16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Ərdoğan Trampla "Baydenin minaları"nı partladır: Sensasion Türkiyə-ABŞ anlaşması

Əgər, rəsmi Ankara və Ağ Ev arasında bu razılaşma reallaşarsa, Türkiyənin qlobal məkanda manevr imkanları daha da artmış olacaq... Bəzi məlumatlara görə, Tramp adminstrasiyası Türkiyənin qlobal məkanda güclənməsində, Avropa Birliyi, Çin və Rusiya ilə rəqabətdə ABŞ-ın yanında yer almasında maraqlıdır...
Ölkə.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Türkiyə-ABŞ münasibətləri son vaxtlar yeni mərhələyə keçmiş kimi görünür. Hər halda, hazırda bu iki dövlət arasında strateji müttəfiqlik fəaliyyəti Bayden administrasiyası dövründə olduğundan daha fərqli məzmun daşıyır. Belə ki, indi Bayden administrasiyasının Türkiyəyə qarşı qərəzli mövqeyi böyük ölçüdə arxa plana keçirilib. Və Tramp adminstrasiyası Türkiyə ilə ABŞ-ın həm qlobal, həm də regional istiqamətlərdə ortaq strateji tərəfdaşlığına xüsusi həssaslıqla yanaşır.
Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ və Türkiyə arasında formalaşan yeni strateji əməkdaşlıq xətti eyni vaxtda bir çox geopolitik prosesləri əhatə edir. Belə ki, hazırda ABŞ və Türkiyə Yaxın Şərqdə, Qara dəniz hövzəsində, eləcə də, Suriyanın bərpa olunması, Ukrayna savaşının dayandırılması, hətta son vaxtlar Cənubi Qafqazın yeni inkişaf mərhələsinə keçmə proseslərində ortaq mövqedən çıxış edir. Və bu baxımdan, hər iki dövlətin ortaq maraqlara bağlı anlaşmalı manevrlər etməsi qətiyyən gözlənilməz deyil.
Ona görə də, Tramp adminstrasiyası dövründə başlayan yeni mərhələ, strateji maraqların sinxronizasiyası böyük önəm daşıyır. Vaxtilə ABŞ–Türkiyə münasibətlərində "S-400 böhranı" məhz prezident Donald Trampın ilk hakimiyyət dövründə alovlansa da, paradoksal şəkildə eyni dönəmdə həm də Ağ Ev və rəsmi Ankara ortaq geopolitik hədəflər ətrafında koordinasiyalı fəaliyyətə də başlamışdı.
AP22337608812255.jpg (52 KB)
Hər halda, sonradan Bayden administrasiyası dönəmində tərəfdaşlıq sistemi ciddi şəkildə pozulmuş olsa da, Donald Trampın ilk prezidentliyi dövründə “liderlər arasında şəxsi münasibətlərin diplomatik institutlardan daha təsirli olduğu” model işlək xarakter daşıyırdı. Və indi həmin model yenə də aktual olduğundan Ərdoğan–Tramp əlaqələri bir sıra regional məsələlərdə müttəfiqlik məntiqini ön plana çıxartmağa yetərli olmaqdadır.
Maralıdır ki, vaxtilə Ərdoğan-Tramp əlaqələri ikinci Qarabağ savaşına münasibətdə beynəlxalq məkanda reaksiyaların tənzimlənməsinə və Cənubi Qafqaz regionunda yeni qüvvələr balansının formalaşmasında xüsusi rol oynamışdı. Çünki 2020-ci ildə ikinci Qarabağ savaşı zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək və regionda artan nüfuzu, ABŞ-ın Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsinə müsbət yanaşması ilə üst-üstə düşürdü.
Yəni, Tramp administrasiyası bu prosesə birbaşa müdaxilə etməsə də, ABŞ tərəfindən Azərbaycan və Türkiyənin regional fəallığına səssiz razılıq verilmişdi. Post-müharibə dövründə isə Türkiyənin bölgədə qurduğu hərbi müşahidə məntəqələri və logistik perspektivlər (Zəngəzur dəhlizi daxil olmaqla) ABŞ və Qərbin Cənubi Qafqazda alternativ enerji və nəqliyyat marşrutlarını dəstəklənməsi niyyətlərinə uyğun gəlirdi. Və bu, Türkiyə ilə ABŞ arasında birbaşa və ya dolayı yolla koordinasiya olunmuş strateji maraqların real təzahürü sayıla bilər.
Digər önəmli istiqamətlərdən biri olan Suriyadakı hərbi-siyasi situasiya uzun illərdən bəri Türkiyə və ABŞ arasında həm əməkdaşlıq, həm də ziddiyyət mənbəyi olub. Xüsusilə də, PKK/YPG terror qruplaşması ilə bağlı məsələ tərəflər arasında böyük gərginliyin əsas səbəbləri sırasında yer alırdı. ABŞ Suriyanın şimal-şərqində YPG-ni İŞİD-ə qarşı müttəfiq kimi dəstəkləsə də, Ərdoğan–Tramp əlaqələri sayəsində bəzi hərbi əməliyyat koordinasiyaları da mümkün olmuşdu.
0fd4e29667ddd1e4890eda76c9f08193.jpg (298 KB)
Məsələn, 2019-cu ildəki "Barış Pınarı" antiterror əməliyyatı öncəsində prezident Donald Trampın ABŞ qüvvələrini bölgədən çəkməsi Türkiyənin manevr imkanlarını artırmışdı. Bununla yanaşı, Prezident Donald Tramp ilk hakimiyyət dövründə Ağ Evin İran əleyhinə sərt siyasəti fonunda Türkiyənin Əsəd rejiminə qarşı mübarizəsi qeyri-rəsmi sinxronizasiyaya çevrilmişdi. Və hər iki ölkə Suriyada həm İranın, həm də Rusiyanın təsirinə qarşı fərqli metodlar ilə reaksiya verirdi.
Ancaq sonradan Ukrayna savaşı isə NATO daxilində paralel manevrlər məkanı açan əsas faktora çevrildi. Belə ki, Bayden administrasiyası dövründə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ABŞ və Türkiyə arasında açıq şəkildə koordinasiya olunmayan, lakin paralel məntiqlə hərəkət edən strateji mövqelər formalaşmağa başladı. Və bu baxımdan, üst-üstə düşən addımlarla yanaşı, həm də kəskin ziddiyyətlərlə müşayiət olunan manevrlər edilirdi.
Məsələ ondadır ki, rəsmi Ankaranın "Bayraktar TB2" PUA-larını Ukrayna ordusuna göndərməsi Türkiyənin öz silah sənayesini dünyada təbliğ etməsi ilə yanaşı, NATO-nun müdafiə strategiyasına da dolayısı dəstək xarakteri daşıyırdı. Türkiyənin Montre Konvensiyasına əsasən boğazları Rusiya donanmasına bağlaması, NATO-nun Qara dənizdə balansını qorumasına münbit şərait yaradırdı.
Eyni zamanda, Türkiyənin vasitəçilik rolu (məsələn, taxıl sazişi) həm Rusiya, həm Ukrayna, həm də Qərb üçün alternativ siyasi-diplomatik təmas kanalına çevrilmişdi. Bu isə Ağ Ev tərəfindən dəstəklənən “proaktiv neytrallıq” strategiyasına uyğun gəlirdi. Və bütün bunlar ABŞ və Türkiyənin son illərdə həm ziddiyyətli, həm də funksional əməkdaşlıq əsasında yeni bir strateji münasibət formatı qurduğunu göstərir.
81a3e279f418ec94a603589a4a0307ec.jpg (66 KB)
Son vaxtlar isə Türkiyə və ABŞ arasındakı münasibətlərin artıq daha fərqli yeni mərhələyə keçid etdiyi müşahidə olunur. Belə ki, indi bu iki dövlət arasında bir çox önəmli geopolitik və geostrateji məsələlərdə ciddi yaxınlaşma mövcuddur. Xüsusilə də, prezident Rəcəb Tayyib Ərdoğan və Ağ Ev sahibi Donald Tramp arasında maksimal anlaşma mühiti Türkiyə-ABŞ münasibətlərini də böyük sürətlə pozitiv istiqamətə yönəldir.
Məsələ ondadır ki, ABŞ və Türkiyə Suriyanın bərpa prosesinə böyük ölçüdə eyni mövqedən yanaşırlar. Rəsmi Ankaranı ciddi şəkildə narahat edən terrorçu PKK-nın Suriya qolu olan YPG/PYD hazırda hər iki dövlətin ortaq hədəfindədir. Hətta Türkiyə və ABŞ bu terror təşkilatına tərksilah olunmaq barədə ortaq ultimatum da veriblər. Və bu, onu göstərir ki, Ərdoğan-Tramp tandemi hazırda həm regional, həm də qlobal məkanda yeni situasiya yaradır.
Digər tərəfindən, uzun illərdən bəri ciddi böhran yaratmış S-400 problemi də artıq həll edilmək üzrədir. Bəzi məlumatlara görə, yeni, həm də sensasion sayıla biləcək Ərdoğan-Tramp anlaşması bu məsələnin həllini nəzərdə tutur. Ardınsa ABŞ Türkiyəyə F-35 və F-16 döyüş təyyarələrinin satışına qoyulan embarqonu ləğv etmək niyyətindədir.
Əgər, rəsmi Ankara və Ağ Ev arasında bu razılaşma reallaşarsa, Türkiyənin qlobal məkanda manevr imkanları daha da artmış olacaq. Bəzi məlumatlara görə, Tramp adminstrasiyası Türkiyənin qlobal məkanda güclənməsində, Avropa Birliyi, Çin və Rusiya ilə rəqabətdə ABŞ-ın yanında yer almasında maraqlıdır. Üstəlik, Ağ Ev son vaxtlar NATO-nun da Türkiyənin hərbi potensialına ehtiyac duyduğunu nəzərə alır. Və bütün bunlar Türkiyə-ABŞ yaxınlaşmasının qlobal məkanda yeni geostrateji şərtlərin yaranmasını təmin edəcəyi artıq qətiyyən şübhə doğurmur.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-08-2025, 09:00 Oxunub: 90
Bölməyə aid digər xəbərlər
18-08-2025, 08:44
Zirehli limuzində Tramp-Putin "gizli anlaşma"sının sirri açılır: Qərbdə ABŞ və Rusiya əleyhinə yeni koalisiya qurulur
14-08-2025, 09:00
İkinci Tramp-Putin anlaşması real deyil: Alyaska görüşü iflasa uğrasa, ABŞ Rusiyanın "qələm"ini qıracaq
5-07-2025, 09:00
Tramp dostu Putindən sarsıdıcı zərbə aldı: ABŞ Rusiyaya dağıdıcı sanksiyalarla cavab verəcək
9-05-2025, 09:11
Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
7-05-2025, 09:11
Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır
28-04-2025, 10:00
Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?
24-03-2025, 09:00
Ərdoğan-Tramp gizli anlaşmasının önəmli detalları: Türkiyə və ABŞ yeni dünya düzənini qurur
27-02-2025, 08:08
Avropa Birliyi Trampı və Putini qəzəbləndirib: “Qoca qitə” ABŞ-a qarşı qiyama qalxdı, Rusiyanı çökdürmək qərarı verdi
24-01-2025, 09:00
Tramp Paşinyana "qapıları" qapadır: Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
23-01-2025, 09:00
Tramp xofu Qərb təhlükəsizlik sistemini dağıdır: Zəif Avropa Birliyi, güclü ABŞ ilə “siyasi savaş”a çox yaxındır
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
18-11-2024, 09:16
Tramp Putini qlobal izolyasiyadan çıxarır: Fransa Rusiya ilə yaxınlaşmağa çalışan Almaniyaya siyasi savaş açır
19-07-2024, 15:30
Trampa atılan güllələrdən biri Ermənistana “dəyib” - İrəvanda təlaş
16-07-2024, 08:18
Tramp "Ukrayna faciəsi" hazırlayır: ABŞ geri çəkiləcək, Avropa Birliyi isə dəstək verməyəcək
9-07-2024, 09:17
Qərbdəki "savaş mafiyası"na sarsıdıcı zərbə vuruldu: Ukraynanın taleyi indi Orban-Tramp sülh planından asılıdır
1-07-2024, 10:00
Amerikada "Bayden faciəsi" yaşanır: ABŞ-da seçkilər başlamadan bitdi, Avropanın üzərində "qara buludlar" dolaşır
12-03-2024, 09:00
Ağ Evin yeni sahibi təyin olundu: O, ABŞ-ni artıq qeyri-rəsmi idarə edir
17-01-2023, 09:00
Ərdoğan Baydeni məğlub edir: ABŞ Türkiyə qarşısında niyə geri çəkildi
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video