16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi

QanunXəbər.com xəbər verir ki, bu barədə Konkret.az-a şəhidimizin yaxınları məlumat verib.
Uzun müddət axtarışdan sonra şəhidimizin nəşi tapılıb. Nəşin şəhid zabitimizə məxsus olduğu DNK analizi ilə təsdiqlənib. Şəhidimiz sabah Göygöldə torpağa tapşırılacaq.
Qeyd edək ki, ailəsi Elnur Cəbrayılovla sonuncu dəfə oktyabrın 12-də əlaqə saxlaya bilib. Bir gün sonra isə kapitan Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüşə girib.
Göygölün Çaylı kəndində anadan olan 40 yaşlı zabitimiz ailəlidir, iki övladı yadigar qaldı.


Tarix: 16-01-2021, 01:36 Oxunub: 115


Bölməyə aid digər xəbərlər