16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Bu gün Xameneinin ölümü ilə bağlı anım mərasimi keçiriləcək

Bu gün Xameneinin ölümü ilə bağlı anım mərasimi keçiriləcək


Bu gün Tehranda İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım mərasimi keçiriləcək. 

“Bu barədə Tehran yol polisinin rəisi Əbülfəzl Musəvipur IRNA agentliyinə bildirib. 

Onun sözlərinə görə, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 07:30) paytaxtın mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Anım mərasiminin yaxın saatlarda başlaması planlaşdırılıb. 

Xatırladaq ki, Əli Xamenei İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Onunla birlikdə kürəkəni, gəlini və nəvəsi də həlak olub. Martın 2-də ABŞ və İsrailin İrana zərbələri nəticəsində Xamenei yaralanmış həyat yoldaşı Mənsurə Xocastənin vəfat xəbəri yayılsa da, sonradan bu xəbər təkzib olunmuşdu.

Tarix: 8-04-2026, 10:15 Oxunub: 21


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı