16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Paşinyan ən böyük günahını niyə indi etiraf etdi: Zəngəzur dəhlizi Ermənistanı Türk İttifaqına aparır

Rəsmi İrəvan hazırda eyni vaxtda Rusiya ilə münasibətləri balanslaşdırmaq, Qərblə siyasi-iqtisadi əlaqələri genişləndirmək və region ölkələri ilə praqmatik əməkdaşlıq qurmaq üzrə üç önəmli istiqamətdə hərəkət etməyə çalışır... Ancaq bu geopolitik istiqamətlər bir-biri ilə kəskin ziddiyyət təşkil edir və belə vəziyyətdəsə, rəsmi İrəvanın siyasi-iqtisadi resursları, Ermənistanın üçün Cənubi Qafqazda ümumi balansı uzun müddət qorumağa yetərli görünmür...
Cənubi Qafqazda son geopolitik proseslər onu göstərir ki, Ermənistan öz xarici siyasət kursunda mürəkkəb və çoxşaxəli transformasiya mərhələsinə daxil olub. Rəsmi İrəvan həm Rusiya ilə münasibətlərdə vaxtaşırı sərt mesajlar verir. Həm Azərbaycan və Türkiyə ilə münasibətlərdə normallaşmaya can atdığını gizlətmir. Həm də ABŞ və Qərblə paralel yaxınlaşma siyasəti yürüdərək, bu regionda yeni güc balansının formalaşmaqda olduğunu nəzərə alır. Və bu baxımdan, Ermənistanın davranışlarını artıq yalnız milli siyasət deyil, daha geniş geopolitik proseslərin təsiri altında atılan məcburi addımlar kimi də qiymətləndirmək olar.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin Kremllə münasibətləri hazırda birmənalı şəkildə ziddiyyətli xarakter daşıyır. Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəfindən səsləndirilən bəzi bəyanatlar, xüsusilə də, Rusiyanın enerji qiymətlərini artıracağı təqdirdə, bu ölkənin KTMT və Avrasiya İqtisadi İttifaqını tərk edə biləcəyi ilə bağlı açıqlama ilk baxışdan radikal mövqe təsiri bağışlayır. Ancaq daha diqqətlə yanaşdıqda, onun bu bəyanatlarında daha çox siyasi manevr və yeni diplomatik təmaslar taktikasının müəyyən əlamətləri də nəzərə çarpır.
Məsələ ondadır ki, buna paralel olaraq, Ermənistanın baş nazir Nikol Paşinyan Rusiya ilə hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini vurğulayır. Bu isə əslində, onu göstərir ki, Ermənistan hələlik Rusiyanın təhlükəsizlik sistemindən tamamilə imtina etməyə qətiyyən hazır deyil. Əksinə, rəsmi İrəvan hazırda Kreml ilə qarşılıqlı münasibətləri “nə tam qopma, nə də tam bağlılıq” modelinə doğru yönəltməyə çalışır. Belə siyasət bir tərəfdən, Ermənistana müəyyən manevr imkanları qazandırır. Ancaq digər tərəfdən, rəsmi İrəvan üçün geopolitik baxımdan, qeyri-müəyyən vəziyyət də yaradır. Enerji asılılığı, təhlükəsizlik zəmanətləri və iqtisadi inteqrasiya faktorları hələ də Rusiyanın təsir imkanlarını qoruyur.
Maraqlıdır ki, Rusiyanın yenidən aktivləşməsi ilə Cənubi Qafqazda son vaxtlar baş verən hadisələr Zəngəzur dəhlizinin ətrafında da gərgin situasiya yaradır və bu layihəni regional geoiqtisadi faktordan “qlobal qarşıdurma nöqtəsi”nə çevirir. Belə ki, son dövrlərdə Zəngəzur dəhlizi ətrafındakı informasiya və siyasi mübarizənin inkişaf istiqamətləri bu layihənin artıq regional çərçivəni aşdığını göstərir. ABŞ-dakı analitik dairələrin xəbərdarlıqları, region ölkələrinin reaksiyaları və artan geopolitik rəqabətə paralel olaraq, bu layihə artıq böyük güclərin maraqlarının kəskin şəkildə toqquşduğu geostrateji platforma xarakteri almağa başlayıb.
Xüsusilə də, Azərbaycan tərəfindən verilən sərt mesajlar onu göstərir ki, rəsmi Bakı bu önəmli layihəni yalnız geoiqtisadi deyil, həm də milli təhlükəsizlik və geopolitik prioritetləri sırasına daxil edib. Belə ki, Zəngəzur dəhlizi həm Orta Dəhliz (Transxəzər marşrutu), həm də Avropa-Asiya ticarət bağlantılarının yenidən qurulması baxımından, böyük əhəmiyyət daşıyır. Bu kontekstdə Rusiyanın Cənubi Qafqaza nəzarət imkanlarını qoruma cəhdləri və Türkiyənin Azərbaycanla yanaşı, bu layihəyə ciddi dəstəyi Zəngəzur dəhlizini genişmiqyaslı rəqabət zonasına çevirir. Və nəticədə, bu layihə artıq yalnız logistika təşəbbüsü deyil, həm də geopolitik qarşıdurma məkanında önəmli təsir aləti kimi ön plana çıxır.
Təbii ki, belə vəziyyətdə Paşinyan hakimiyyəti Rusiya və Qərb arasında davamlı manevr etməklə yanaşı, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin də Ermənistan üçün taleyüklü faktor olduğunu nəzərə alır. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən “Azərbaycan və Türkiyə ilə münasibətlərdə səhv etmişik” bəyanatı bu ölkənin xarici siyasət kursunda olduqca önəmli dönüş nöqtəsi kimi də qiymətləndirilə bilər. Və erməni baş nazirin bu birmənalı etirafı rəsmi İrəvanın uzun illər davam etmiş regional qarşıdurma siyasətindən artıq praqmatik əməkdaşlıq modelinə keçidin ilkin mesajı hesab oluna bilər.
Hər halda, rəsmi İrəvanın Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bəyan etməsi və bu prosesi Ankaranın verəcəyi qərara buraxması siyasi-diplomatik manevr xarakteri daşıyır. Çünki 1993-cü ildən bağlı olan sərhədlərin açılması yalnız geopolitik deyil, həm də geoiqtisadi baxımdan, bütün region üçün olduqca ciddi dönüş vəd edir. Eyni zamanda, Azərbaycan ilə münasibətlərin normallaşdırılması istiqamətində verilən mesajlar da onu göstərir ki, rəsmi İrəvan Ermənistan üçün regional inteqrasiyanı artıq alternativsiz yol kimi qəbul etməyə başlayıb. Və Paşinyan hakimiyyətinin bu manevrləri həm nəqliyyat-kommunikasiya xətlərinin bərpasını, həm də Ermənistanın iqtisadi blokadadan tamamilə çıxmasını hədəfləyir.
Digər tərəfdən, Ermənistanın 3+3 regional formatına xüsusi maraq göstərməyə başlaması da olduqca diqqət çəkən məqamlardan biridir. Bu platformanın əsas geopolitik ideyası Cənubi Qafqaz ölkələrinin ortaq problemlərinin regiondankənar güclərin müdaxiləsi olmadan həll edilməsi ilə bağlıdır. Bu formatın ümumi ideyası əslində, baş nazir Nikol Paşinyanın “regional sabitliyi özümüz təmin etməliyik” tezisi ilə üst-üstə düşür. Ancaq əsl reallıqda isə Cənubi Qafqazın qlobal güclərin maraq dairəsində olduğu nəzərə alınsa, bu modelin tam şəkildə işlək olub-olmayacağı da artıq müəyyən suallar doğurmağa başlayıb.
Bütün bunları nəzərə aldıqda, Ermənistanın xarici siyasət kursunun artıq tədricən “geopolitik manevr mərhələsi”nə keçid etməkdə olduğu elə bir ciddi şübhə doğurmur. Çünki rəsmi İrəvan hazırda eyni vaxtda Rusiya ilə münasibətləri balanslaşdırmaq, Qərblə siyasi-iqtisadi əlaqələri genişləndirmək və region ölkələri ilə praqmatik əməkdaşlıq qurmaq üzrə üç önəmli istiqamətdə hərəkət etməyə çalışır. Ancaq Paşinyan hakimiyyətinin bu strategiyasının uzun müddət davamlı ola biləcəyi də hazırda kifayət qədər ciddi suallar doğurur.
Çünki bütün bu geopolitik istiqamətlər bir çox hallarda bir-biri ilə kəskin ziddiyyət təşkil edir və Ermənistanın siyasi-iqtisadi resursları belə kəskin ziddiyyətlərə paralel olaraq, ümumi geopolitik balansı uzun müddət qorumaq üçün yetərli görünmür. Belə ki, əgər enerji, təhlükəsizlik və nəqliyyat-kommunikasiya sahələrində Ermənistana təzyiqlər artarsa, onda rəsmi İrəvan gec-tez daha konkret seçim etmək məcburiyyətində qala bilər. Və bu seçimin isə yalnız Ermənistanın deyil, həm də bütövlükdə Cənubi Qafqazın gələcək geopolitik arxitekturasının müəyyən edilməsinə təsir göstərə biləcəyi qətiyyən istisna deyil.musavat.com
Bölməyə aid digər xəbərlər

Tarix: 21-04-2026, 09:00 Oxunub: 9
Bölməyə aid digər xəbərlər
23-03-2026, 09:00
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"nı kim hakimiyyətə gətirir
16-02-2026, 09:16
İrəvan "rus dünyası"nı dağıdır, Qafqazın "barıt çəlləyi" partlayır: Rusiyanın "cənub qapısı" bağlanır, Ermənistanda seçki yox, savaş başlayır
6-01-2026, 09:05
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12-11-2025, 09:11
Mərkəzi Asiya uğrunda mübarizə - Azərbaycan üçün yaranan yeni fürsətlər
3-09-2025, 09:00
Zəngəzur dəhlizi artıq “Çin səddi”ni də aşdı: Cənubi Qafqazın geopolitik xəritəsi dəyişir
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
15-07-2025, 09:00
ABŞ Zəngəzur dəhlizinə niyə can atır: "Rusiyasız Qafqaz" ssenarisi reallığa çevrilir
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
30-08-2024, 09:00
Rusiya Türk İttifaqına yaxınlaşmağa məcburdur: Əks halda, Zəngəzur dəhlizi Qərbin əlinə keçəcək
14-03-2024, 08:40
ABŞ indi Türk İttifaqına möhtacdır: Ağ Ev İrəvan üçün təhlükəli yeni strateji anlaşmaya can atır
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
15-04-2023, 09:30
Paşinyanın Putinlə "gizli və kirli sövdələşmə"si pozulur: Ermənistan üçün iki fəlakət ssenarisi eyni vaxtda işə düşür
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI