16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Məşhur aşpaz orduda xidmətə başladı - FOTO

Məşhur türkiyəli aşpaz Burak Özdəmir Türkiyə ordusunda xidmətə başlayıb.
B.Özdəmir özünün “cznburak” “Instagram” səhifəsində əsgərlikdə çəkdirdiyi fotonu paylaşaraq “Mehmetçik Cznden selamlar” şərhini yazıb.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü B.Özdəmir əslən Türkiyənin Hatay vilayətindəndir.
“Instagram” hesabında 16 milyondan çox izləyicisi olan gənc aşpaz Türkiyədən kənarda da çox məşhurdur.


Tarix: 28-07-2020, 15:44 Oxunub: 98


Bölməyə aid digər xəbərlər