16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Tailand-Kamboca qarşıdurmasında ölənlərin sayı artdı

Tailand-Kamboca qarşıdurmasında ölənlərin sayı artdı


Xəbər verdiyimiz kimi, Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, sərhəddə baş verən silahlı toqquşmalar zamanı Tailand tərəfindən azı 14 mülki şəxs və 1 hərbçi həlak olub, 46 nəfər isə yaralanıb.

Qeyd olunub ki, Surin əyalətində 5 nəfər, Sisaket əyalətində isə biri hərbçi olmaqla 9 nəfər həyatını itirib. Ubonratçathani əyalətində isə bir yerli sakin ölüb.

Kambocada ölən və xəsarət alanlarla bağlı isə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün 12 nəfərin həlak olduğu deyilirdi.

Tarix: 25-07-2025, 10:22 Oxunub: 9


Bölməyə aid digər xəbərlər