16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İran tammiqyaslı müharibəyə başladı - 1 tonluq raketlər...



İLK YAYIM SAATI - 09.03.2026 - 23:36

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi mühüm açıqlama ilə çıxış edib.

Komandan bundan sonra buraxılan raketlərin döyüş başlıqlarının 1 tondan az olmayacağını bildirib.

Musəvinin sözlərinə görə, İranın raket hücumlarının tezliyi və miqyası artırılacaq, eyni zamanda zərbələrin uçuş məsafəsi də daha böyük olacaq.

O qeyd edib ki, bu qərarla paralel olaraq İsrail istiqamətində yeni raket buraxılışları artıq başlayıb. Komandanın açıqlaması İranın münaqişədə daha sərt mərhələyə keçdiyini göstərən mesaj kimi qiymətləndirilir.

Tarix: 10-03-2026, 09:16 Oxunub: 12


Bölməyə aid digər xəbərlər