16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Sabirabadda ağır qəza: Bir ailədən iki nəfər öldü, ikisi yaralandı

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Prado” markalı minik avtomobili “Shacman” yük avtomobili ilə toqquşub. 
Qəza nəticəsində bir ailənin dörd üzvündən iki nəfər ölüb (bir qadın, bir kişi), ikisi isə yaralanıb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Tarix: 7-07-2020, 01:04 Oxunub: 186


Bölməyə aid digər xəbərlər