16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
ABŞ silahları olmadan qalib gələ bilmərik – Zelenski



Ukrayna Prezidenti Vladimir Zelenski etiraf edib ki, Ukrayna Amerika silahları olmadan müharibədə qalib gələ bilməz.
 Ukrayna Prezidenti bunu Fox News-a verdiyi müsahibədə deyib. Prezidentin sözlərinə görə, Amerikanın dəstəyi olmadan Müdafiə Qüvvələri səmanı müdafiə edə bilməyəcək. Hətta indi də bu çox çətindir. Buna görə də ABŞ-ın hava hücumundan müdafiə sektorundakı köməyi çox vacibdir.

Zelenski qeyd edib ki, Rusiya yüzlərlə dron və raketdən istifadə edir və hava hücumundan müdafiə vasitələri hələ də kifayət deyil: "Biz həmçinin cəbhə xəttində Amerika silahlarından istifadə edirik. Onlar olmadan qalib gələ bilmərik".

Tarix: 30-12-2025, 08:17 Oxunub: 21


Bölməyə aid digər xəbərlər