommunist rejiminin süqutundan sonra qalan torpaqların bir hissəsi özəl inşaatçılar tərəfindən ələ keçirildi.
Maraqlıdır ki, ordenin ardıcıllarının sayı 12,5 milyon, yəni Albaniyada olduğundan qat-qat çox olan Türk Bektaşi icması, Albaniyada Bektaşi mikrodövləti ideyasını rədd edərək, "inanc əsaslı dövlət”i heç vaxt xeyir-dua verməyəcəklərini bildiriblər. Onların fikrincə, bektaşilik və "dini dövlət” bir araya sığmayan anlayışlardır. Onlar da maraqlanırlar ki, görəsən bu, eyni ilə türk bektaşilərinin dövləti kimi olacaq, yoxsa sırf albanların dövləti fəaliyyət göstərəcək?
Bundan əlavə, Bektaşi dövlətinin suverenliyinin dünyanın hər hansı başqa ölkəsi tərəfindən tanınıb-tanınmyacağı hələ aydın deyil. Ramanın sözlərinə görə, Albaniya hökuməti bu məsələdə hətta ABŞ və digər NATO müttəfiqləri ilə də məsləhətləşmələr aparmayıb. Baba Mondi öz növbəsində bütün hüquqi prosedurlara əməl olunarsa, Qərbin yeni dövləti tanıyacağına ümid etdiyini bildirib.
Bir sözlə, Edi Rama və Baba Mondinin bu ideyası ilə tanış olanda istər-istəməz sual yaranır ki, son nəticədə onun həyata keçirilməsindən kim faydalanacaq? Və burada yeganə versiya var: suveren yurisdiksiyası olan bektaaşilik alban mafiyası üçün son dərəcə faydalı olacaq. Rusiyada və Azərbaycanda bunu az adam bilir, amma Avropa üçün bu, əsas problemlərdən biridir. Alban mafiyasının maraqlarının bitdiyi və müxtəlif alban elitalarının maraqlarının başladığı xətt haradadır, heç kim deməyəcək. Bektaşi vasitəsilə boz biznes sxemlərini həyata keçirilməsi, cinayət təqibindən yayınma, xarici sxemlərdə peyda olan mafiozların təqibində Alban ədalətinin məsuliyyət daşımaması - mafiya üçün ən yaxşısı budur və onlar bundan yaxşısını arzu edə bilməzlər.
Hələ dənizdəki mülkləri, bankları və şirkətləri demir ki, belə bir vəziyyətdə onlara hər cür şərait yaradıla bilər. Və təbii ki, bektaşi şeyx-müdrikləri inciməzlər. Bir ofşor ölkənin sahibi olduqdan sonra onlar bu həyatdakı toy-bayramdan paylarını alacaqlar.(qaynarinfo)
Bölməyə aid digər xəbərlər

Tarix: 1-10-2024, 08:39 Oxunub: 77
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:30
Ermənilər Roma papasına qarşı - BÖYÜK YALAN ORTAYA ÇIXDI
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
6-03-2023, 10:00
Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi... - Hacı Şahin haqqında maraqlı faktlar
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
23-02-2023, 15:30
Bir gecəyə saçı ağaran Xocalı əsiri: Tərpənə bilmirdim, bir dərəyə atılmışdım...- MÜSAHİBƏ/VİDEO
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
25-01-2022, 09:32
Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO