16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Bu ölkədə inflyasiya son 37 ilin ən yüksək səviyyəsinə çatıb

Bu ölkədə inflyasiya son 37 ilin ən yüksək səviyyəsinə çatıb


İyun ayında İspaniyada istehlak qiymətləri əvvəlki ayda 8,7% bahalaşmadan sonra illik ifadədə 10,2% artıb.

Bunu İspaniya Statistika İdarəsinin ilkin məlumatları sübut edir.

Nəticə 1985-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.

İyun ayında ölkədə aylıq inflyasiya may ayındaki 0,7%-ə qarşı 1,8% təşkil edib.

İnflyasiyanın sürətlənməsinin əsas səbəbi kimi yanacağın, eləcə də ərzaq və alkoqolsuz içkilərin bahalaşması göstərilir.

Qida və enerji istisna olmaqla, İspaniyada istehlak qiymətləri may ayında 4,9% artdıqdan sonra iyunda 5,5% artıb.

Tarix: 30-06-2022, 09:30 Oxunub: 51


Bölməyə aid digər xəbərlər