16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Tehrandan Ankara, İslamabad, Pekin, Moskva açıqlaması

Tehrandan Ankara, İslamabad, Pekin, Moskva açıqlaması


Bölgədə sülh üçün çalışacaqlar

Türkiyə, Pakistan, Çin, Rusiya bölgədə sülhü təmin etmək üçün birgə işləməlidirlər.
Bunu İranın Pekindəki səfiri Əbdülrza Rəhmani Fəzli Tehran və Vaşinqton arasında müvəqqəti atəşkəs elan edilməsini şərh edərkən deyib.

"Ümid edirik ki, müxtəlif tərəflər ABŞ-ın müharibəni yenidən başlatmamasını təmin edəcəklər. Biz eyni zamanda  BMT Təşkilatının Təhlükəsizlik Şurası, Çin və Rusiya kimi böyük ölkələr və Pakistan və Türkiyə kimi vasitəçi ölkələr bölgəyə sülh gətirmək üçün birlikdə çalışacaqlarına ümid edirik. İnanırıq ki, müharibə bitəcək və atəşkəs daimi olacaq. Eyni zamanda, bizə etibarlı bir zəmanət lazımdır", - iranlı diplomat qeyd edib.

28 fevralda ABŞ və İsrailin İrana hücumlarından və İranın bəzi Körfəz ölkələrinə qarşı qisas hücumlarından sonra münaqişə müharibəyə çevrildi və 8 apreldə atəşkəs razılaşması ilə nəticələnib.

Tarix: 9-04-2026, 15:30 Oxunub: 13


Bölməyə aid digər xəbərlər