16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Epşteyn qalmaqalı və kabus kimi dezinformasiya
Ceffri Epşteyn işi (2008 / 2019) adi bir cinayət dosyesi deyil. 2019-cu ildə həbsxanada onun ölməsi qalmaqalı daha da dərinləşdirdi. Onu saxlanıldığı otaqda kameranın işləməməsi xeyli suallar doğurdu. Bu iş tək fərdin yox, elit toxunulmazlığının ifşasına çevrildi. Bu qalmaqal müasir Qərb dünyasında güc, şəhvət, toxunulmazlıq və institutların özünü qoruma mexanizmlərinin necə işlədiyini göstərən nadir hadisələrdəndir. İllər keçsə də, sənədlər açıldıqca aydın olur ki, problem bir nəfərdə yox, onu mümkün edən sistemdədir.
Qərbdə buna bənzər olaylar əvvəl də olub.
Bir neçəsinə nəzər salaq:
Bill Clinton – Monica Lewinsky (1998)
ABŞ prezidenti Ağ Evdə praktikantla münasibətini inkar etdiyi üçün impiçment prosesi ilə üzləşdi. Cinayət yox, yalan əsas problem oldu. Qalmaqal ABŞ-da hakimiyyət və şəxsi əxlaq sərhədlərini yenidən müzakirəyə açdı.
sTH6EMLULoy6KPFNOKwtc5LHm0qVpAYVJzmOlPFB_825.jpg (119 KB)
Silvio Berlusconi – “Bunga bunga” (2010–2013)
İtaliyanın baş naziri azyaşlı qızın da iştirak etdiyi əyləncələrdə ittiham olundu. Məhkəmə prosesləri uzun sürdü, siyasi nüfuzu ciddi zərbə aldı. Dövlət başçısının şəxsi həyatı milli legitimlik probleminə çevrildi.
Harvey Weinstein (2017)
Hollywood prodüseri onilliklər boyu qadınlara qarşı sistemli cinsi zorakılıqda ittiham edildi və məhkum olundu. Bu iş #MeToo hərəkatını qlobal miqyasda partlatdı və susqunluq mədəniyyətini dağıtdı.
Miqyas və qurbanlar
Rəsmi məhkəmə sənədlərinə görə Epşteyn şəbəkəsi onlarla yeniyetmə qızı əhatə edib. Qeyri-rəsmi ifadələrdə bu rəqəm 100-dən çox göstərilir. Yaş aralığı əsasən 13-17, xüsusilə 14-16 olub. Ayrı-ayrı ifadələrdə oğlanların da adı keçir, lakin qalmaqalın mərkəzində yeniyetmə qızların sistemli istismarı dayanır. Bu faktlar hüquqi qərarlarla təsdiqlənib.
Ghislaine Maxwell: şəbəkənin açar fiquru
Ghislaine Maxwell Epşteynin köməkçisi deyil, əməliyyatçı tərəfdaşı idi. Qurbanların tapılması, yönləndirilməsi və psixoloji hazırlanmasında birbaşa rol oynayıb. ABŞ məhkəməsi onu yetkinlik yaşına çatmayanların istismarına yardım və insan alveri maddələri ilə məhkum etdi. Maxwell bu qalmaqalda real həbs cəzası alan yeganə böyük fiqur olaraq qalır. Bu fakt Epstein işinin təkadamlıq hekayə olmadığını hüquqi müstəvidə təsdiqləyir.
Prince Andrew: Taxt-tac əldən getdi
Burada xüsusi dayanmaq lazımdır. Prince Andrew qalmaqalı sadəcə şəxsi reputasiya itkisi ilə bitmədi. Onun kral titulları əlindən alındı, rəsmi və ictimai funksiyaları ləğv edildi, monarxiya daxilində taxt-tacla bağlı istənilən real perspektivi faktiki olaraq aradan qaldırıldı. Bu, müasir Britaniya monarxiyası üçün çox nadir və simvolik addımdır. Yəni sistem burada yalnız “ayıblamaqla” kifayətlənmədi, institusional legitimliyi qorumaq üçün öz içindən bir fiquru kənarlaşdırdı. Epşteyn işi bu mənada Britaniya monarxiyası üçün hüquqi yox, tarixi və simvolik zəlzələ oldu. Bu məqam çox önəmlidir. Bəzən sistem özünü qorumaq üçün qurban verir. Prince Andrew həmin qurbanlardan biridir. Və o, Britaniyanın monarxiya sistemini qorumaq üçün siyasi baxımdan edam edildi.
Dominique Strauss-Kahn. Sistemin fərqli reaksiyası
Bu paraleli tamamlamaq üçün Dominique Strauss-Kahn nümunəsi vacibdir. O, 2007–2011-ci illərdə Fransa maliyyə naziri, daha sonra Beynəlxalq Valyuta Fondunun rəhbəri oldu. 2011-ci ildə Nyu-Yorkda otel işçisinin cinsi zorakılıq ittihamı ilə gündəmə gəldi və dərhal IMF postundan istefa verdi. Sonradan bəzi ittihamlar geri götürülsə də, siyasi və beynəlxalq karyerası bitdi. Buradakı paradoks diqqətçəkəndir. Strauss-Kahn bir hadisə ilə sistemdən kənarlaşdırıldı, Epşteyn şəbəkəsi isə illərlə toxunulmaz qaldı. Bu fərq hüquqi yox, siyasi prioritetlərlə izah olunur.
Seks, qanun və Qərb paradoksu
Qərb ölkələrinin bir hissəsində seks işi leqaldır və tənzimlənir. Almaniya, Hollandiya, Belçika kimi ölkələrdə fahişəxanalar rəsmi fəaliyyət göstərir. ABŞ-da isə yalnız Nevada ştatının bəzi rayonlarında leqal bordellər var və onların sayı təxminən 20-yə yaxındır. Ümumi təxminlərə görə ABŞ-da 1–2 milyon insan bu və ya digər formada seks işi ilə dolanır, lakin onların böyük hissəsi qeyri-rəsmi şəkildə bu sahədədir. Paradoks ondadır ki, seks leqal ola bilər, amma güc, yaş və zor işə qarışanda sistem çox vaxt gec reaksiya verir. Epşteyn işi bu gecikmənin nəticəsidir.
Epşteyn işində Nyu-York merinin adı hallanır?
Ceffri Epşteyn qalmaqalı faktların özündən çox, faktlardan qoparılıb dolaşıma buraxılan yalan hekayələrin üzərində böyüyür. Cinayət dosyesi realdır, qurbanlar realdır, institusional susqunluq realdır. Amma son mərhələdə bu iş kontekstsiz fotolar, saxta identifikasiyalar və məqsədli hədəfləmə ilə dezinformasiya silahına çevrilir. Sosial şəbəkələrdə illərdir paylaşılan məşhur qrup fotosu bunun klassik nümunəsidir. Foto ortaya atılır, ardınca üzərinə adlar yapışdırılır: keçmiş prezidentlər, milyarderlər, “gizli elit”. Sonra isə ən təhlükəli mərhələ başlayır-fotodakı uşağa siyasi kimlik yüklənir. Guya həmin uşaq sonradan Nyu-Yorkun “müsəlman meri” olub. Bu cümlənin özündə üçqat manipulyasiya var: həm foto ilə kimlik əlaqəsi sübutsuzdur, həm status uydurmadır, həm də dini kimlik qəsdən ön plana çəkilir. Bu xəttin mərkəzində real siyasi fiqur dayanır: Zohran Mamdani. O, Nyu-Yorkun yeni seçilmiş meridir. Lakin dezinformasiya mexanizmi onun real bioqrafiyasını izah etmir; onu Epşteyn qalmaqalına süni şəkildə bağlamağa çalışır. Məqsəd məlumat vermək deyil, şübhə yaratmaq, legitimliyi kölgəyə salmaqdır. Burada iki element xüsusilə təhlükəlidir. Birincisi, uşaq obrazı: emosional reaksiya yaradır və tənqidi düşüncəni söndürür. İkincisi, müsəlman kimliyinin qabardılması: “hamısı əvvəldən planlaşdırılıb” narrativi qurulur. Bu, nə Epstein qurbanlarına kömək edir, nə də ədaləti gücləndirir. Əksinə, real cinayət şayiənin altında boğulur.
“Mossad Trampa təzyiq edir” iddiası
Son günlər sosial şəbəkələrdə belə bir iddia dolaşır: guya Mossad Donald Trampa təzyiq göstərmək üçün Ceffri Epşteyn qalmaqalı ilə bağlı “yeni fotolar” yayıb. Məqsəd isə ABŞ-ın İrana hücumda tərəddüd etməsini aradan qaldırmaqdır.
CEFRİ.jpg (115 KB)
Bu iddia ilk baxışda “şok” təsiri bağışlasa da, fakt baxımından tam boşdur. Nə bu fotoların haradan yayıldığı bəllidir, nə onların rəsmi mənbəyi var, nə də etibarlı beynəlxalq media bu məlumatı təsdiqləyib. Reuters, BBC, AP, AFP kimi agentliklər bu barədə bir sətir belə yazmayıb.
Burada söhbət araşdırmadan yox, sarı mətbuat refleksindən gedir. “Gizli kəşfiyyat”, “şantaj”, “kompromat” kimi sözlər oxucu cəlb edir. Fakt olmasa da, klik gəlir. Epşteyn qalmaqalı isə bu tip sensasiyalar üçün ideal xammaldır: seks, güc və qorxu bir paketdə satılır.
Problem ondadır ki, bu cür hekayələr real cinayətin özünü kölgədə qoyur. Qurbanlar yox olur, məsuliyyət yox olur, qalır yalnız səs-küy.
“Putin” narrativi: konspirasiya bazarının klassik məhsulu
Epşteyn qalmaqalı böyüdükcə başqa bir “izah” da dövriyyəyə buraxıldı: guya bu şəbəkə KQB–FSB tərəfindən qurulmuş “honeytrap” əməliyyatı olub və məqsəd Qərb elitlərini şantaj etmək imiş. Bu narrativdə Vladimir Putinin adı da tez-tez hallandırılır. Hətta D. Trampdan daha çox.
Ancaq yenə əsas sual dəyişmir: bunu sübut edən real fakt varmı? Cavab aydındır-yoxdur. Nə ABŞ məhkəmə sənədlərində, nə rəsmi araşdırmalarda, nə də ciddi beynəlxalq mediada Epşteynlə Rusiya xüsusi xidmətləri arasında birbaşa əlaqə sübut edilib.
“Minlərlə sənəd”, “gizli görüşlər”, “kompromat ötürülməsi” kimi ifadələr fakt yox, konspirasiya bazarının dilidir. Məntiq sadədir: real qalmaqal + qlobal güc fiquru = oxunaqlı hekayə.
Həqiqətin olub-olmaması isə ikinci plandadır. Bu kimi narrativlər ədaləti axtarmır. Onlar diqqət iqtisadiyyatına xidmət edir. Oxucu qazanılır, amma həqiqət itirilir.
Roma imperiyası paraleli: Pompey və Vezuviy
Bu mənzərə tarixə də tanışdır. Roma imperiyasının son dövrlərində elitlərin toxunulmazlığı, həzz mədəniyyəti və ikili hüquq sistemi Pompey kimi şəhərlərdə adi hala çevrilmişdi. Vezuviy vulkanı həmin şəhəri torpağın altına gömdü. Tarixçilər üçün bu, təkcə təbii fəlakət deyil, əxlaqi çürümənin metaforasıdır. Epşteyn qalmaqalı da eyni sualı yenidən ortaya qoydu. Qanun hamı üçünmü var, yoxsa yalnız zəiflər üçün keçərlidir? Epstein qalmaqalı təkcə seks cinayəti deyil. Bu, əxlaqi tənəzzülün xəritəsidir. Prince Andrew nümunəsi göstərdi ki, sistem bəzən özünü qorumaq üçün rəsmi qurban verir. Strauss-Kahn nümunəsi isə göstərdi ki, bəzən bir hadisə kifayət edir ki, kimsə zirvədən dərənin dibinə yuvarlansın. Epstein işi isə sübut etdi ki, şəbəkə böyüdükcə susqunluq uzanır. Bəli, Roma imperiyası Pompey ilə bitmədi. Müasir Qərb də Epsteinlə bitməyəcək. Amma hər imperiyanın öz Vezuviyi var.
P.S Nikol Paşinyanın adının Epşteyn qalmaqalında hallanması isə istehza doğurur. Fake News bütün dünyada bum dövrünü yaşayır. Yalanla həqiqət arasındakı sərhədlər çoxdan itib...
Bölməyə aid digər xəbərlər

Tarix: 2-02-2026, 10:47 Oxunub: 13
Bölməyə aid digər xəbərlər
6-01-2026, 09:05
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
19-12-2025, 08:34
Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
21-08-2025, 19:52
Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib YENİLƏNİB
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO