16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kremlin müttəfiqləri sıradan çıxır, “mühasirə” daralır: Rusiya dünyadan qopur, “geopolitik intihara” sürüklənir

Rusiya daxilində Ukrayna müharibəsinin əsas məqsədləri, Qərblə qəliz münasibətlərin gələcək inkişaf istiqamətləri və müasir çoxqütblü dünya modelinin davamlılığı ilə bağlı ciddi siyasi-ideoloji ziddiyyətlər mövcuddur... Əgər, bu ziddiyyətlər daha da dərinləşərsə, Kremlin həm Rusiyanın, həm də indiki hakim siyasi elitanın gələcək taleyindən ciddi narahatlıq keçirtməsinə yol açan önəmli səbəblər əsas təhlükə qaynağına çevrilə bilər...
"Yeni Müsavat xəbər verir ki, Rusiyanın siyasi elitasında ciddi narahatlıq yaşanmağa başlayıb. Belə ki, son vaxtlar Ukrayna savaşının dayandırılması prosesi ətrafında yaranmış qəliz situasiya Kremldə dərin əndişə yaradıb. Buna paralel olaraq, Rusiyanın bəzi müttəfiqlərinə qarşı reallaşdırılmış hərbi əməliyyatlar Kremldə fərqli geopolitik hesablamalara yol açıb. Belə ki, Rusiya ilə münasibətləri son vaxtlar yaxınlaşma istiqamətində inkişaf edən ABŞ əvvəlcə Venesuella diktatoru Nikolas Maduronu “oğurlayıb”, qaçırtdı. İndisə, Rusiyanın digər yaxın müttəfiqi İrana qarşı ABŞ-ın İsraillə ortaq hərbi əməliyyatı Kremli ciddi düşünmək məcburiyyətində buraxıb.
Onu da qeyd etmək lazımdır ki, Kremlin siyasi-ideoloji konsepsiyalarının müəllifi, Rusiyanın təhlükəsizlik psixologiyasını neoimperialist avrasiyaçılıq və sivilizasiyaların qarşıdurması üzərində formalaşdırmağa çalışan Aleksandr Duqinin son açıqlamaları bəzi önəmli məqamlara aydınlıq gətirməyə imkan verir. Belə ki, rus ideoloq Aleksandr Duqinin “müttəfiqlərimiz bir-bir məhv edilir, növbəti biz ola bilərik” tezisi Rusiyanın təhlükəsizlik axtarışlarında yeni mərhələnin başlanğıcını ifadə edir. Yəni, bu yanaşma yalnız son baş verənlərə emosional reaksiya deyil. Və bu, həm də Rusiya dövlətçiliyinin siyasi-ideoloji dayaqları, Qərblə qarşıdurma modeli və İran amili ilə bağlı strateji düşüncə xəttini ön plana çəkir.
Məsələ ondadır ki, dünyada baş verən son hadisələrdən sonra Kreml təhlükəsizlik dilemması ilə üzləşərək, tədricən “mühasirə sindromu”na təslim olmağa başlayıb. Rusiyanın siyasi-ideoloji elitasında hesab edirlər ki, müasir dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün güc balansı qurmağa məcburdur. Və bu baxımdan, Aleksandr Duqinin “növbəti bizik” tezisi də məhz Rusiyanın üzləşdiyi təhlükəsizlik dilemmasının siyasi-psixoloji ifadə formasıdır.
Maraqlıdır ki, Rusiya siyasi elitasının müəyyən bir hissəsi hesab edir ki, Qərb postsovet məkanında öz təsir dairəsini genişləndirir, sanksiyalar və siyasi təzyiqlər Rusiyaya qarşı strateji zəiflətmə alətidir, müttəfiqlərin sıradan çıxarılması ilə bağlı proses isə Kremlin dünyadan tamamilə təcrid olunmasına xidmət edir. Ona görə də, belə qənaətə gəlinib ki, ABŞ və İsrailin ortaq hərbi əməliyyatları nəticəsində əgər, İran ciddi şəkildə zəifləyərsə, onda, Rusiyanın təhlükəsizlik perimetri də daralmış olacaq. Və Rusiya siyasi-ideoloji dairələri ölkəni bu təhlükələrdən yayındırmaq üçün neoimpializmə bağlı avrasiyaçılıq və “Rus dünyası” konsepsiyasına sığınmağa üstünlük verirlər.
Əslində, Aleksandr Duqinin əsas müəllifi olduğu bu siyasi-ideoloji yanaşma Rusiyanı Qərbdən fərqli sivilizasiya mərkəzi, Avrasiya məkanının avanqard güc qaynağı və artıq dağılmaqda olan liberal dünya nizamına qarşı alternativ model kimi təqdim edir. Onun fikrincə, Qərbin hegemonluğu yalnız siyasi deyil, həm də mədəni-sivilizasion ekspansiyadır. Bu kontekstdə prezident Vladimir Putinin beynəlxalq hüquqa istinad edən bəzi çıxışları daha praqmatik çərçivədədir, Aleksandr Duqinin mövqeyi isə ideoloji-mobilizasiya xarakterlidir.
Digər tərəfdən, “rus ideoloq”un ritorikasında açıq şəkildə “Qərblə danışıqların mənasızlığı” vurğulanır. Aleksandr Duqinin bu xəbərdarlıq mesajı, Kremlin xüsusi həssaslıqla yanaşdığı sivilizasiyalar arasında qarşıdurmanın dərinləşdirilməsi modelinə tamamilə uyğundur. Belə ki, həmin modelə görə, qarşıdurma dəyərlər səviyyəsində olmalıdır, hər hansı kompromis yalnız müvəqqəti xarakter daşıyır və bu səbəbdən də, uzunmüddətli qlobal rəqabət qaçılmazdır.
“Rus ideoloq”un Rusiya daxilində “vətənpərvərlik islahatları” çağırışı isə total mobilizasiya modelini xatırladır. Belə ki, bu, Kremlin təhlükəsizlik dilemmasının Rusiyanın daxili siyasətinə transferi kimi görünür. Çünki “rus ideoloq” xarici hərbi təhdid iddiaları ilə Rusiyada düşmənə qarşı ölkədaxili həmrəyliyin vacibliyini əsaslandırmağa çalışır. Bu baxımdan, Aleksandr Duqinin “əgər, İran dağılarsa, növbəti biz olacağıq” iddiası da Rusiya vətəndaşlarına xarici düşmənlə savaşın qaçılmazlığını qəbul etdirməyə hesablanıb. Və bu yanaşma tərzi həm də onu göstərir ki, rus siyasi-ideoloji elitası Rusiyanın gələcək mövcudluğunu məhz qlobal qarşıdurmanın vahid strateji xəttə çevrilməsində görür.
Təbii ki, Kremlin belə bir siyasi-psixoloji modelə sığınması Rusiyanın hakim dairələri üçün qərarvermə prosesində yalnız xarici deyil, həm də ölkədaxili eskalasiya riskini artırır. Çünki bu, Rusiya cəmiyyətində radikal siyasi-ideoloji xəttin güclənə biləcəyi ilə bağlı risklər də yaradır. Hər halda, Rusiya daxilində daha sərt səfərbərlik, informasiya nəzarəti və təhlükəsizlik strukturlarının gücləndirilməsi istiqamətində atılacaq növbəti addımların cəmiyyətin ciddi müqaviməti ilə üzləşə biləcəyi qətiyyən istisna deyil.
Təbii ki, bütün bunları da diqqətə alan Kreml “rus ideoloq”un radikal ideoloji ritorikasını müəyyən çərçivəyə yönəldərək, taktiki manevr imkanlarını qorumağa üstünlük verir. Ona görə də, Rusiya həm regional eskalasiyaya, həm də qlobal bloklaşma prosesinə maksimum səviyyədə ehtiyatlı yanaşmağa məcburdur. Halbuki, İranın zəifləməsi və ya regionda genişmiqyaslı böhranın yaranması Rusiyanın daha sərt geopolitik mövqe sərgiləməyə də təhrik edə bilər.
Göründüyü kimi, Aleksandr Duqinin açıqlamaları Kremlin rəsmi doktrinası olmasa da, hər halda Rusiyada mövcud olan strateji düşüncə xəttinin radikal qanadını açıq şəkildə biruzə verir. Belə ki, Rusiya siyasi-ideoloji dairələrində ön plana çəkilən “növbəti bizik” tezisi əslində, Kremlin real hərbi təhlükədən daha çox, geopolitik xarakter daşımaqla yanaşı, həm də mövcud siyasi rejimin təhlükəsizliyinə problemlər yarana biləcəyinə bağlı ciddi qorxunun dolayısı ifadəsidir.
Belə anlaşılır ki, Rusiya daxilində Ukrayna müharibəsinin əsas məqsədləri, Qərblə qəliz münasibətlərin gələcək inkişaf istiqamətləri və müasir çoxqütblü dünya modelinin davamlılığı ilə bağlı ciddi siyasi-ideoloji ziddiyyətlər mövcuddur. Əgər, bu ziddiyyətlər daha da güclənərsə, onda Kremlin reallaşdırmağa can atdığı Avrasiya təhlükəsizlik arxitekturasında daha uzunmüddətli və dərin qarşıdurma mərhələsinə keçidin sürətlənməsi qaçılmaz ola bilər. Və bu baxımdan, Kremlin həm Rusiyanın, həm də indiki hakim siyasi elitanın gələcək taleyindən ciddi narahatlıq keçirtməsi üçün müəyyən səbəblər olmamış deyil.
Bölməyə aid digər xəbərlər

Tarix: 3-03-2026, 09:16 Oxunub: 21
Bölməyə aid digər xəbərlər
20-02-2026, 09:00
Paşinyan erməni toplumunun “rus gözü”nü bağlayır: Ermənistan Rusiya üçün “geopolitik bataqlığa” çevrilir
16-02-2026, 09:16
İrəvan "rus dünyası"nı dağıdır, Qafqazın "barıt çəlləyi" partlayır: Rusiyanın "cənub qapısı" bağlanır, Ermənistanda seçki yox, savaş başlayır
28-01-2026, 09:00
Rusiyada parçalanmış siyasi elita içərisində savaş: Tramp Putini qorusa da, müharibə Kremlin daxilində uduzulur
6-01-2026, 09:05
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
30-07-2025, 09:00
NATO blokadasına düşən Kreml ABŞ-ı savaşla təhdid edir: Rusiya tədricən "hərbi-siyasi intihara" sürüklənir
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
9-05-2025, 09:11
Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
7-03-2025, 09:00
Tramp Putini də aldadır, savaş davam edəcək: ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirtsə...
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
3-10-2024, 09:00
Kreml Kiyevi Yaxın Şərq üzərindən “vurur”: Ukrayna Rusiya qarşısında təklənmək üzrədir
16-07-2024, 08:18
Tramp "Ukrayna faciəsi" hazırlayır: ABŞ geri çəkiləcək, Avropa Birliyi isə dəstək verməyəcək
9-07-2024, 09:17
Qərbdəki "savaş mafiyası"na sarsıdıcı zərbə vuruldu: Ukraynanın taleyi indi Orban-Tramp sülh planından asılıdır
22-04-2024, 08:34
Ağ Ev Ukraynanı məxfi sülh masasından necə geri çəkdi: ABŞ Avropa Birliyini iqtisadi intihara məcbur edir
10-05-2023, 09:18
Rusiya Polşanı da vuracaq, BMT demontaj ediləcək: Dəhşətli kiberhücum dünyada hər şeyi dəyişəcək
8-05-2023, 09:00
Kremldə postputin dövrünə hazırlıq sürətlənir: Rusiyanın daxilinə "SMERŞ bombası" ilə zərbə planı qurulur
17-04-2023, 09:00
Rusiya üçün Ukrayna savaşı sona çatır: "Dərin dövlət" rus hərbi-siyasi elitasını hədəfə çıxarır
13-03-2023, 09:11
ABŞ dünyanı təkbaşına bölüşdürür: Ukrayna savaşında Rusiya deyil, AB və Çin əsas hədəfdir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO