16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Rusiya beynəlxalq uçuşları bərpa edir

Avqustun 1-dən etibarən Rusiya digər ölkələrlə beynəlxalq reysləri bərpa edəcək.
“Rossiya-24” xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin məlumat verib.
M.Mişustin qeyd edib ki, qərar digər ölkələrdəki epidemioloji vəziyyət təhlil ediləndən sonra verilib.
İlkin mərhələdə uçuşlar Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdan həyata keçiriləcək.
Lakin Rusiyanın baş naziri uçuşların həyata keçiriləcəyi ölkələrin adını çəkməyib.


Tarix: 24-07-2020, 17:57 Oxunub: 220


Bölməyə aid digər xəbərlər